Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Amerikalı səfirin Rusiya haqda işlətdiyi ifadə diqqət çəkib

© Photo : DHABirləşmiş Ştatların Ankaradakı səfiri Con Bass
Birləşmiş Ştatların Ankaradakı səfiri Con Bass - Sputnik Azərbaycan
Abunə olmaq
Con Bass: Rusiya başqa ölkələrin torpaqlarını hərbi yolla işğal edən son zamanlardakı yeganə Avropa ölkəsidir. Türkiyəyə məsləhət görərdik ki, Rusiya ilə münasibət quranda bu xüsuslara diqqət yetirsin

BAKI, 23 dek – Sputnik. Birləşmiş Ştatların Ankaradakı səfiri Con Bass Türkiyənin NTV kanalına özəl müsahibə verib. Müsahibəsi zamanı C.Bass bir neçə önəmli detallara toxunub. O, rus səfir Andrey Karlova edilən sui-qəsdin arxasında ABŞ-ın əli olması barədə yayılan xəbərləri axmaq şaiyə adlandırıb.

“İttihamları rədd edirik, hücumu qınayırıq. Bu qətli Amerikanın elədiyinə dair ortada ciddi dəlil yoxdur. Yəni yayılan məlumat axmaq şaiyədən başqa bir şey deyil", — Bass qeyd edib.

Fətullah Gülənin Türkiyəyə ekstradisiyası məsələsinə də toxunan amerikalı səfir qeyd edib ki, bununla bağlı hüquqi prosedura davam edir: 

“Amerika ilə Türkiyənin hüquq sistemlərində bir çox fərqlilik var. Bu barədə uzun danışmaq istəmirəm. Sadəcə olaraq onu demək istərdim ki, Amerikan dövləti hər hansı məsələ barədə nə qədər az danışsa, bilin ki, həmin mövzunu o qədər ciddi qəbul edir”. 

Aparıcının “yeni prezident Tramp Fətullah Güləni Türkiyəyə qaytarmaqda istəkli görünür. Bu barədə sizin düşüncəniz nədir?” sualını səfir belə cavablandırıb: “Bir sonraki administrasiya haqda danışa bilmərəm. ABŞ Türkiyənin güclü olmasını istəyir. Türkiyənin bölünməsi, xaos içində olması bizim mənfəətimizə uyğun deyil. Yeni rəhbərlik zamanında da Türkiyəyə olan yanaşmanın dəyişməyəcəyinə əminəm”.

Con Bass, son vaxtlar Türkiyə ilə Rusiya arasında olan yaxınlaşmadan da bəhs edib: “Bu iki dövlətin yaxşı və konstruktiv əlaqə qurmasını anlayırıq və dəstəkləyirik. Bu vəziyyəti A və B arasında seçim kimi görənlər müasir zamanı yaxşı oxuya bilmirlər. Ancaq bir şeyi də unutmamaq lazımdır. Rusiya başqa ölkələrin torpaqlarını hərbi yolla işğal edən son zamanlardakı yeganə Avropa ölkəsidir. Türkiyəyə məsləhət görərdik ki, Rusiya ilə münasibət quranda bu xüsuslara diqqət yetirsin”.

Amerikanın Suriyanın şimalındakı YPG terror təşkilatına silah verdiyi ilə bağlı türk hökumətinin səsləndirdiyi fikrə də münasibət bildirən səfir Bass, YPG-yə heç vaxt ağır silahlar vermədiklərini qeyd edib. “Biz sadəcə onlara yüngül silahlar veririk ki, özlərini İŞİD terrorçularından müdafiə edə bilsinlər”, deyə — amerikalı səfir əlavə edib. 

Xəbər lenti
0