Vladimir Putin

Kreml rəhbəri: "Biabırçılıqdır, deməyə söz tapmıram"

2930
Rusiya prezidenti: "Nəzarət orqanlarının bu faciənin qarşısını ala bilməməsi dəhşətli rüsvayçılıqdır"

BAKI, 23 dek — Sputnik. Rusiya prezidenti Vladimir Putin "Boyarışnik"dən zəhərlənməni dəhşətli faciə və dəhşətli rüsvayçılıq adlandırıb. "İrkutskda baş verənlər dəhşətli faciədir, deməyə söz tapmıram. Və dəhşətli biabırçılıqdır ki, nəzarət orqanları bu faciənin qarşısını ala bilməyiblər" — deyə Putin bu gün keçirdiyi mətbuat-konfransında bildirib.

Təcili yardın avtomobili,arxiv şəkli
© Sputnik / Vladimir Smirnov

Prezident bunun qəsdən edildiyinə inanmır: "Bir qrup xarici ölkə vətəndaşı vannaların təmizlənməsi üçün preparat hazırlayıb və zəhərli spirtdən istifadə ediblər. Bu qrupun liderlərindən biri ayrı-ayrılıqda pul qazanmaq qərarına gəlib. Məncə, o, nə etdiyini başa düşməyərək haradansa bu texniki spirti əldə edib və ondan istifadə edib".

Onun sözlərinə görə, aksizlərin artırılması və hökumətin atdığı digər addımlar düzgündür, lakin gecikib. Putin surroqat alkoqolla mübarizənin davam edəcəyini bildirib.

Qeyd edək ki, tərkibində metil spirti aşkarlanmış saxta məhluldan kütləvi zəhərlənmə dekabrın 17-də Rusiyanın İrkutsk vilayətində qeydə alınıb. "Boyarışnik"dən zəhərlənərək ölənlərin sayı 75 nəfərə çatıb.

2930
Teqlər:
alkoqol, biabırçılıq, zəhərlənmə, Vladimir Putin, prezident, Rusiya
Əlaqədar
Vladimir Putin Türkiyə ilə bağlı fikrini dəyişib
Rusiya Prezidenti: "Uduzanda da ləyaqətlə uduzmaq lazımdır"
Vladimir Putin: "Rusiya istənilən aqressordan güclüdür"
Rusiya Prezidenti canlı yayımda suallara cavab verir
Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski

Jirinovski: "Onların üzünə tüpürüb, daşa basacaqlar"

13
Kommunistlər, yaxud "Spravedlivaya Rossiya" nə ilə ortaya çıxacaq? Onların üzünə tüpürüb, daşa basacaqlar! Onlara deyəcəklər: hansı yeni sosializmdən danışırsınız? Axı siz hələ 40 il əvvəl bizə kommunizm söz vermişdiniz!

BAKI, 18 may — Sputnik. Rusiya liberal-demokrat partiyasının (RLDP) sədri rəhbərlik etdiyi təşkilatın "siyasi səhnədə bakirə" olduğunu bəyan edib. Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, partiya sədri RLDP-nin hələ heç bir partiya ilə siyasi ittifaqa girmədiyini dilə gətirib.

""Yedinaya Rossiya" vətəndaşların qarşısına nə ilə çıxacaq? Onlardan soruşacaqlar: niyə siz heç bir şey etməmisiniz? Axı 20 ildir ki, hökumət partiyasısınız. Kommunistlər, yaxud "Spravedlivaya Rossiya" nə ilə ortaya çıxacaq? Onların üzünə tüpürüb, daşa basacaqlar! Onlara deyəcəklər: hansı yeni sosializmdən danışırsınız? Axı siz hələ 40 il əvvəl bizə kommunizm söz vermişdiniz! Onların heç birinin təklif edəcəyi bir şey yoxdur. Seçicilər onların hamısına yalançı və fırıldaqçı kimi nifrət edirlər", - partiya lideri qeyd edib.

Jirinovski bildirib ki, RLDP isə təmizdir: "Əgər məişət dilində müqayisə aparsaq, RLDP siyasi səhnədə bakirədir. Biz heç kimlə nikaha, siyasi ittifaqa daxil olmamışıq. Bunların hamısı isə elə qurcuxurlar", - deyə Jirinovski bildirib.

Eləcə də oxuyun: 

* Jirinovski Rusiya prezidenti vəzifəsinin adının dəyişdirilməsini təklif edir

* Jirinovskidən xaricdə yaşayan ruslara RF pasportlarının verilməsini sadələşdirmək təklifi

* Köklərə məhdudiyyət qoyun, arıqlar yaşaya bilmirlər

 

13
Teqlər:
partiya, Rusiya, Vladimir Jirinovski
Rusiya vətəndaşının pasportu, arxiv şəkli

Keçmiş ABŞ prezidenti Reyqanın müşaviri Putindən vətəndaşlıq istədi

8
(Yenilənib 23:49 17.05.2021)
"Bəzi amerikalıların mənə vətən xaini deyəcəklərini, ABŞ-a qarşı çıxdığımı söyləyəcəklərini təxmin edə bilirəm", – deyən Suzanna Messi vurğulayıb ki, Rusiyada qalmaq üçün Putin ona vətəndaşlıq versə, bunu özünə şərəf hesab edəcək.

BAKI, 17 may — Sputnik. 1980-1988-ci illər arasında ABŞ-a rəhbərlik etmiş 40-cı prezident Ronald Reyqanın keçmiş müşaviri Suzanna Messi Rusiya Prezidenti Vladimir Putindən vətəndaşlıq istəyib. Bu barədə Sputnik Türkiyə məlumat yayıb.

1984-1988-ci illər ərzində Reyqanın ABŞ-ın keçmiş SSRİ ilə münasibətlər üzrə müşaviri vəzifəsində çalışan Messi iki ölkə xalqlarını bir-birinə yaxınlaşdırmaq üçün uzun müddət çalışdığını dilə gətirərək bu fəaliyyətini davam etdirmək üçün Rusiyada qalmaq istədiyini bildirib.

ABŞ-a rəhbərlik etmiş 40-cı prezident Ronald Reyqanın keçmiş müşaviri Suzanna Messi

"Bəzi amerikalıların mənə vətən xaini deyəcəklərini, ABŞ-a qarşı çıxdığımı söyləyəcəklərini təxmin edə bilirəm", – deyən Suzanna Messi vurğulayıb ki, Rusiyada qalmaq üçün Putin ona vətəndaşlıq versə, bunu özünə şərəf hesab edəcək.

Qeyd edək ki, hazırda 90 yaşında olan Messi ABŞ-la Rusiya arasında casusluq fəlaiyyətlərinin ən aktiv olduğu dövrdə müşavir kimi çalışıb.

Messinin müraciəti ABŞ və Rusiya arasında münasibətlərin kəskinləşdiyi dövrə təsadüf etdiyindən Amerika mətbuatında böyük rezonans doğurub.

 

8