Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya Prezidenti canlı yayımda suallara cavab verir

© Sputnik / Aleksey Druzhinin / Mediabanka keçidVladimir Putin
Vladimir Putin - Sputnik Azərbaycan
Abunə olmaq
Mətbuat konfransında 1437 jurnalist iştirak edir

BAKI, 23 dek — Sputnik. Rusiya Federasiyasının prezidenti Vladimir Putin, ilin yekunlarına həsr olunmuş böyük mətbuat konfransı keçirir. Sputnik xəbər verir ki, onun mətbuat konfransını izləmək üçün 1437 jurnalist akkreditə olub.

İlham Əliyev və Vladimir Putin - Sputnik Azərbaycan
Vladimir Putin İlham Əliyevi təbrik etdi

Mətbuat konfransı Rusiyanın rəsmi dövlət kanallarında birbaşa yayımlanır. Mətbuat konfransının vaxtı sərbəstdir, onun bitməsinə Putin özü qərar verəcək.

Putin indiyə qədər 12 belə böyük mətbuat konfransı keçirib. Bu mətbuat konfransları arasında ən uzun çəkəni 2008-ci ildə olub — 4 saat 40 dəqiqə. 2015-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransı isə 3 saat 8 dəqiqə çəkib.

Bugünkü mətbuat konfransı ötən günə planlaşdırılmışdı. Lakin Ankarada qətlə yetirilən Rusiya səfiri Andrey Karlovla vida mərasiminə qatıldığından, Putin mətbuat konfransını bu günə təxirə salmışdı.

Xəbər lenti
0