Karlovla vida mərasimi, uzun illər xidmət etdiyi Rusiya Xarici İşlər Nazirliyində təşkil edilib

Rusiya Andrey Karlovla belə vidalaşır

55
(Yenilənib 17:10 22.12.2016)
Vida mərasiminə Vladimir Putin və Rusiyanın dövlət rəsmiləri qatılıblar

BAKI, 22 dek — Sputnik. Ankarada, sui-qəsd nəticəsində qətlə yetirilən, Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov bu gün Moskvada son mənzilə yola salınır. Sputnik xəbər verir ki, Karlovla vida mərasimi, uzun illər xidmət etdiyi Rusiya Xarici İşlər Nazirliyində təşkil edilib.

Vida mərasiminin təşkil edildiyi salonda Karlovun yaxınları, dostları və XİN-in əməkdaşları öz yerlərini tutublar. Vida mərasiminə qatılan Rusiyanın xarici işlər naziri Sergey Lavrov Karlovun ailəsinə başsağlığı verib və qısa vida nitqi söyləyib.

Rusiya prezidenti Vladimir Putin və baş nazir Dmitri Medvedyev də XİN-in binasındakı mərasimə qatılıblar. Putin Karlova vida etmək üçün bu günə planlaşdırılan ilin yekunlarına dair mətbuat konfransını təxirə salıb. Prezidentin nümayəndəsi Dmitri Peskovun sözlərinə görə, mətbuat konfransı dekabrın 23-də baş tutacaq.

  • Karlovla vida mərasimi, uzun illər xidmət etdiyi Rusiya Xarici İşlər Nazirliyində təşkil edilib
    Karlovla vida mərasimi, uzun illər xidmət etdiyi Rusiya Xarici İşlər Nazirliyində təşkil edilib
    © Sputnik / Vladimir Astapkovich

    © Sputnik / Valery Sharifulin/Foto ITAR-TASS/POOL
  • Rusiya prezidenti Vladimir Putin vida mərasimində
    Rusiya prezidenti Vladimir Putin vida mərasimində
    © Sputnik / Aleksey Nikolsky
  • Karlovla vida mərasimi, uzun illər xidmət etdiyi Rusiya Xarici İşlər Nazirliyində təşkil edilib
    Rusiyanın xarici işlər naziri Sergey Lavrov
    © Sputnik / Valery Sharifulin/Foto ITAR-TASS/POOL
  • Karlovla vida mərasimi, uzun illər xidmət etdiyi Rusiya Xarici İşlər Nazirliyində təşkil edilib
    Rusiya prezidentinin nümayəndəsi Dmitri Peskov
    © Sputnik / Aleksey Nikolsky
1 / 7
© Sputnik / Vladimir Astapkovich
Karlovla vida mərasimi, uzun illər xidmət etdiyi Rusiya Xarici İşlər Nazirliyində təşkil edilib

XİN-dəki vida mərasimindən sonra Karlovun cənazəsi Xilaskar İsa Katedral kilsəsinə gətirilib. Buradakı cənazə mərasimini Rusiya Pravoslav Kilsəsinin patriarxı Kirill idarə edib.

Qeyd edək ki, baş nazir Dmitri Medvedyev Karlovun cənazəsinin ölkəyə gətirilməsi və dəfni xərclərinin dövlət tərəfindən ödənilməsi barədə qərar imzalayıb.

Xatırladaq ki, Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov dekabrın 19-da axşam saatlarında Ankarada qatıldığı bir foto sərgisində məruz qaldığı silahlı hücum nəticəsində həyatını itirib.

55
Teqlər:
vida, sui-qəsd, dəfn, Andrey Karlov, cənazə, Rusiya, Türkiyə
Əlaqədar
Karlovun qətlində erməni izi - rus araşdırmaçıdan ilginc iddia
Rusiya XİN Türkiyə ilə bağlı rəsmi xəbərdarlıq edib
Ərdoğan vəziyyətdən necə çıxacaq?
Səfirə sui-qəsd faktını 120 nəfərlik qrup araşdıracaq