Karlovun dəfn mərasimi

Karlovun qətlində erməni izi - rus araşdırmaçıdan ilginc iddia

3925
(Yenilənib 13:09 22.12.2016)
Rusiya və Türkiyədən olan müşahidəçilərin yekdil fikrincə, Andrey Karlova qarşı təşkil olunan sui-qəsd üçüncü qüvvənin əməlidir

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 22 dek — Sputnik. "Rusiya səfirinin Türkiyədə öldürülməsi, Rusiya-Türkiyə yaxınlaşmasını həzm etməyən üçüncü qüvvələrin əməlidir. Mən belə hesab edirəm ki, Rusiya və Türkiyə liderləri, artıq belə qənaətə gəliblər ki, baş verən hadisə üçüncü qüvvələrin işidir".

Rusiyalı siyasi icmalçı və yazar Aleksandr Fomenkov Sputnik-ə açıqlamasında belə deyib. Onun fikrincə, üçüncü qüvvəyə qarşı mübarizə aparmaq üçün isə gücləri birləşdirmək lazımdır: "Belə başa düşürəm ki, Rusiya-Türkiyə yaxınlaşması hansısa güclərin xoşuna gəlməyib. Şəxsən mənim fikrimcə, erməni faktoru bu məsələdə ön plandadır".

Türkiyəli politoloq, Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) rəhbəri Hasan Oktay da hesab edir ki, rus səfirin öldürülməsi, son zamanlar inkişafda olan Rusiya-Türkiyə-İsrail münasibətlərinə vurulmuş bir zərbədir. "İlk baxışdan fərdi bir hadisə kimi görünən bu proses hələ uzun zaman müzakirə ediləcək. Türkiyəli rəsmilər, hadisədə FETÖ izi axtarması da, hələ uzun zaman mübahisələrin davam edəcəyini göstərir", — o, Sputnik-ə açıqlamasında bildirib.

Oktayın sözlərinə görə, hadisənin beynəlxalq tərəfi müzakirə edilərsə, yenə də Türkiyə-Rusiya-İsrail münasibətlərini baltalamaq niyyəti görünür: "Xüsusilə Ukrayna böhranı zamanı Türkiyənin tərəfsiz qalaraq Rusiyaya dəstək olması Qərbin qıcığına səbəb olmuşdu. Qərb İran üzərindən Rusiyanı Suriyaya çəkərək Türkiyə ilə qarşı-qarşıya gətirdi. Təyyarə böhranı da planlanmış bir hadisə idi".

"15 iyulda Türkiyədə yaşanan hərbi çevriliş cəhdi göstərdi ki, Türkiyə-Rusiya sülhünə mane olmaq istəyənlər hərəkətə keçiblər. Lakin bu hadisələrdən sonra Türkiyə-Rusiya münasibətləri gözləniləndən daha yaxşı bir səviyyəyə gəlincə, bu dəfə münasibətləri pozmaq üçün, səfirin qətlini təşkil etdilər. Hər şeyə rəğmən, hesab edirəm ki, Türkiyə-Rusiya münaisbətləri hər zamankından daha güclü səviyyəyə çatacaq", — politoloq bildirib.

3925
Teqlər:
Aleksandr Fomenkov, Hasan Oktay, yaxınlaşma, münasibət, qətl, Rusiya, Türkiyə, səfir
Əlaqədar
Səfirə sui-qəsd faktını 120 nəfərlik qrup araşdıracaq
Səfirin dəfn günü bəlli oldu
Ərdoğan səfirin öldürülməsindən danışdı: "Bir həftə əvvəl..."
Politoloq: Səfiri öldürmək insanlıq anlamından kənar hərəkətdir
Fətullah Gülən rus səfirin öldürülməsindən danışdı
Səfirin öldürülməsinin arxasında ABŞ dayanır? - Rəsmi açıqlama gəldi