Təcili yardın avtomobili,arxiv şəkli

Rusiya şokda: ölü sayı sürətlə artır

1490
(Yenilənib 11:08 22.12.2016)
Xəstəxanaya daxil olanların əksəriyyəti komadadır

BAKI, 22 dek — Sputnik. Rusiyanın İrkutsk şəhərində, surroqat alkoqol olan "Boyarışnik"dən (Yemişan cövhəri) zəhərlənərək ölənlərin sayı 71 nəfərə çatıb. Sputnik RİA Novosti-yə istinadla xəbər verir ki, bu barədə Rusiya Səhiyyə Nazirliyinin regional nümayəndəsi Tatyana Şkurskaya bildirib.

Vladimir Putin
© REUTERS/ Alexander Zemlianichenko/Pool

"Konsentratdan zəhərlənənlərin ümumi sayı 117 nəfərdir. Gecə daha bir nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya daxil olub. Hazırda 36 nəfər stasionar müalicədədir." — deyə Şkurskaya bildirib.

Bir qədər əvvəl isə həkimlər bildiriblər ki, xəstəxanaya zəhərlənmə ilə daxil olanların əksəriyyəti komadadır. Zəhərlənmə simptomları "Boyarışnik"in qəbul olunmasından 1-24 saat ərzində özünü göstərir.

Tərkibində metil spirti aşkarlanmış saxta məhluldan kütləvi zəhərlənmə dekabrın 17-də Rusiyanın İrkutsk vilayətində qeydə alınıb. İstintaq orqanları bununla bağlı cinayət işi qaldırıblar. Araşdırma zamanı sözügedən məhsulun istehsalı ilə məşğul olan yeraltı sexlər aşkarlanıb. Zəhərli məhlulu yayan 12 nəfər saxlanılıb.

1490
Teqlər:
surroqat, İrkutsk, "Boyarışnik", alkoqol, zəhərlənmə, Rusiya
Əlaqədar
Avqustda Azərbaycanda rekord həddə qida zəhərlənməsi baş verib
Toyda kütləvi zəhərlənmə baş verdi
Azərbaycanda vətəndaşlar zəhərlənməkdə davam edəcək
Yağış suyu 28 nəfərin zəhərlənməsinə səbəb olub
Zəhərlənmələrin sayı azalıb