Hərbi təyyarə, arxiv şəkli

Rusiyada hərbi təyyarə qəzaya uğrayıb

212
Təyyarə qəza nəticəsində 3 yerə parçalanıb, xoşbəxtlikdən yanğın olmayıb

BAKI, 19 dek — Sputnik. Rusiya Federasiyasına bağlı Yakutiya Respublikasında göyərtəsində, 39 nəfəri daşıyan hərbi təyyarə qəzaya uğrayıb. Sputnik xəbər verir ki, hadisədə ölən olmayıb. Bununla belə 16 nəfərin xəsarət aldığı bildirilir.

Xəbəri Rusiyanın Müdafiə nazirliyi də təsdiqləyib. Məlumata görə, təyyarə qəza anında 3 yerə parçalanıb. Lakin yanğın olmayıb. Bu da göyərtədəki insanların hadisədən sağ çıxmasına şərait yaradıb.

212
Teqlər:
ölən, Yakutiya, təyyarə, Rusiya, xəsarət, qəza
Əlaqədar
Türkiyədə hərbi təyyarə qəzaya uğrayıb
Fransa prezidentindən təyyarə qəzası ilə bağlı önəmli açıqlama
Azərbaycan XİN qəzaya uğramış təyyarə ilə bağlı Əfqanıstan XİN ilə təmasdadır
Azərbaycanın Silk Way şirkətinə məxsus təyyarə qəzaya uğrayıb
Rusiyadakı təyyarə qəzası ilə bağlı ilginc iddia
Rostovda təyyarə qəzasında həlak olanların siyahısı dərc olundu
Rusiyada koronavirusa yoluxanan xəstələrin müalicə aldığı hospital, arxiv şəkli

Rusiyada bir gündə 500-dən çox adam koronavirusdan öldü

7
(Yenilənib 15:15 25.11.2020)
Ümumilikdə, Rusiyada bu xəstəliyə yoluxanların sayı 2162503-ə çatıb. Rusiyada pandemiya yayılandan 37538 nəfər COVID-19-dan vəfat edib. Ölkədə bu virusdan sağalanların sayı 1660419-a çatıb.

BAKI, 25 noyabr — Sputnik. Son bir sutka ərzində Rusiyada 23 675 koronavirusa yeni yoluxma halı aşkarlanıb. Sputnik Azərbaycan Rusiya Operativ Qərargahına istinadən xəbər verir ki, bir gün ərzində qonşu ölkədə 507 nəfər ölüb.

Ümumilikdə, Rusiyada bu xəstəliyə yoluxanların sayı 2162503-ə çatıb. Rusiyada pandemiya yayılandan 37538 nəfər COVID-19-dan vəfat edib. Ölkədə bu virusdan sağalanların sayı 1660419-a çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 59,8 milyonu keçib, 1,41 milyondan çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

7
Teqlər:
ÜST, korona virusu, Koronavirus, epidemiya, COVID-19, Rusiya
Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan

Ərdoğan Qarabağa görə Putinə zəng vurdu

64
(Yenilənib 09:58 25.11.2020)
Həmçinin Türkiyə Prezidenti Ermənistan tərəfinin razılaşmada göstərilən məsuliyyətlərindən yayınmasına izn verilməməsinin vacibliyini də qeyd edib.

BAKI, 24 noyabr - Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinə zəng vurub.

Sputnik Azərbaycan Anadolu agentliyinə istinadən bildirir ki, iki ölkənin liderləri Türkiyə ilə Rusiya arasında ticari həcmin artırılması, Dağlıq Qarabağ, Suriya və Liviyadakı vəziyyəti müzakirə ediblər.

Ərdoğan Dağlıq Qarabağda Türkiyənin Rusiya ilə birlikdə quracağı Müştərək Mərkəzin qısa zamanda fəaliyyətə başlamasını gözlədiklərini vurğulayıb.

Həmçinin Türkiyə Prezidenti Ermənistan tərəfinin razılaşmada göstərilən məsuliyyətlərindən yayınmasına izn verilməməsinin vacibliyini də qeyd edib.  

Ərdoğan Minsk qrupu həmsədrlərinin sülh üçün atılan addımları tənqid etmələrini anlamadığını da dilə gətirib.   

64
Teqlər:
telefon zəngi, Vladimir Putin, Rəcəb Tayyip Ərdoğan, Azərbaycan, Rusiya, Türkiyə, Qarabağ
COVID-19 virusundan ölən şəxsin meyiti morqa yerləşdirilir, arxiv şəkli

Ermənistanda bir gündə 38 nəfər koronavirusdan öldü

0
(Yenilənib 17:47 25.11.2020)
Ermənistanda son gündə daha 38 nəfər ölüb. Ümumilikdə bu virusdan ölənlərin sayı 2040-a çatıb. Xəstəlikdən sağalanların sayı 100913 nəfər olub.

BAKI, 25 noyabr — Sputnik. Ermənistanda koronavirusa yoluxanların sayı 129085-ə çatıb. Sputnik Ermənistan xəbər verir ki, bu barədə Ermənistanın Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzinin yaydığı məlumatda bildirilib.

Məlumatda qeyd olunub ki, bir gündə bu virusa yoluxanların sayı daha 1563 nəfər artıb.

Ermənistanda son gündə daha 38 nəfər ölüb. Ümumilikdə bu virusdan ölənlərin sayı 2040-a çatıb. Xəstəlikdən sağalanların sayı 100913 nəfər olub. Hazırda bu ölkədə 25619 nəfər xəstəxanada müalicə alır.