Rusiyanın Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski

Jirinovski Ərdoğanın sirrini açdı

1981
Vladimir Jirinovski: "Cənab Ərdoğanla görüşəndə öz qulağımla eşitdim. O mənə dedi ki..."

BAKI, 16 dek — Sputnik. Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski, Türkiyə prezidenti Ərdoğanla, ötən ay Ankarada keçirdiyi görüş barədə növbəti dəfə açıqlamalar verib. Həm də türkoloq olan Jirinovski, təkbətək görüş zamanı Ərdoğanın ona "Türkiyə NATO-dan ayrıla bilər" dediyini söyləyib.

Sputnik xəbər verir ki, rus siyasətçi bu barədə dövlət televiziyasında yayımlanan "Duel" proqramında çıxış edib. "Cənab Ərdoğanla görüşəndə öz qulağımla eşitdim. O, mənə dedi ki, NATO-dan ayrılma ehtimalımız var".

Vladimir Jirinovski daha sonra bunları deyib: "Həqiqəti görmək lazımdır. Bir ölkənin xarici siyasətini prezident müəyyənləşdirir. Biz uzun-uzun müzakirələr aparsaq da, son qərarı prezidentlər verir. Ərdoğanın söylədiklərini Rusiya olaraq ciddiyə almalıyıq. Türklərlə əsrlər boyu vuruşduq. Lakin bu gün vəziyyət dəyişib. Ərdoğan, Avropa Türkiyəni nə zaman üzv seçəcək deyə gözləməkdən yoruldu. Türklər şərəfli bir millətdir. Onlar artıq "Avropa Birliyini istəmirik" deyirlər", — siyasətçi vurğulayıb.

O, əlavə edib ki, Türkiyə Rusiya ilə yaxınlıq etdiyi üçün NATO özü bu ölkəni üzvlükdən çıxaracaq: "Biz "Türkiyə NATO-dan ayrılacaq" demirik. NATO özü Türkiyəni tərkibindən çıxaracaq. Çünki Ankara Moskva ilə yaxınlıq edir və bu, onların xoşuna gəlmir. Biz ruslar türklərlə əməkdaşlıqdan qaçmamalıyıq, daha da yaxın olmalıyıq".

1981
Teqlər:
Vladimir Jirinovski, rus, Ərdoğan, NATO, Rusiya, Türkiyə, türk, prezident
Əlaqədar
Jirinovskinin “Yaxın Şərqi Ərdoğana əmanət etməliyik” çıxışının pərdə arxası
Jirinovski razıdır, müxalifət narazı
Jirinovskidən Ukrayna prezidentinə ilginc təklif
Neft tankeri

"Palmali"yə məxsus tankerdə partlayışın səbəbi bilinmir

19
(Yenilənib 08:53 25.10.2020)
Tankerin sahibi Türkiyənin Palmali Shipping Agency şirkətidir, gəmi 2005-ci ildə Türkiyədə tikilib, lakin Rusiya bayrağı altında üzürmüş.

BAKI, 25 oktyabr - Sputnik. Azov dənizində Rusiya bayrağı altında üzən və qəzaya uğrayan “General Həzi Aslanov” neft tankeri batırılmayacaq.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Məlumata əsasən, artıq tankerə su dolmur və onun batması gözlənilmir. "Merkuri" gəmisi tankeri Kerç limanına doğru çəkir.

Xatırladaq ki, qəza dünən axşam saatlarında baş verib. Belə ki, gəmidə partlayış olub. Hadisə zamanı gəmidə 13 heyət üzvü var imiş. Onlardan 10 nəfəri xilas edilib. Üç nəfər isə partlayış dalğasından dənizə düşüb. Onların axtarışına ətrafdakı gəmilər və helikopter cəlb olunub.

Hadisə vaxtı tankerdə yük olmayıb.

Qeyd edək ki, tanker Kerçdəki "Qafqaz" limanından Rostov-Don marşrutu üzrə hərəkət edirmiş.

Tankerin sahibi Türkiyənin Palmali Shipping Agency şirkətidir, gəmi 2005-ci ildə Türkiyədə tikilib, lakin Rusiya bayrağı altında üzürmüş. Qeydiyyat limanı Taqanroqdur.

19
Vladislav Lisovets, arxiv şəkli

Rusiyalı stilistdən Azərbaycana dəstək

101
(Yenilənib 21:28 23.10.2020)
Vladislav Lisovets: "Otuz il ərzində heç nə dəyişməyib: elə eyni problemdir. Azərbaycan xalqı ermənilərin qanunsuz olaraq işğal etdikləri torpaqları geri qaytarmaq istəyir".

BAKI, 23 oktyabr — Sputnik. "Azərbaycanın torpaqlarını tam azad etməsini çox istərdim". Sputnik Azərbaycan News.ru-ya istinadən bildirib ki, bunu Bakıda doğulub böyüyən və hazırda Moskvada yaşayan stilist Vladislav Lisovets deyib. 

Dağlıq Qarabağ münaqişəsi zonasındakı döyüş əməliyyatlarını şərh edən V.Lisovets Azərbaycanın torpaqlarını qaytarmasını, tam azad etməsini çox istədiyini söyləyib:

"İndi çox istərdim ki, torpaq məsələsi həll olunsun və insanlar özlərinə aid olanları qaytarsınlar. Bunun minimum insan itkisi ilə baş verməsini arzulayıram. Təəssüf ki, siyasətçilər insanların yer üzündə yaşadığını unudurlar. Əvvəlcə sərhədləri düşünürlər, insanları yox. Heç kimi millətə bölmək istəmirəm. İnsanlar öldükdə bu, faciədir", - Lisovets bildirib.

"Otuz il ərzində heç nə dəyişməyib: elə eyni problemdir. Azərbaycan xalqı ermənilərin qanunsuz olaraq işğal etdikləri torpaqları geri qaytarmaq istəyir. İndi bu, münaqişənin kəskinləşməsinə çevrilib, amma mən bütün bunların bitməsini çox istərdim", - deyə stilist əlavə edib.

101

Cəbhəboyu ərazilərdə raket, top mərmiləri dronlar zərərsizləşdirildi

0
Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 9 ədəd partlamamış hərbi sursat (PHS), 2 ədəd hərbi məqsədlər üçün istifadə olunan meteoroloji radiopelenqator və 31 ədəd partlamış mərmi qalıqları aşkar olunub.

BAKI, 25 oktyabr — Sputnik. Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağcabədi, Ağdam, Bərdə, Beyləqan, Füzuli, Goranboy, Naftalan və Tərtər rayonları ərazisinə mərmilərin düşməsi barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən 34 və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən 1 müraciət daxil olub.

ANAMA-dan Sputnik Azərbaycan-a bildirilib ki, daxil olmuş 35 çağırış əsasında agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Ağcabədi rayonunun Hacılar, Hüsülü, Muğanlı, Rəncbərlər, Təzəkənd kəndləri, Ağdam rayonunun Alıbəyli kəndi, Quzanlı və Səfərli qəsəbəsi, Bərdə rayonunun Qazaxlar və Təhlə kəndləri, Beyləqan rayonunun Dünyamalılar kəndi, Füzuli rayonunun Alxanlı kəndi, Goranboy rayonunun Təklə kəndi, Naftalan rayonunun Qaşaltı, Tərtər rayonunun Azadqaraqoyunlu, Düyərli, Köçərli, Qazyan, Xoruzlu kəndləri, Şıxarx qəsəbəsi, M.Ə.Sabir və Nizami küçələrinə Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 28 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilib.

Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 9 ədəd partlamamış hərbi sursat (PHS), 2 ədəd hərbi məqsədlər üçün istifadə olunan meteoroloji radiopelenqator və 31 ədəd partlamış mərmi qalıqları aşkar olunub.

Agentliyin partlayış qrupu tərəfindən 2 ədəd raket, 8 ədəd top mərmisi və 2 ədəd dron zərərsizləşdirilib, mina təhlükəsinə dair maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 14 496 nəfər mülkü şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

0
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə