Minsk şəhəri

Rusiya ilə Belarus arasında qida qalmaqalı

1531
Rusiya tərəfi Belarusu ölkəyə saxta mallar göndərməkdə ittiham etsə də, Belarus qonşu ölkəni Aİİ-nin normalarını pozmaqda günahlandırır

BAKI, 14 dek — Sputnik. "Rosselxoznadzor" (Rusiyanın Baytarlıq və Fitosanitariyaya nəzarət üzrə Federal Xidməti) Belarus məhsullarına qarşı həddindən artıq əsassız tələblər irəli sürür və öz hərəkətləri ilə sərhəddə Aİİ-nin (Avrasiya İqtisadi İttifaqı) normalarını pozur. Sputnik xəbər verir ki, bu sözləri Belarusun Kənd təsərrüfatı və qida nazirinin müavini İqor Brılo "Belarus 1" telekanalına müsahibəsində deyib.

Ötən həftə Belarus prezidenti Aleksandr Lukaşenko "Rosselxoznadzor"un ünvanına kəskin ifadələr işlədərək, onu Belarus mallarının Rusiyaya idxalına məhdudiyyətlər qoymaqda günahlandırıb. Prezident Rusiyanın Baytarlıq və Fitosanitariyaya Nəzarət üzrə Federal Xidmətinin rəhbəri Sergey Dankvertin ünvanına birbaşa ittihamlar səsləndirib.

Ona cavab olaraq "Rosselxoznadzor" bəyan edib ki, Minsk də Rusiya məhsullarına diskriminasiya ilə yanaşır və it və pişiklər üçün qidaya görə razılıq tələb edir. "Biz dialoq apararaq istənilən anlaşılmazlığı aradan qaldırmağa hazırıq, əgər bu varsa" — deyə Brılo bildirib.

O, həmçinin əlavə edib ki, "Rosselxoznadzor"un Belorusa qarşı hər bir iradı dərindən analiz edilir, sual doğuran müəssisələrin bütün istehsal zəncirinə nəzarət mövcuddur. Nazir müavini bildirib ki, Belarusun qida məhsullarının saxtalaşdırılmış keyfiyyətsiz variantlarına tez-tez rast gəlinir. Aydınlaşdırılıb ki, Şuçinski yağ-pendir zavodunun məhsullarının saxtalaşdırılması ilə bağlı 12 halla rastlaşıblar.

Nəticədə isə bununla heç bir əlaqəsi olmayan məhsulların Rusiya bazarına çıxışına qadağa qoyulur. "Biz hər bir faktla bağlı bir neçə material göndərmişik. Araşdırmalar göstərir ki, elə məhsullar Belarus ərazisindən xaricə buraxılmır", — deyə Brılo bildirib.

Öz növbəsində Belarusun Kənd Təsərrüfatı və Qida Nazirliyinin Baytarlıq və qidaya nəzarət Departamentinin direktor müavini Aleksandr Kutsko bəyan edib ki, Rusiya-Belarus sərhəd-buraxılış məntəqəsində belə bir neqativ praktika mövcuddur: ""Rosselxoznadzor" Belarus ərzaqlarına qarşı total nəzarət həyata keçirir. Praktiki olaraq hər bir maşındakı malları yerə tökürlər, ona baxış keçirirlər, sonra laborator analizlər üçün nümunələr götürürlər. Bu fəaliyyətlər Avropa İqtisadi İttifaqının təşkili haqqında sazişə və qəbul olunmuş normalara ziddir".

Avrasiya İqtisadi Komissiyası də öz növbəsində bildirib ki, "Rosselxoznadzor"un məhsulların keyfiyyətinin yoxlanılması ilə bağlı istifadə etdiyi metodlar əsassızdır.

1531
Teqlər:
"Rosselxoznadzor", Aleksandr Lukaşenko, qida, Belarus, gömrük, idxal, Minsk, Rusiya
Əlaqədar
Belarus prezidentinin Azərbaycana səfərinin ilkin yekunları
Paralimpiya həmrəyliyi: Azərbaycan, Rusiya, Belarus
Belarusun müdafiə naziri Azərbaycana gəlib
Rusiya XİN-dən Azərbaycan və Belarusa təşəkkür
"Türkiyə Rusiyaya Belarus və Ermənistandan daha yaxın olacaq"
Vladislav Lisovets, arxiv şəkli

Rusiyalı stilistdən Azərbaycana dəstək

85
(Yenilənib 21:28 23.10.2020)
Vladislav Lisovets: "Otuz il ərzində heç nə dəyişməyib: elə eyni problemdir. Azərbaycan xalqı ermənilərin qanunsuz olaraq işğal etdikləri torpaqları geri qaytarmaq istəyir".

BAKI, 23 oktyabr — Sputnik. "Azərbaycanın torpaqlarını tam azad etməsini çox istərdim". Sputnik Azərbaycan News.ru-ya istinadən bildirib ki, bunu Bakıda doğulub böyüyən və hazırda Moskvada yaşayan stilist Vladislav Lisovets deyib. 

Dağlıq Qarabağ münaqişəsi zonasındakı döyüş əməliyyatlarını şərh edən V.Lisovets Azərbaycanın torpaqlarını qaytarmasını, tam azad etməsini çox istədiyini söyləyib:

"İndi çox istərdim ki, torpaq məsələsi həll olunsun və insanlar özlərinə aid olanları qaytarsınlar. Bunun minimum insan itkisi ilə baş verməsini arzulayıram. Təəssüf ki, siyasətçilər insanların yer üzündə yaşadığını unudurlar. Əvvəlcə sərhədləri düşünürlər, insanları yox. Heç kimi millətə bölmək istəmirəm. İnsanlar öldükdə bu, faciədir", - Lisovets bildirib.

"Otuz il ərzində heç nə dəyişməyib: elə eyni problemdir. Azərbaycan xalqı ermənilərin qanunsuz olaraq işğal etdikləri torpaqları geri qaytarmaq istəyir. İndi bu, münaqişənin kəskinləşməsinə çevrilib, amma mən bütün bunların bitməsini çox istərdim", - deyə stilist əlavə edib.

85
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli

Ərdoğan Qarabağ barədə: "Moskva qədər Ankaranın da haqqı var"

235
(Yenilənib 15:55 23.10.2020)
Azərbaycan deyir ki, əgər Ermənistan Rusiyanı təklif edirsə, biz də Türkiyəni təklif edirik. Bu sülh danışıqlarında Türkiyə Rusiya ilə bərabər olmalı

BAKI, 23 oktyabr — Sputnik. Türkiyənin ən az Rusiya qədər Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində iştirak etmək hüququ olduğuna inanıram. Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

"Cənab Əliyevin ifadəsini kənara qoymaq mümkün deyil. Yəni burada əgər Rusiya nə qədər həll üçün, sülh üçün yer almağı düşünürsə, Türkiyənin də ən azı Rusiya qədər sülh prosesində yer almaq haqqının olduğuna inanıram. Azərbaycan deyir ki, əgər Ermənistan Rusiyanı təklif edirsə, biz də Türkiyəni təklif edirik. [Azərbaycan] Bu sülh danışıqlarında Türkiyə Rusiya ilə bərabər olmalıdır deyir. Əslində, bu məsələ ilə bağlı bu ana qədər Rusiyanın neqativ yanaşmasını eşitməmişəm", - deyə Türkiyə Prezidenti qeyd edib.

Ərdoğan vurğulayıb ki, Rusiyanın Türkiyə ilə bağlı neqativ açıqlamaları yoxdur: "Bu ana qədər biz istər Azərbaycan-Ermənistan mövzusunda, istər digər məsələlərdə - məsələn, Suriyada müştərək bir iş içərisindəyik. Liviya ilə bağlı da müştərək işlərimiz oldu".

235
Teqlər:
Azərbaycan, Türkiyə, Rusiya, danışıqlar, erməni təxribatı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
Putindən Ərdoğanla bağlı xoş sözlər: "Belə etibarlı tərəfdaşla işləmək xoşdur"
Rusiya prezidenti: Minsk qrupu formatını bir az dəyişmək olar
Ərdoğan Ruhaniyə: Qarabağ məsələsində işğala məruz qalanla işğalçını ayırd etmək önəmlidir
“Müharibə döyüş meydanında aparılmalıdır – dinc əhaliylə yox”: Türkiyənin Baş Ombudsmanı
Peskov: "Rusiya müharibəni dayandırmaq üçün əlindən gələni edir"
ABŞ bayrağı, arxiv şəkli

ABŞ-ın Bakıdakı Səfirliyi terror təhlükəsi haqda xəbərdarlıq edib: Bu otellərdən uzaq olun

33
(Yenilənib 22:35 24.10.2020)
Bildirilib ki, səfirlik təhlükəsizliklə bağlı vəziyyəti nəzərdən keçirməyə davam edəcək və ehtiyac olduğu təqdirdə əlavə məlumat verəcək.

BAKI, 24 oktyabr — Sputnik. ABŞ-ın Azərbaycandakı Səfirliyi, "Abşeron J.W. Marriott" kimi otellər də daxil olmaqla, potensial olaraq Bakının digər yerlərində ABŞ vətəndaşlarına və xarici vətəndaşlara qarşı baş verə biləcək terror hücumları və qaçırmalar barədə etibarlı məlumatlar əldə edib.

Sputnik Azərbaycan səfirliyin rəsmi saytına istinad edərək xəbər verir ki, ABŞ vətəndaşlarına amerikalıların və ya əcnəbilərin toplaşa biləcəyi yerlərdə çox ehtiyatla davranmaları tövsiyə olunur.

Xəbərdarlıqda aşağıdakı tədbirlər qeyd edilib:

- Ehtiyatlı və sayıq olun.

- Kütlənin çox olduğu yerlərdən yayının.

- Öz profilinizi büruzə verməyin.

- Ətrafınızdan xəbərdar olun.

- Əcnəbilərin sıx olduğu yerlərdə diqqətli olun.

- Yerli mediayanı diqqətdə saxlayın.

Bildirilib ki, səfirlik təhlükəsizliklə bağlı vəziyyəti nəzərdən keçirməyə davam edəcək və ehtiyac olduğu təqdirdə əlavə məlumat verəcək.

Qeyd edək ki, bir müddət əvvəl Azərbaycan Dövlət Təhlükəsizlik Xidməti ölkəmizdə gözlənilən erməni terroru ilə bağlı vətəndaşlara xəbərdarlıq edib.

33