Neft nasosu

Ufa alimlərinin ixtirası neft hasilatının maya dəyərini azaldacaq

539
(Yenilənib 18:00 14.12.2016)
Azərbaycan, Özbəkistan, Qazaxıstan kimi ölkələr daxil olmaqla, "qara qızıl" hasil edən ölkələrdə məhsula tələbat yaranacaq

BAKI, 14 dek — Sputnik. Ufa Dövlət Texniki Neft Universiteti Moskvada "Вузпромэкспо-2016" sərgi-forumunda quyuqazma nasosları üçün yeni unikal ştanqları təqdim edib. Ufa alimlərinin ixtirası ştanqların möhkəmliyini və istifadə müddətini artırmağa imkan verir.

Alimlərin təklif etdikləri nasos ştanqının yeni konstruksiyası və onun istehsal texnologiyası məhsulun maya dəyərini xeyli ucuzlaşdırmağa və xassələrini yaxşılaşdırmağa imkan yaradır. Statistik məlumatlara əsasən, neftçıxarma quyularında nasos avadanlıqlarının sınması, əsasən nasos ştanqlarının başlıq hissəsində baş verir. Bunun əsas səbəbi materialların aşınması və ştanqın mükəmməl olmamasıdır.

"Dünyada neft quyularının əksəriyətində ştanqlı dərin nasoslar quraşdırılır. Bu, onların qənaətli olması və geniş istifadə imkanları ilə bağlıdır. Lakin istifadə edilən nasos ştanqlarının bir neçə ciddi qüsuru var. Bunlar birləşdirmə başlıqlarının quruluşu və onların istehsal texnologiyasına bağlı məsələlərdir", — deyə Ufa Universitetinin idarə rəisi Ruslan Rabayev bildirib.

Onun anlatdığına görə, ştanqın sonlarında konusvari yivli hissələr var ki, onların üzərinə birləşdirmə başlıqları taxılır. Başlıqlarin bir təfədən daxili konusvari, digər tərəfindən isə ştanqlı yivi var. Məhz, sonuncu yiv üzrə sütunun yığılması aparılır.

"Yeni məhsul neft hasilatının maya dəyərini azaldacaq və Azərbaycan, Özbəkistan, Qazaxıstan kimi ölkələr daxil olmaqla, "qara qızıl" hasil edən ölkələrdə məhsula tələbat yaranacaq", — deyə Rabayev qeyd edib.

Məsələ ondadır ki, adi konstruksiyalı ştanqlarla 28 millimetrlik nasos 3000-3500 metr dərin quyunun 1800 metrinədək endirilə bilər. Nasosun diametri artırıldıqda dərinlik bir qədər də azalacaq. Beləliklə, bu halda quyuların, yalnız 40-50% imkanları istifadə olunur. Ufa alimlərinin təklif etdiyi məhsulun möhkəmliyi isə, nasosu daha çox dərinliyə endirməyə imkan verir və bununla neft quyusunun istismar effektivliyi yüksəlir.

539
Teqlər:
nasos, Ruslan Rabayev, Ufa Dövlət Texniki Neft Universiteti, Ufa, ixtira, Moskva, neft
Əlaqədar
Neftin qiymətinə həlledici təsir göstərəcək razılaşma əldə olundu
Azərbaycan nefti bahalaşdı
Azərbaycan neftinin qiyməti 55 dolları ötüb
Neftin yaxın 3 ildəki qiyməti proqnozlaşdırıldı
Neft-qaz mütəxəssisləri Ufa Neft Universitetində təcrübə mübadiləsi aparacaqlar
Sinə medalı, arxiv şəkli

Rusiya Rixard Zorgenin Yaponiyadakı məzarının hüquqi sahibi oldu

16
(Yenilənib 08:33 30.10.2020)
Yaponiyada bu qəbirlə bağlı bütün hüquqların Rusiya səfirliyinə ötürülməsi ilə bağlı vəsiyyətnamə hazırlanıb.

BAKI, 30 oktyabr — Sputnik. Rusiya səfirliyi Sovet kəşfiyyat zabiti Rixard Zorgenin Yaponiyadakı məzarı ilə bağlı bütün hüquqları əldə edib. Sputnik Azərbaycan-ın RİA Novosti-yə istinadən yaydığı xəbərə görə, bu barədə Tokiodakı Rusiya hərbi attaşesi Sergey Şaşkov məlumat verib.

Tokio şəhəri yaxınlığındakı Tama qəbiristanlığında Zorgenin anadan olmasının 125 illiyinə həsr olunmuş mərasimdə çıxış edən S.Şaşkov bildirib ki, məzara qulluq edən kəşfiyyat zabitinin xanımı Hanako İsii 2018-ci ildə vəfat edəndən sonra məzarla bağlı bütün hüquqlar onun qardaşı qızına keçib. Daha sonra Hanako İsiinin varisləri bu qəbirlə bağlı bütün hüquqların Rusiyanın Yaponiyadakı səfirliyinə ötürülməsi barədə vəsiyyətnamə hazırlayıblar.

Qeyd edək ki, mərasimdə Azərbaycan, Qazaxıstan, Belarus, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistanın Yaponiyadakı səfirləri də iştirak ediblər.

Xatırladaq ki, Bakıda doğulan əfsanəvi kəşfiyyatçı Rixard Zorge Yaponiyada fəaliyyət göstərmiş sovet zabitidir. O, nasist Almaniyasının SSRİ-yə hücumunun dəqiq tarixini əldə etməyə nail olmuşdu. 1941-ci ilin sentyabrında isə Yaponiyanın Almaniya tərəfində müharibəyə girməyəcəyi haqqında məlumatı SSRİ-yə ötürmüşdü. Bu məlumat sayəsində 1941-ci ilin payızında Sibir diviziyaları Moskvanın müdafiəsinə yönləndirilmişdi.

R.Zorge ölümündən sonra, 1964-cü ildə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb.

16
Böyük Britaniya bayrağı, arxiv şəkli

London Rusiyaya qarşı kibermüharibə apardığını təsdiqləyir

30
(Yenilənib 22:50 29.10.2020)
Böyük Britaniya Rusiya əleyhinə informasiya savaşı və kibermüharibə apardığını açıq şəkildə etiraf edib. Aydın məsələdir ki, bu fakt heç kim üçün sensasiya xarakteri daşımayıb.

BAKI, 29 oktyabr — Sputnik, Vladimir Kornilov. Sedvilin bu yaxınlara kimi Baş nazirin milli təhlükəsizlik məsələləri üzrə müşaviri olduğunu, eyni zamanda Vaythollun bürokratik aparatına rəhbərlik etdiyini nəzərə alsaq, ehtimal ki, həyata keçirilən əməliyyatlardan xəbərdardır. Və elə onun bu barədə müsahibə verdiyi "The Times" qəzeti Sedvilin rəsmi diplomatik fəaliyyətlə yanaşı, MI-6-da zabit kimi xidmət göstərdiyini də yazmışdı.

Bəs bu ilin sonuna qədər Lordlar Palatasında yer tutmağa hazırlaşan keçmiş məmur nəyi etiraf edib? O, İngiltərənin kiberməkanda Rusiyaya hücum edəcəyini bildirib. "Bizim bundan istifadə etdiyimizi sizin görməməyiniz heç də o demək deyil ki, biz bunu etmirik", – deyə Sedvil fikrini bir qədər dolaşıq cümlə ilə ifadə etsə də, açıq şəkildə bildirib.

Прямая линия с президентом РФ Владимиром Путиным
© Sputnik / Aleksey Nikolsky

Lord onu da deyib ki, İngiltərə Rusiya liderlərinə və onların maraqlarına qarşı bir sıra gizli hücumlar həyata keçirib. Onun sözlərinə görə, London rus oliqarxlarının əmlak və hesablarına qarşı da hücum gerçəkləşdirib. Amma Rusiya, yəqin ki, bu sonuncu hərəkətinə görə Londona təşəkkür etməlidir. Çünki Vladimir Putin dəfələrlə rus biznesmenlərini xəbərdar edib ki, öz kapitallarını hansı ölkədə qazanırlarsa, elə orada da saxlasınlar.

Rusiyaya qarşı kiberhücumlar və təxribat kampaniyalarına gəlincə, lord Sedvil bununla bağlı özünü hiyləgərliyə vuraraq bəyan edib ki, guya London bu hücumlara Sergey və Yuliya Skripalların Solsberidə zəhərlənmə hadisəsindən sonra başlayıb. Əlbəttə ki, ruslar onun bu sözlərinə inanacaq qədər sadəlövh insanlar deyillər. Xatırladaq ki, Skripallar 2018-ci ilin mart ayının 4-dən özlərini yaxşı hiss etmədiklərini bildirmişdilər, halbuki ingilis xüsusi xidmət orqanlarının Rusiyadakı çirkli əməlləri bu hadisədən xeyli əvvəl qeydə alınıb.

Psixoloji və informasiya müharibələri üzrə ixtisaslaşmış ingilis firması – Strateji Kommunikasiya Laboratoriyasının (SCL Group) fəaliyyətini yada salmaq kifayətdir. Bu şirkət İngiltərənin, ABŞ-ın, ümumilikdə NATO-nun hərbi və kəşfiyyat strukturlarının dezinformasiya kampaniyalarının icraçısı kimi çıxış etdiyini heç vaxt gizlətməyib. Özü də bu fəaliyyətini 1990-cı illərin əvvəllərindən bəri davam etdirir.

Логотипы социальных сетей
© Sputnik / Владимир Трефилов

SCL-nin çirkli iş üsulları 2018-ci ilin mart ayında bu qurumun törəmə şirkəti olan "Cambridge Analytica" ilə bağlı qalmaqalda ortaya çıxdı. Və bu da ona görə baş verdi ki, Qərb elitası Donald Trampın seçki kampaniyasında iştirak etdiyinə görə bu şirkətə qarşı ayağa qalxmışdı. Belə olmasaydı, indiyə kimi ona dəyib-toxunan olmayacaqdı.

2015-ci ildə NATO sözügedən şirkəti "Rusiya istiqamətində fəaliyyət" üçün görəvləndirdi. SCL hətta 2004-cü ildə Kiyevdə "narıncı inqilab"ın həyata keçirilməsində əli olduğunu da gizlətmir. Həmin vaxt Viktor Yuşşenkonun müəmmalı şəkildə "zəhərlənməsi" "narıncılar"ın qələbəsini təmin etdi. Artıq Kiyevin də etiraf etdiyi kimi, əslində o zaman hansısa zəhərlənmə hadisəsi baş verməyib. Odur ki, istər-istəməz adamın ağlına Skripallar və digər zəhərlənmə olaylarında da bu şirkətin "mütəxəssis"lərinin işə qarışıb-qarışmadığı barədə suallar gəlir.

Bir daha qeyd edək ki, bütün bunlar Solsberidə baş verən insidentdən xeyli əvvəl qeydə alınıb. Və 2017-ci ilin aprel ayından təhlükəsizlik məsələləri üzrə müşavir vəzifəsində işləyən Sedvil bu hadisələrdən xəbər tutmaya bilməzdi. Yəqin, lord hələ də sadəlövhlüklə centlmenlərin söylədiyi hər sözə insanların etimadla yanaşacağına inanır.

Əlbəttə ki, hər kəs hazırda kibersilahlar və kibertəqiblərdən bütün ölkələrdə istifadə olunduğunu yaxşı bilir. Özü də yalnız rəqiblər əleyhinə deyil, həm də müttəfiqlərə qarşı. Yalnız Amerika kəşfiyyatı tərəfindən həyata keçirilmiş alman kansleri Angela Merkelin telefonunun uzun müddət dinlənilməsi əməliyyatını yada salmaq kifayətdir. Odur ki, Londonun Skripallarla bağlı insidentdən əvvəl də Rusiyanı fəal şəkildə təqib etmədiklərini düşünmək gülüncdür.

İngilis lordları isə bizi inandırmağa çalışırlar ki, onların Kremlin daxili şəbəkəsini ifşa etmək cəhdləri ("The Times" Sedvilin müsahibəsini şərh edərək məhz bu məsələyə toxunur), sadəcə "Porton Doun" yaxınlığında, İngiltərə Müdafiə Nazirliyinin çox gizli kimyəvi laboratoriyasında baş vermiş zəhərlənmə hadisəsinə cavabdır.

Lord titulunu yenicə qazanmış Sedvil isə qürrələnir ki, London Skripallar məsələsinə cavab olaraq "İngiltərədəki bütün Rusiya kəşfiyyat şəbəkəsini" çökdürüb. Yaxşı, bəs onda ingilis mətbuatında "Putinin casusları kraliçanı izləməyə çalışır" barədə yeni "sensasiyalar" haradan qaynaqlanır?

Əgər "The Sunday Express" qəzetinin yazdığına inansaq, "Baş Qərargah İdarəsinin hakerləri" II Yelizavetanın çox gizli "Porton Doun" laboratoriyasına səfəri barədə məlumat əldə etməyə çalışıb. Çox təəssüf ki, qəzet Putinin "casuslarının" (özü də artıq Britaniyadakı şəbəkəsi məhv edilmiş casuslarının) niyə bu cür səy göstərdiyini və 94 yaşlı kraliçanın ziyarət cədvəlini ələ keçirməklə nə öyrənmək istədiklərini izah etmir. Yoxsa, kraliçanın laboratoriyaya gedərkən hansı paltarı geyindiyini üzə çıxarmaq istəyiblər? Bəlkə, kraliça bu laboratoriyaya ona görə yollanıb ki, orada çalışanlara cavanlıq iksirini tapmağı əmr eləsin? Ancaq Rusiyaya qarşı əsassız ittihamlardan söhbət gedəndə ingilis mətbuatı özünü əziyyətə salıb bu cür suallar vermir.

Əlbəttə ki, hər kəs Qərb xüsusi xidmət orqanlarının dezinformasiya, kiberhücumlar, casusluq və birbaşa təxribatlardan istifadə edərək Rusiyaya qarşı çoxdan gizli və çirkin müharibə apardığını və bu savaşda ingilislərin mühüm rol oynadığını yaxşı bilir.

Ancaq bu günə qədər həmin kampaniyanın birbaşa iştirakçıları bu faktı daim inkar edərək Rusiyanın onlara qarşı ittihamlarının "Putin Rusiyasının mübtəla olduğu" paranoyadan qaynaqlandığını" iddia edirlər.

Yəqin ki, bu qədər səmimi açıqlamalarına görə, lord Sedvilə xüsusi təşəkkür düşür. Çünki onun sayəsində indi Rusiya əleyhinə növbəti təxribatından bəhs olunduğu vaxt Moskvanın əlində istinad edə biləcəyi bir mənbə var. Və bundan sonra Rusiya ilə bağlı növbəti saxta xəbərin və ya müəmmalı "zəhərlənmə" hadisəsinin arxasında kimin dayandığını təxmin etmək çətin olmayacaq.

30
Neft buruğu, arxiv şəkli

Azərbaycan nefti 37 dollara düşüb

0
(Yenilənib 12:38 30.10.2020)
Dünya bazarlarında tədarüklə bağlı yaranan narahatlıqlar neftin qiymətinin aşağı düşməsinə təsir göstərir

BAKI, 30 oktyabr — Sputnik. Azərbaycan neftinin qiyməti ucuzlaşır.

Sputnik Azərbaycan xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 1,61 dollar ucuzlaşaraq 37,65 dollar təşkil edib.

"Brent" markalı neftin qiyməti 0,67 dollar geriləyərək 36,98 dollar, "Light" markalı neftin qiyməti isə 0,55 dollar ucuzlaşaraq 35,62 dollar olub.

Qeyd edək ki, dünya bazarlarında tədarüklə bağlı yaranan narahatlıqlar neftin qiymətinin aşağı düşməsinə təsir göstərir.

Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

0