Pul,arxiv şəkli

"Korrupsiyaya qarşı mübarizə məsləhətçisi" vəzifələri yaradılır

77
Əlməmməd Nuriyev: "Azərbaycanda bu sahə ilə məşğul olan institutlar var, lakin onlar yetərincə səmərəli fəaliyyət göstərmir"

BAKI, 13 dek — Sputnik. Rusiyanın bir neçə federal orqanında Spirtli içkilərin tənzimlənməsi Komitəsinin təcrübəsindən istifadə edilərək, "Korrupsiyaya qarşı mübarizə məsləhətçisi" vəzifəsi yaradıla bilər. Bunu "İzvestiya" qəzetinə komitənin sədri Anatoli Qolubev bildirib.

Komitədə bu vəzifə yaradılandan sonra anti-korrupsiya planının icrası ilə bağlı məcburi ictimai hesabat proseduru tətbiq olunub. Qurumun ictimai şurasının hər bir üzvü ya hesabatı təsdiqləməli və ya imtina etməsini əsaslandırmalıdır. Bundan əlavə, komitənin binasında vətəndaş və təşkilatların şikayətləri üçün ictimai qəbul otağı açılıb.

Anatoli Qolubevin sözlərinə görə, bunun nəticəsində ilin əvvəlindən Rusiyada 165 qanunsuz zavod və mağaza aşkarlanaraq ləğv edilib, spirtli içkiləri gizli istehsal edən qanunsuz fabriklərdən 35,9 milyon litr etil spirti və digər spirtli məhsullar müsadirə edilib, son 10 ay ərzində isə aksiz markalı içkilərin satışından dövlət büdcəsinə gələn gəlirlərin miqdarı 43,2 milyard rus rublu artıb.

Komitə sədrinin sözlərinə görə, oxşar anti-korrupsiya modelinin yaradılması üçün ona dörd qurumdan müraciət ediblər. Onun fikrincə, korrupsiyaya qarşı mübarizə — vətəndaşların problemləri, rəsmi şəxslərin birbaşa müdaxiləsi olmadan həll etmələrinə şərait yaradan xidmətlərin yaradılmasıdır.

Konstitusiya araşdırmalar fondunun prezidenti Əliməmməd Nuriyev
Lent.az
Əliməmməd Nuriyev

"Konstitusiya" Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev Sputnikə açıqlamasında bildirib ki, Azərbaycanda da buna oxşar sistemlər var: "Bizdə hər bir mərkəzi icra hakimiyyəti yanında "İctimai iştirakçılıq haqqında" Qanuna uyğun olaraq, ictimai şuralar yaradılmalıdır və bir çoxlarında da onlar yaradılıb. İctimai şuralar həmin fəaliyyəti həyata keçirmək imkanına malikdir, amma kollegial orqanlardır".

"İkinci tərəfdən, Azərbaycanda etika üzrə müfəttişlər institutu var, hansı ki korrupsiyaya qarşı, hüquq pozuntuları ilə bağlı və etik davranış qaydalarına əməl edilməsi məsələlərinə nəzarəti həyata keçirən qurumdur. Amma bu institut hər şeydən əvvəl, yalnız korrupsiyanın nəticələrinə qarşı mübarizə aparan bir qurumdur", — Nuriyev bildirib.

O, eyni zamanda, Azərbaycanda başqa bir institutun yaradılması istiqamətində "Korrupsiyaya qarşı mübarizə haqqında" Qanunda dəyişikliklər edildiyini qeyd edib: "Həmin dəyişikliklərə görə, korrupsiya hüquqpozmaları haqda məlumat verən şəxslərin müdafiəsi ilə bağlı qanun qəbul edilib. Bu qanunun tələbinə görə, hər bir dövlət qurumunda müvafiq struktur yaradılacaq ki, korrupsiya hüquqpozmaları haqda məlumat verən şəxsləri qeydə alsın və onların müdafiəsini təmin etsin".

Ekspertin dediyinə görə, bu sahədə Azərbaycanda müvafiq institutlar var, lakin onlar yetərincə effektiv və səmərəli fəaliyyət göstərə bilmir: "Onların səmərəli fəaliyyət göstərməsi üçün daha nələr etmək lazım olduğunu düşünmək lazımdır. Azərbaycanda korrupsiyaya qarşı mübarizə istiqamətində fəal tədbirlər görülür. Eyni zamanda, ASAN dövlət modelinə keçid çox vacib olan məsələdir".

"Yəni korrupsiya ilə mübarizə üçün ən effektli və səmərəli üsul ASAN dövlət modelidir. Bəzi hallarda elə düşünürlər ki, ASAN dövlətə keçid yalnız xidmətlərlə bağlıdır, amma burada həm də şəffaflıq və hesabatlıq məsələləri var. ASAN dövlət modelinə keçid korrupsiyaya qarşı mübarizə üçün daha effektiv instrumentlər yaradıb genişləndirə bilər və bu da öz növbəsində səmərəli nəticələrin artmasına səbəb ola bilər", — Ə. Nuriyev vurğulayıb.

77
Teqlər:
məsləhətçi, dövlət orqanları, Əliməmməd Nuriyev, Komitə, Rusiya, rüşvət, Azərbaycan, korrupsiya, mübarizə
Əlaqədar
"Korrupsiyaya qarşı mübarizə haqqında" Qanuna dəyişiklik edildi
Korrupsiya nazirin başına bəla oldu
Azərbaycanda ən çox korrupsiya faktları aşkarlanan sahələr açıqlandı
"Pulu mən zorla verdilər və korrupsiya idarəsinin əməkdaşları otağa daxil oldu"
"Azərbaycanda ən çox korrupsiya bank sektorunda baş verir"
Prezident: Biz korrupsiya, rüşvətxorluq üçün meydanı daraltmalıyıq
Aleksey Navalnıy, arxiv şəkli

G7 ölkələrinin Navalnı tələbi

2
G7 ölkələrinin - Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya, Böyük Britaniya və ABŞ-ın xarici işlər nazirləri Aleksey Navalnının dərhal azad edilməsini tələb ediblər

BAKI, 26 yanvar - Sputnik. G7 ölkələri Rusiya hökumətini bloger Aleksey Navalnını həbsdən azad etməyə çağırıb.

Sputnik Azərbaycan bu barədə RİA Novosti-yə istinadən məlumat verir. 

"Biz, Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya, Böyük Britaniya və ABŞ-ın xarici işlər nazirləri, eləcə də AB-nin yüksək statuslu nümayəndəsi, Aleksey Navalnının saxlanılmasını və siyasi motivli həbsini qətiyyətlə pisləyirik", - nazirlərin bəyanatında deyilir.

"Biz həmçinin minlərlə dinc nümayişçinin və jurnalistlərin saxlanılmasından da narahatıq və Rusiyanı özünün beynəlxalq və daxili öhdəliklərini yerinə yetirməyə, yanvarın 23-də özlərinin sərbəst toplaşma hüququnu reallaşdırmağa cəhd etdiklərinə görə saxlanılanları azad etməyə çağırırıq. Vətəndaşların öz rəylərini ifadə etmək hüuququnu polislər vasitəsilə, güc yoluyla dəf etmək qəbuledilməzdir", - bəyanatda yazılıb.

Nazirlər həmçinin bildiriblər ki, Avropa İnsan Haqları Məhkəməsi Navalnının tutulmasına rəvac verən məhkəmə qərarını da dəstəkləməyib. 

"Rusiya hökumətini qeyri-şərtsiz və dərhal cənab Navalnını azad etməyə çağırırıq... Biz cənab Navalnının, etirazçıların və jurnalistlərin həbsdən azad olunmaları barədə beynəlxalq çağırışlara Rusiyanın necə reaksiya verəcəyini, eləcə də cənab Navalnının zəhərlənməsinə görə cinayət işinin necə araşdırılacağını nəzarətdə saxlayacağıq", - nazirlər bildiriblər. 

Qeyd edək ki, yanvarın 23-də Rusiyanın müxtəlif şəhərlərində razılaşdırılmamış etiraz aksiyaları keçirilib. İnsanları mitinqlərə Navalnının tərəfdarları səsləyiblər. Saxlanılanlara hökumət nümayəndələrinə qarşı zorakılıq, yolların bağlanması, xuliqanlıq və sanitariya qaydalarının pozulmasına görə bir neçə cinayət işi açılıb. 

Aleksey Navalnı isə yanvarın 17-də Şeremetyevo aeroportunda həbs olunub. Həmin gün o, uzun müddət Almaniyada zəhərlənmədən müalicə aldıqdan sonra vətəninə qayıtmışdı.

2
Teqlər:
Rusiya, azadlıq, tələb, nazirlər, G7, Aleksey Navalni

Putin prezident Baydenlə ilk dəfə danışdı, ABŞ-ın arzusunu yerinə yetirdi

10
(Yenilənib 23:17 26.01.2021)
Vladimir Putin Cozef Baydenlə ABŞ prezidenti qismində ilk dəfə telefonla danışıb. ABŞ-ın təşəbbüsü ilə baş tutan danışıqda Baydenin arzusunda olduğu məsələ həllini tapıb

BAKI, 26 yanvar - Sputnik. Rusiya Prezidenti Vladimir Putin ABŞ-ın yeni seçilmiş dövlət başçısı Cozef Baydenlə bu gün telefonla danışıb. 

Sputnik Azərbaycan bildirir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Co Baydenin mətbuat katibib Cen Psakinin sözlərinə görə, telefon danışığı ABş tərəfinin təşəbbüsü ilə baş tutub.

Putin həmkarını ABŞ prezidenti postunda işə başlaması münasibətilə təbrik edib. 

Kremlin məlumatına görə, Putin dünyada təhlükəsizlik və sabitliyin qorunmasına görə məsuliyyətləri nəzərə alınmaqla Rusiya ilə ABŞ-ın münasibətlərinin normallaşmasının hər iki ölkənin, eləcə də bütün dünyanın xeyrinə olacağını vurğulayıb. 

Psakinin sözlərinə görə, ABŞ tərəfinin əsas niyyətlərindən biri Strateji Hücum Silahlarına dair Müqavilənin (SHS-3) 5 il müddətinə uzadılması olub. Prezidentlər müqavilənin uzadılması barədə razılığa gəliblər.

Həmçinin dövlət başçıları koronavirus pandemiyasına qarşı mübarizədə, eləcə də ticari-iqtisadi əlqələr daxil olmaqla digər sahələrdə də əməkdaşlıq imkanlarını müzakirə ediblər. Beynəlxalq və ikitərəfli gündəmin aktual məsələləri də müzakirə obyekti olub.

Qeyd edək ki, SHS-3 silahlanmanın məhdudlaşdırılması ilə bağlı Rusiya və ABŞ arasında qüvvədə olan yeganə müqavilədir. 5 fevral 2011-ci ildə qüvvəyə minmiş müqavilənin müddəti 5 fevral 2021-ci il tarixində başa çatacaq. Əgər müqavilə yenilənməsə, artıq dünyada bu iki böyük nüvə gücünün silah arsenallarını məhdudlaşdıran heç bir sənəd mövcud olmayacaq

10