Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

"Twitter"də ən çox adları hallanan şəxslər bəlli oldu

© Sputnik / Aleksandr Kryazhev / Mediabanka keçidTwitter, arxiv şəkli
Twitter, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
"Twitter" şirkətinin məlumatına görə, ruslar daha çox Putin, Tramp, Mariya Zaxarova və Sergey Lavrovdan yazırlar

BAKI, 7 dek — Sputnik. Rusiyada "Twitter"in səhifələrində, 2016-cı ildə ən çox rast gəlinən adlar, Rusiya prezidenti Vladimir Putinin və "Harry Potter" filmində professor Severus Sneyp rolunu ifa edən Alan Rikmandın adlarıdır. "Twitter" şirkətinin məlumatında, həmçinin deyilir ki, ruslar tez-tez yeni seçilmiş ABŞ prezidenti Donald Tramp, Rusiya XİN rəsmiləri Mariya Zaxarova və Sergey Lavrov haqda yazıblar.

Facebook sosial şəbəkəsi - Sputnik Azərbaycan
"Facebook"dan sərt qərar: bütün saxta profillər bağlanır

Rusiya "Twitter"ində ən çox müzakirə olunan hadisə isə "Eurovision-2016" yarışmasında Ukraynanın qələbəsi olub. Bundan sonra isə populyarlıq baxımından Leonardo Di Kaprionun "Oskar" mukafatı alması gəlir.

"Twitter"də ən çox müzakirə olunan xəbərlər sırasında Qələbə günü, Seçkilər-2016, Suriya münaqişəsi, 8 mart bayramı və Britaniyanın Avropa İttifaqından çıxarılması (Brexit) barədə referendum olub.

"Sport" kateqoriyasında isə ən populyar Rioda keçirilən Olimpiya oyunları olub. Bundan başqa, futbol üzrə Avropa çempionatı, xüsusən də Rusiyanın 0:3 hesabı ilə Uelsə məğlub olması rusların fəal müzakirəsinə səbəb olub.

"Kino və seriallar" kateqoriyasında tvitlərin sayına görə ilk yerlərdə "Game of Thrones" və "Canavar balası" teleserialları, "Deadpool" və "İntihar edənlər dəstəsi" filmləri, eləcə də "Kinopoisk" saytı qərarlaşıb. "One Direction" qrupu isə "Musiqi" bölməsində ən populyar olub.

Xəbər lenti
0