Türkiyənin baş naziri Binəli Yıldırım rusiyalı həmkarı Dmitri Medvedyevlə Moskvada görüşüb

Rusiya ilə Türkiyə arasında ortaq fond yaradılacaq

50
Binəli Yıldırım: "Akkuyu nüvə enerjisi layihəsi bizim üçün strateji layihədir"

BAKI, 7 dek — Sputnik. Rusiya ilə Türkiyə arasında enerji sahəsində ortaq fond yaradılacaq. Sputnik xəbər verir ki, bunu Moskvada jurnalistlərə açıqlama verən Türkiyənin baş naziri Binəli Yıldırım deyib.

Rusiyalı həmkarı Dmitri Medvedevlə görüşünün müsbət keçdiyini bildirən Yıldırım, iki ölkə arasında iri layihələrlə əlaqəli birgə fond yaradılacağını söyləyib: "Akkuyu nüvə enerjisi layihəsi bizim üçün strateji layihədir. Daha sonrakı hədəfimiz layihəni bir qədər də sürətləndirib, Türkiyənin qurulmasının yüzüncü ildönümündən (2023) əvvəl, ən azı bir fazanı işə salmaqdır", — Binəli Yıldırım deyib.

50
Teqlər:
hədəf, ölkə, Binəli Yıldırım, fond, Rusiya, Türkiyə
Əlaqədar
Rusiya və Türkiyənin baş nazirləri Moskvada görüşüb
NATO-nun Rusiya-Türkiyə yaxınlaşmasına reaksiyası gecikmədi
Rusiya-Türkiyə yaxınlaşması Dağlıq Qarabağ danışıqlarına təkan verə bilər
Rusiya və Türkiyə Baş Qərargah rəisləri arasında danışıqlar olub
"Rusiya-Türkiyə barışığı bizim qələbəmizi təmin etdi"
Bəşər Əsəd: "Rusiya-Türkiyə yaxınlaşması Suriyanın yeganə ümididir"

Putin seçki kampaniyası, vaksinasiya demoqrafik çuxur barədə

396
(Yenilənib 17:01 19.06.2021)
Moskvada hakim "Vahid Rusiya" partiyasının seçkiqabağı qurultayı keçirilir. Prezident Vladimir Putin qurultayda çıxış edir.

BAKI, 19 iyun - Sputnik. RF prezidenti Vladimir Putin seçki kampaniyasının məsuliyyətli dövr olduğunu, parlamentin formalaşmasının dövlətin həyatında vacib mərhələ olduğunu bəyan edib.

"Seçki kampaniyası həmişə sınaqdır və ümumilikdə siyasi sistemin möhkəmliyinin yoxlanılmasıdır. "Vahid Rusiya"nın burada da xüsusi rolu var. Lider partiya açıq, rəqabətli siyasi yarış atmosferinin yaradılmasında nümunə olmağa borcludur", - o bildirib.

Seçki siyahısı

Rusiya prezidenti həmçinin "Vahid Rusiya"nın seçki siyahısı barədə də danışıb. O müdafiə naziri Sergey Şoyqunu və xarici işlər naziri Sergey Lavrovu seçki siyahısının ilk beşliyinə düşməyə namizədlər olduğunu deyib.

Rusiya lideri deyib ki, "Vahid Rusiya"nın seçki siyahısının ilk beşliyi çoxdan siyasətdə olan adamlardan ibarət olmalıdır.

Vaksinasiya

Rusiya prezidenti koronavirus pandemiyası mövzusuna da toxunub. O deyib ki, xəstələnməkdənsə, peyvəndlənmək yaxşıdır.

"Bir daha xatırladıram ki, peyvəndlənmək xəstələnməkdən yaxşıdır. Hər halda, ölkəmizdəki və dünyadakı aparıcı mütaəxəssislərin mövqeyi belədir", - o qeyd edib.

Demoqrafik artım

Putin bəyan edib ki, Rusiya hazırda "demoqrafik çuxur"a düşür və bunu dəyişmək üçün səyləri cəmləmək lazımdır.

"Builki müraciətimdə demişdim ki, demoqrafik sahədə vəziyyət mürəkkəbdir. Bir məqamda biz sizinlə təxminən eyni vəziyyətdən çıxmışdıq, lakin bir sıra obyektiv səbəblərdən, iki tarixi uğursuluqdan indi yenə eyni demoqrafik çuxura düşürük. Biz bilirik ki, mürəkkəb vəziyyətdir, lakin, neqativ tendensiyaları dayandırmaq üçün biz bütün səylərimizi bu hədəfə yönəltməliyik", - RF lideri "Vahid Rusiya" partiyasının qurultayındakı çıxışında deyib.

Rusiya Dövlət Dumasına seçkilər

2021-ci il iyunun 17-də Rusiya prezidenti Vladimir Putin 2021-ci il sentyabrın 19-na VIII çağırış RF Dövlət Dumasına seçkilərin təyin edilməsi barədə fərman imzalayıb. Onlar Rusiyada regional və bələdiyyə orqanlara seçkilərlər bir yerdə vahid səsvermə günündə keçiriləcək.

396
Krımda sel suları

Məşhur kurort şəhəri selə təslim oldu, evlər, maşınlar su altında

13
(Yenilənib 14:58 19.06.2021)
Turistlərin sevimli məkanlarından olan Yalta şəhərinin sakinləri təbiətin qəzəbini öz üzərlərinə hiss ediblər.

BAKI, 19 iyun — Sputnik. Rusiyanın Yalta şəhərini sel basıb. Yüzdən artıq ev suyun altında qalıb. Şəhərdə su təchizatı dayandırılıb. Bu barədə şəhər administrasiyasının başçısı Yanina Pavlenko məlumat verib.

Bundan əlavə, onun sözlərinə görə, 7 211 abonentin elektrik təchizatı dayandırılıb.

608 nəfər təxliyə olunub, onlardan 50-si həddi-buluğa çatnmayanlardı. 235 abonentin qaz təchizatı dayandırılıb.

Pavlenko bildirib ki, artıq problemlər həll olunur, bir çox yerlərdə elektrik bərpa olunur, suyun verilməsinin bərpası isə axşama planlaşdırılıb.

Şəhərdə sel suyunun kənara və xüsusi yerlərə vurulması prosesi təşkil edilib. Bundan əlavəı, maşınlarla içməli suyun təchizatı təşkil olunub.

Krımda yağan yağışlar iyunun 17-də güclü daşqınlara səbəb olub, nəticədə yarımadanın şərqində 300-dən artıq ev suyun altında qalıb, bir gecəyə buraya iki aylıq normada yağıntı düşüb. Cümə günü kəskin hava şəraiti Yaltaya doğru irəliləyib, nəticədə çaylar məcralarından çısıb, küçə evlər suyun altında qalıb.

13
Чаглар Сеюнджю

Söyüncü: Türkiyə oyunçuları pley-off mərhələsinə çıxmaq üçün çüzi şansa ümid edirlər

0
(Yenilənib 20:04 19.06.2021)
Türkiyə millisi qrupda ilk iki yerdən birini tutmaq şansını itirib, lakin yenə də Avropa çümpionatının 1/8 mərhələsində oynamağa ümidi var

 

Türkiyə millisinin futbolçuları, şansları az olmasına rəğmən Avropa çümpionatının pley-off mərhələsinə çıxmağa ümid edirlər. Beə bir açıqlama ilə komandanın müdafiəçisi Çağlar Söyüncü çıxış edib.

Bazar günü türklər qrup mərhələsinin son turunda İsveçrə komandası ilə oynayacaqlar. İki oyundan sonra Türkiyə millisinin xalı yoxdur. Turnirdə mübarizəni davam etdirmək üçün yeganə variant öz qruplarında üçüncü yeri tutmuş dörd komanda siyahısına düşməkdir.

"Belə bir bir vəziyyətə düşdüyümüz və azarkeşləri məyus etdiyimiz üçün çox üzülürük. Lakin qarşıda son oyun var. Əlbəttə, biz 3 xal toplamış komandaların ən yaxşısı olmaq və mübarizəni davam etdirmək istərdik. Amma bizə bu da bəs etməsə belə, heç olmasa turniri yaxşı bitirmək istərdik. Bütün komanda anlayır ki, sabah bizim sonuncu şansımızdır, hətta ehtimal az olsa belə. Hamımız məyusuq, lakin hamımız bu şansı gözləyirik", - deyə Söyüncü mətbuat konfransında deyib.

0