Prezident Vladimir Putin

Putinin son əmri NATO-nu təşvişə saldı

380
(Yenilənib 15:59 22.11.2016)
Kalininqrad vilayətinə "İskəndər" raketləri və S-400 raket əleyhinə müdafiə sistemləri yerləşdiriləcək

BAKI, 22 noy — Sputnik. NATO-nın Şərqi Avropaya tərəf genişlənməsinə cavab olaraq rəsmi Moskva, Rusiya ilə quru əlaqəsi olmayan Kalininqrad vilayətinə "İskəndər" raketləri və S-400 raket əleyhinə müdafiə sistemləri yerləşdirəcəyini açıqlayıb. Sputnik xəbər verir ki, bu barədə rəsmi Kreml yazılı bəyanat verib.

Prezident Vladimir Putinin "NATO-nun bütün addımlarına eynilə cavab veriləcək" açıqlamasından sonra belə bir qərarın verilməsi diqqət çəkib.

Avropanın mərkəzində yerləşən və Rusiya ilə birbaşa qurudan əlaqəsi olmayan, lakin faktiki olaraq Rusiya torpağı sayılan Kalininqrada "İskəndər" və S400-lər yerləşdiriləcəyi xəbərini Federasiya Şurası Müdafiə və Təhlükəsizlik Komitəsinin sədri Viktor Ozerov açıqlayıb.

"ABŞ-ın təhdidlərinə cavab olaraq qərb bölgələrimizdəki hava hücumu və havadan müdafiə sistemlərimizi gücləndirməyə məcbur qaldıq", — deyə Ozerov qeyd edib.

380
Teqlər:
S-400, Kalininqrad, "İskəndər", müdafiə, Şərqi Avropa, NATO, raket, Vladimir Putin, Moskva, Rusiya
Əlaqədar
Rusiya və NATO qırıcıları arasında gərginlik yaşanıb
Rusiya NATO-ya qarşı 3 yeni hərbi birlik yaradır
NATO-Rusiya gərginliyi kritik həddə
NATO Rusiya sərhəddinin bir addımlığında
Rusiya prezidenti: NATO-nu genişləndirmək Qərbin ən böyük səhvidir
Vladislav Lisovets, arxiv şəkli

Rusiyalı stilistdən Azərbaycana dəstək

75
(Yenilənib 21:28 23.10.2020)
Vladislav Lisovets: "Otuz il ərzində heç nə dəyişməyib: elə eyni problemdir. Azərbaycan xalqı ermənilərin qanunsuz olaraq işğal etdikləri torpaqları geri qaytarmaq istəyir".

BAKI, 23 oktyabr — Sputnik. "Azərbaycanın torpaqlarını tam azad etməsini çox istərdim". Sputnik Azərbaycan News.ru-ya istinadən bildirib ki, bunu Bakıda doğulub böyüyən və hazırda Moskvada yaşayan stilist Vladislav Lisovets deyib. 

Dağlıq Qarabağ münaqişəsi zonasındakı döyüş əməliyyatlarını şərh edən V.Lisovets Azərbaycanın torpaqlarını qaytarmasını, tam azad etməsini çox istədiyini söyləyib:

"İndi çox istərdim ki, torpaq məsələsi həll olunsun və insanlar özlərinə aid olanları qaytarsınlar. Bunun minimum insan itkisi ilə baş verməsini arzulayıram. Təəssüf ki, siyasətçilər insanların yer üzündə yaşadığını unudurlar. Əvvəlcə sərhədləri düşünürlər, insanları yox. Heç kimi millətə bölmək istəmirəm. İnsanlar öldükdə bu, faciədir", - Lisovets bildirib.

"Otuz il ərzində heç nə dəyişməyib: elə eyni problemdir. Azərbaycan xalqı ermənilərin qanunsuz olaraq işğal etdikləri torpaqları geri qaytarmaq istəyir. İndi bu, münaqişənin kəskinləşməsinə çevrilib, amma mən bütün bunların bitməsini çox istərdim", - deyə stilist əlavə edib.

75
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli

Ərdoğan Qarabağ barədə: "Moskva qədər Ankaranın da haqqı var"

209
(Yenilənib 15:55 23.10.2020)
Azərbaycan deyir ki, əgər Ermənistan Rusiyanı təklif edirsə, biz də Türkiyəni təklif edirik. Bu sülh danışıqlarında Türkiyə Rusiya ilə bərabər olmalı

BAKI, 23 oktyabr — Sputnik. Türkiyənin ən az Rusiya qədər Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində iştirak etmək hüququ olduğuna inanıram. Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

"Cənab Əliyevin ifadəsini kənara qoymaq mümkün deyil. Yəni burada əgər Rusiya nə qədər həll üçün, sülh üçün yer almağı düşünürsə, Türkiyənin də ən azı Rusiya qədər sülh prosesində yer almaq haqqının olduğuna inanıram. Azərbaycan deyir ki, əgər Ermənistan Rusiyanı təklif edirsə, biz də Türkiyəni təklif edirik. [Azərbaycan] Bu sülh danışıqlarında Türkiyə Rusiya ilə bərabər olmalıdır deyir. Əslində, bu məsələ ilə bağlı bu ana qədər Rusiyanın neqativ yanaşmasını eşitməmişəm", - deyə Türkiyə Prezidenti qeyd edib.

Ərdoğan vurğulayıb ki, Rusiyanın Türkiyə ilə bağlı neqativ açıqlamaları yoxdur: "Bu ana qədər biz istər Azərbaycan-Ermənistan mövzusunda, istər digər məsələlərdə - məsələn, Suriyada müştərək bir iş içərisindəyik. Liviya ilə bağlı da müştərək işlərimiz oldu".

209
Teqlər:
Azərbaycan, Türkiyə, Rusiya, danışıqlar, erməni təxribatı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
Putindən Ərdoğanla bağlı xoş sözlər: "Belə etibarlı tərəfdaşla işləmək xoşdur"
Rusiya prezidenti: Minsk qrupu formatını bir az dəyişmək olar
Ərdoğan Ruhaniyə: Qarabağ məsələsində işğala məruz qalanla işğalçını ayırd etmək önəmlidir
“Müharibə döyüş meydanında aparılmalıdır – dinc əhaliylə yox”: Türkiyənin Baş Ombudsmanı
Peskov: "Rusiya müharibəni dayandırmaq üçün əlindən gələni edir"
Айгул Исаева, политолог, фото из архива

Ekspert: “Gürcüstan azərbaycanlıları parlament seçkilərində aktiv iştirak edəcəklər”

0
Beynəlxalq Qafqaz Universitetinin Assosativ Professoru, İqtisadiyyat üzrə fəlsəfə doktoru Aygül İsayeva deyir ki, bu il parlamentə namizədliyini verən azərbaycanlıların sayı əvvəlki illərlə müqayisədə çoxdur
Aygül İsayeva: “İnsanlar səslərinin ölkədə baş verənlərə ciddi təsir edəcəyini anlayırlar”

Oktyabrın 31-də Gürcüstanda parlament seçkiləri keçiriləcək.

Beynəlxalq Qafqaz Universitetinin Assosativ Professoru, İqtisadiyyat üzrə fəlsəfə doktoru Aygül İsayeva Sputnik Azərbaycan-a deyir ki, bu gün siyasi fəal olmayan insanlar belə səslərinin ölkədə baş verənlərə ciddi təsir edəcəyini anlayırlar:

“Düşünürəm ki, Gürcüstan azərbaycanlıları parlament seçkilərində aktiv iştirak edəcəklər. Bəzi təşkilatların keçirdiyi sorğuya əsasən 70 faizə yaxın insanın səsvermədə iştirak etməsi gözlənilir. Ümumiyyətlə əvvəlki illərlə müqayisədə həm seçicilər, həm də namizədlər arasında aktivlik hiss olunur. Bu il parlamentə namizədliyini verən azərbaycanlıların sayı əvvəlki illərlə müqayisədə çoxdur, bu, çox yaxşı haldır. Ancaq təəssüf ki, eyni dairədən namizədliyini verən azərbaycanlılar, həm də bir-birinə rəqibdirlər”

Aygül İsayevanın geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

0