Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Putin yenidən Saakaşvilini ələ saldı

© REUTERS / Alexander Zemlianichenko/PoolVladimir Putin
Vladimir Putin - Sputnik Azərbaycan
Abunə olmaq
"Ukraynada yetərli qədər savadlı və işini bacara bilən insan var. Mixail Saakaşvilini hansı ağılla o vəzifəyə qoydular, onu anlamadım"

BAKI, 21 noy — Sputnik. Rusiya prezidenti Vladimir Putin, bir həftə əvvəl Odessa qubernatoru vəzifəsindən istefa verən, Gürcüstanın sabiq prezidenti Mixail Saakaşviliyə sataşıb. Bu barədə Sputnik xəbər verir ki, Putin deyib: "Saakaşvilinin hələ o vaxt Odessaya qubernator təyin edilməsi ukraynalıların üzünə söyüş idi".

Rusiya lideri əlavə edib ki, "Ukraynada yetərli qədər savadlı və işini bacara bilən insan var. Mixail Saakaşvilini hansı ağılla o vəzifəyə qoydular, onu anlamadım".

"Mixailin Odessada ən yüksək vəzifəyə çəkilməsi Ukrayna xalqının üzünə tüpürmək, onları təhqir etmək idi. Bu adama Amerikada iş vizası da verməyiblər. Universitetlər onu öz heyətlərinə qatmaq istəməyib. Bütün sadaladıqlarım göstərir ki, Mixail Odessa qubernatoru vəzifəsinə layiq deyildi", — Rusiya prezidenti vurğulayıb.

Xəbər lenti
0