Yaponiyanın baş naziri Şinzo Abe Vladimir Putinlə

Rusiya - Yaponiya əlaqələri genişlənir

235
Vladimir Putinlə Şinzo Abe Asiya -Sakit okean İqtisadi Əməkdaşlıq zirvəsi çərçivəsində görüşüb

BAKI, 21 noy — Sputnik. Yaponiyanın baş naziri Şinzo Abe, Perunun paytaxtı Limada Rusiya prezidenti Vladimir Putinlə bir araya gəlib. İki lider Asiya —Sakit okean İqtisadi Əməkdaşlıq (APEC) zirvəsi çərçivəsində görüşüblər.

Sputnik xəbər verir ki, Moskva ilə Tokio arasındakı əlaqələrin inkişaf etdiyini söyləyən Putin deyib: "Ticari-iqtisadi sahədəki əməkdaşlığı gücləndirmək üçün fəaliyyətlərimiz davam edir. Bu gün iki ölkənin bütün sahələrdə hər cür fikir mübadiləsi etmək imkanı var".

Şinzo Abe də iki ölkə arasındakı siyasi dialoqun son zamanlarda daha da yoğunlaşdığını ifadə edib.

235
Teqlər:
APEC, siya -Sakit okean İqtisadi Əməkdaşlıq zirvəsi, Şinzo Abe, Tokio, Vladimir Putin, Moskva, Yaponiya, Rusiya
Əlaqədar
NATO-Gürcüstan birgə hərbi təliminə Rusiyadan sərt reaksiya
Rusiyanın dostu hakimiyyət başına gəldi
"Rusiya - ABŞ münasibətlərinin yaxşılaşması bütün dünyanın marağındadır"
"Hədə-qorxuya baxmayın, NATO Rusiya ilə hərbi qarşıdurmaya getməz"
Rusiyaya qarşı yeni ordu qurulur
Rusiyada binada baş verən partlayışda 5 nəfər ölüb
Laboratoriya işçiləri, arxiv şəkli

Rus alimlərindən koronavirus peyvəndi istehsal edən "AstraZeneca"ya qəribə təklif

25
(Yenilənib 22:21 27.11.2020)
Bu həftənin əvvəlində "Sputnik-V" koronavirus peyvəndinin üçüncü mərhələ klinik sınaqlarının nəticələri açıqlanıb

BAKI, 27 noyabr — Sputnik. Dünyada koronavirus xəstələrinin sayı artdıqca bu azara yoluxmanın qarşısını almağa kömək edən peyvənd istehsalı sahəsində rəqabət də qızışır. Bu günlərdə Böyük Britaniyanın "AstraZeneca" ("Oxford") peyvəndinin təhlükəsizliyi ilə bağlı problem olduğu üzə çıxdı. Şirkətin rəhbərliyi peyvəndin dozası ilə bağlı yanlışlığa yol verildiyini etiraf edərək bu səhvin aradan qaldırılması üçün kliniki tədqiqatları davam etdirəcəklərini bildirdi.

Koronavirusа qarşı peyvənd, arxiv şəkli
© Handout / Russian Direct Investment Fund / AFP

Sputnik Azərbaycan-ın Türkiyənin NTV kanalına istinadən yaydığı məlumata görə, koronavirus üzərində 95 faiz təsirli olan "Sputnik-V" peyvəndinin sahibi Rusiya "AstraZeneca"ya vaksinləri qarışdırmağı təklif edib. "Sputnik-V" peyvəndinin yaradıcıları sosial media vasitəsilə "AstraZeneca" alimlərinə müraciət edərək "Yeni kliniki tədqiqatlar zamanı peyvəndinizin təsirini artırmaq istəyirsinizsə, onu rus vaksini ilə qarışdırın. Hər iki ölkədə adenoviral vektor peyvəndi hazırlanır, bu vaksinlərin qarışdırılması daha güclü nəticə əldə etməyə imkan verər", - deyə bildiriblər.

Qeyd edək ki, bu həftənin əvvəlində "Sputnik-V" koronavirus peyvəndinin üçüncü mərhələ klinik sınaqlarının nəticələri açıqlanıb. Həmin nəticələrə görə, nəzərdə tutulduğu kimi, peyvəndin ayrı-ayrılıqda iki dozasının tətbiq olunduğu 18 min 794 pasiyentdə 28-ci gün 91,4, 42-ci gün isə 95 faiz təsirli olduğu üzə çıxıb.

"AstraZeneca" ("Oxford") şirkəti isə istehsal etdiyi peyvəndin sadəcə 70 faiz təsirli olduğunu etiraf edib. Əslində isə klinik tədqiqatlarına yarısı İngiltərədən, yarısı isə Braziliyadan olmaqla 20 mindən çox könüllünün qatıldığı "Oxford" peyvəndinin ən yüksək dozada belə cəmi 62 faiz təsirli olduğu üzə çıxıb. Bundan başqa, "AstraZeneca" İngiltərədəki 3 minə yaxın könüllüyə səhvən yarım doza peyvəndin tətbiq olunduğunu etiraf edib.

Daha bir koronavirus peyvəndi olan BioNTech şirkətinin "Pfizer" peyvəndini isə mənfi 70 dərəcə temperaturda saxlamaq tələb olunduğundan bu vaksin bir o qədər də əlverişli hesab edilmir.

 

25
Teqlər:
alimlər, təklif, AstraZeneca, Sputnik-V peyvəndi, peyvənd, Koronavirus, epidemiya, COVID-19
Mövzu:
Dünyanı cənginə almış bəla
Rusiya İstintaq Komitəsinin avtomobili, arxiv şəkli

Rusiyada köşklərdə Hitlerin şəkli olan poçt markaları satılıb

8
(Yenilənib 19:38 27.11.2020)
KİV-in yazdığına görə, Hitlerin şəkli olan markalar "Orelsoyuzpeçat" köşklərində 290 rubla satılıb. Markaların üzərində Hitlerin yeni çap olunmuş fotosu deyil, o dövrə aid orijinal portret olub.

BAKI, 27 noyabr — Sputnik. Rusiyanın Oryol şəhərində köşklərdə üzərində Adolf Hitlerin fotosu olan poçt markaları satılır.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, artıq Rusiya istintaq orqanları Oryol şəhərində köşklərdə Adolf Hitlerin şəkli olan poçt markalarının satılması faktı ilə bağlı araşdırma aparmağa başlayıb.

"Mətbuatda yer alan məlumatlara görə, Oryol şəhərindəki qəzet köşklərində nasist Almaniyası liderinin şəkli olan poçt markalarının satışına dair istintaq öncəsi yoxlama başladılıb. Hal-hazırda bu məhsulların satışı dayandırılıb", - deyə bildirilir.

Qeyd edilib ki, istintaq öncəsi yoxlamanın nəticələrinə əsasən prosessual qərar veriləcək.

KİV-in yazdığına görə, Hitlerin şəkli olan markalar "Orelsoyuzpeçat" köşklərində 290 rubla satılıb.

Markaların üzərində Hitlerin yeni çap olunmuş fotosu deyil, o dövrə aid orijinal portret olub.

 

8
Teqlər:
Rusiya, satış, poçt markası, Adolf Hitler

İşğaldan azad olunan Kəlbəcər şəhərində Azərbaycan bayrağı qaldırılıb - VİDEO

5
(Yenilənib 09:35 28.11.2020)
Azərbaycanın Kəlbəcər rayonu üçtərəfli bəyanatın şərtlərinə uyğun olaraq, noyabrın 25-də erməni işğalından azad edilib.

BAKI, 28 noyabr - Sputnik. İşğaldan azad olunan Kəlbəcər şəhərində Azərbaycan bayrağı qaldırılıb.

Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Həmin möhtəşəm kadrları təqdim edirik.

5
Teqlər:
Azərbaycan bayrağı, Müdafiə Nazirliyi, Üçtərəfli bəyanat, Kəlbəcərin azad olunması