Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Daha bir Hollivud ulduzu Rusiya vətəndaşlığını qəbul edib

© Sputnik / Murad OrujovAmerikalı aktyor və prodüser Stiven Siqal
Amerikalı aktyor və prodüser Stiven Siqal - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, Siqal “israrla uzunmüddətli vətəndaşlıq” almaq üçün müraciət etmişdi.

BAKI, 3 noy-Sputnik. Rusiya prezidenti Vladimir Putin amerikalı aktyor və prodüser Stiven Siqalı Rusiya vətəndaşlığına qəbul edib.

Sputnik-in xəbərinə görə, bu barədə Kremlin rəsmi saytı məlumat yayıb.

"10 aprel 1952-ci ildə Amerika Birləşmiş Ştatlarında anadan olmuş Siqal Stiven Frederik Rusiya Federasiyası vətəndaşlığına qəbul edilib” – deyə Kremlin saytında yayınlanan fərmanda deyilir.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, Siqal “israrla uzunmüddətli vətəndaşlıq” almaq üçün müraciət etmişdi.

"O bizim ölkəyə münasibətdə özünün kifayət qədər isti hissləri ilə məşhurdur. O bunu heç vaxt gizlətməyib. Eyni zamanda bilirsiniz ki, o, kifayət qədər məşhur aktyordur” – deyə Peskov bildirib.

Siqal dəfələrlə Rusiyada olub və bildirib ki, Rusiyanın zəngin mədəniyyəti onun xoşuna gəlir. O, Rusiyadan vətəndaşlıq ala biləcəyi barədə sentyabr ayında “Kray sveta” (“Dünyanın o biri başı”) kinofestivalında iştirak etmək üçün gəldiyi Yujno-Saxalinskdə demişdi. O vaxt aktyor qeyd eləmişdi ki, Saxalində biznes qurmaq üçün yaxşı potensial görür.

Aktyorun sözlərinə görə, o, Rusiyada ilin bir neçə ayını onu sevən və yolunu gözləyən insanlarla keçirmək istəyir.

Siqal qeyd edib ki, onun ata tərəfdən olan babası Rusiya regionlarından birində doğulub, XX əsrin birinci yarısında ABŞ-a köçüb. Öz köklərini axtaran aktyor Kalmıkiyada, Tuvada və Yakutiyada olub.

Beləliklə, Siqal Rusiya vətəndaşlığı alan xarici məşhurların siyahısına əlavə edilib. Daha əvvəl fransız aktyoru Jerar Depardye, italyan dirijor və pianoçusu Fabio Mastrancelo, yunan dirijor Teodor Kurentzis, boksçu kiçik Roy-Cons,  konkisürən Viktor An, qarışıq döyüş növləri ustası Ceff Monson və digər məşhur idmançılar Rusiya vətəndaşlığını qəbul ediblər.

Daha bir amerikalı məşhur aktyor Jan Klod Van Damm da bir qədər əvvəl Rusiyadan xoşu gəldiyini, buranın təbiətini və insanlarını sevdiyini, ona görə də buranın vətəndaşlığını ala biləcəyini söyləmişdi. O, Rusiya prezidenti Vladimir Putin və Çeçenistanın başçısı Ramzan Kadırovla yaxın dostdur.

Xəbər lenti
0