Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya və Türkiyə Baş Qərargah rəisləri arasında danışıqlar olub

© Sputnik / Алексей Никольский / Mediabanka keçidНеформальная встреча В.Путина с лидерами ряда стран СНГ
Неформальная встреча В.Путина с лидерами ряда стран СНГ - Sputnik Azərbaycan
Abunə olmaq
Görüşdə Suriyada “Cəbhə ən Nüsrə” terrorçu qruplaşmasını “mötədil” müxalifətdən fərqləndirilməsinin vacibliyi qeyd olunub.

BAKI, 1 noy — Sputnik. Moskvada Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov və onun türkiyəli həmkarı Hulusi Akar arasında danışıqlar keçirilib.

RİA Novosti-nin verdiyi xəbərə görə, Baş Qərargah rəisləri Hələbdəki vəziyyətin normallaşdırılması daxil olmaqla, ümumilikdə, Suriyadakı böhranın nizamlanması üzrə əməkdaşlığa dair məsələləri müzakirə ediblər.

Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına əsasən, Gerasimov türkiyəli həmkarını Hələbdəki humanitar vəziyyətin yaxşılaşdırılması istiqamətində Rusiyanın səyləri barədə məlumatlandırıb.

Görüşdə Suriyada “Cəbhə ən Nüsrə” terrorçu qruplaşmasını “mötədil” müxalifətdən fərqləndirilməsinin vacibliyi qeyd olunub.

Xəbər lenti
0