Maşın bazarı

2017-ci ildə bu avtomobillərin qiyməti pik həddə çatacaq

6756
(Yenilənib 17:34 01.11.2016)
Azərbaycanda varlılar lüks maşınlarda gəzməyə davam edəcək, kasıbların isə işi ağır olacaq.

BAKI, 1 noy — Sputnik. Artıq yanvar ayında Rusiyada və milli valyutası xarici valyutalar (əsasən dollar və avro) qarşısında dəyərini itirən ölkələrdə avtomobillərin qiymətlərində ciddi artım baş verəcək. Bu barədə avtomobil biznesi ilə məşğul olan korporasiyalardakı mənbələr məlumat veriblər. 

Sputnik xarici mediaya istinadla xəbər verir ki, avtomobillərin bahalaşması milli valyutanın xarici valyuta qarşısında zəifləməsi ilə bağlıdır. Bu proses isə 2017-ci ildə daha ağrılı şəkildə davam edəcək.  

Avtomobil bazarının iştirakçıları milli valyutanın özünə gələcəyini gözləyirlər. Məsələn, Rusiya alıcıları hesab edirlər ki, əgər rubl əvvəlki vəziyyətinə qayıtsa, bu, bazara sabitlik gətirəcək. 

Nə qədər ki, kursun dəyişməsi prosesi dayanmayıb, istehsalçılar avtomobillərin qiymətlərini qaldırmaq məcburiyyətində qalacaqlar. Çünki rubl gün-gündən dollar və avro qarşısında dəyərini itirir. 

Ekspertlərin proqnozlarına görə, Rusiyada avtomobillər azı 4-5% bahalaşacaq.

Əgər milli valyutanın dollar qarşısında əriməsi yaxın aylarda da davam etsə, maşın bazarında qiymətlər proqnozlaşdırıldığından daha çox artacaq. 

Bununla belə, gözlənilən bahalaşma ilə əlaqədar olaraq milli valyutanın kompensasiya edilməsi prosesi də gözlənilmir. Ən azından Rusiyada yaxın 2 il ərzində kompensasiya nəzərdə tutulmayıb. 

Bu il ərzində Rusiyada yeni avtomobillərin qiyməti 7% bahalaşıb. Ciddi bahalaşma yapon markaları olan Mazda və Toyotada hiss olunub. Bu markalardan olan maşınlar 11% bahalaşıb. Şkoda markalı maşınblar 10%, Fordlar isə 9% bahalaşıb. 

Ekspertlərin rəyinə görə, dünyanın maşın bazarında ən ciddi qiymət artımı yenə də yapon maşınlarında hiss olacaq. 

Azərbaycanın iqtisadçı eksperti Fuad Əlizadə isə Sputnik-ə bildirib ki, növbəti ildə Azərbaycanın maşın bazarında da qiymət artımı gözlənilir. 

Çünki milli valyutanın devalvasiyası davam edəcək, bu isə xaricdən idxal olunan malların, eləcə də avtomobillərin qiymətinin artması ilə nəticələnəcək. 

Fuad Əlizadə deyib ki, hazırda Azərbaycanda çox sayda adam üçün avtomobil daha çox pul qazanmaq mənbəyidir. Adamlar öz avtomobilləri ilə taksi xidməti və digər xidmətlər göstərərək gündəlik dolanışıqlarını təmin edirlər. 

“Bizdə avtomobil daha çox qazanc vasitəsidir, nəinki komfort. Orta və aşağı gəlirləri olan insanlar maşını kefindən deyil, ehtiyacdan alırlar. Son vaxtlar maşın bazarında müşahidə olunan hal onu deməyə əsas verir ki, əhalinin alıcılıq qabiliyyəti aşağıdır və növbəti qiymət artımı dalğası ən çox maşın və daşınmaz əmlak bazarını vuracaq” – deyə ekspert bildirib. 

O hesab edir ki, əhalinin kasıblaşması səbəbindən orta və ucuz avtomobillərin qiymətinin çox qalxması gözlənilmir. O ki qaldı lüks maşınlara, yaxşı gəlirləri olan insanlar qiymətə baxmayaraq, yenə də bu maşınları almağa davam edəcəklər: 

“Biz gələn il də Azərbaycanda ən dəbdəbəli maşınları görə biləcəyik. Çünki pulu olanlar üçün avtomobilin nə qədər bahalaşmasının o qədər də fərqi olmayacaq. Amma bu bahalaşmadan yenə də aşağı təminatlı və ucuz maşınlardan istifadə edən əhali əziyyət çəkəcək.” – deyə Əlizadə fikrini yekunlaşdırıb. 

6756
Teqlər:
kursun dəyişməsi, milli valyuta, yapon markaları, Şkoda, Ford, Toyota, Mazda, rubl, Bahalaşma, Fuad Əlizadə, Rusiya, Azərbaycan
 GAZ Müşahidə Şurasının sədri Xanlar Fətiyev və KamAZın baş direktoru Sergey Koqoqin sənəd imzalayarkən

Azərbaycan Rusiya birgə lizinq şirkəti yaradır

25
(Yenilənib 14:25 23.07.2021)
Sənəd GAZ-ın Müşahidə Şurasının sədri Xanlar Fətiyev və "KamAZ"ın baş direktoru Sergey Koqoqin tərəfindən imzalanıb.

BAKI, 23 iyul — Sputnik. Bu gün Bakıda keçirilən Azərbaycan-Rusiya işgüzar görüşü çərçivəsində iki ölkə arasında birgə lizinq şirkətinin yaradılması ilə bağlı sənəd imzalanıb.

Sputnik Azərbaycan xəbər verir ki, müştərək şirkəti Azərbaycanın "Gəncə Avtomobil Zavodu" İstehsalat Birliyi və Rusiyanın "KamAZ" şirkəti yaradır.

Sənəd GAZ Müşahidə Şurasının sədri Xanlar Fətiyev və "KamAZ"ın baş direktoru Sergey Koqoqin tərəfindən imzalanıb.

© Sputnik / Murad Orujov
GAZ Müşahidə Şurasının sədri Xanlar Fətiyev və "KamAZ"ın baş direktoru Sergey Koqoqin

Gəncə Avtomobil Zavodu

1986-cı ildə əsası qoyulmuş Gəncə Avtomobil Zavodunun istehsal gücü layihəyə əsasən 30 000 ədəd ortatonnajlı avtomobillərin istehsalı üçün hesablanıb. Müəssisənin tikintisi layihəyə görə 1989-cü illin sonlarına qədər başa çatdırmalı idi. Lakin Sovetlər Birliyinin dağılması nəticəsində zavodun tikintisini yarımcıq qalır. Yalnız 2004-cü ilin dekabırında Gəncə avtomobil zavodu işə düşüb və müəssisədə yığımdan keçən ilk avtomobil işıq üzü görüb.

2006-cı ilin oktyabrında Minsk traktor və avtomobil zavodları ilə Gəncə avtomobil zavodu arasında əməkdaşlığın yaradılması barədə razılığa gəlinib. 2007-ci ilin mart ayının 27-də isə Gəncə avtomobil zavodunda yığımdan keçən ilk "Belarus" markalı traktor konveyerdən düşüb. Paralel olaraq müəssisədə Belarusun "MAZ" yük avtomobillərinin yığımı da təşkil olunub. Həmin ilin aprelin 30-da müəssisədə yığılan "GƏNCƏ" və "PƏHLƏVAN" adları daşıyan ilk MAZ-lar işıq üzü görüb.

Zavodun istehsal gücü ildə 1 700-2 000 ədəd traktor və 950-1 000 ədəd yük avtomobilin istehsalına bərabərdir.

© Sputnik / Murad Orujov
Rusiya şirkətlərinin Azərbaycana işgüzar missiyası çərçivəsində keçirilən tədbir

Gəncə Avtomobil Zavodunda yığılan UAZ-469

Zavodda 2008-ci ildə 600-ə yaxın traktor və avtomobil istehsal olunmuşdur. 2009-cu ilin aprel ayında zavodda 1000-ci traktor istehsal olundu. 2018-ci ilin aprel ayında Gəncə Avtomobil Zavodunun sayca 10 mininci traktoru istehsal edildi və həmçinin burada 3500-dən çox MAZ avtomobili və qoşqular buraxıldı.

2020-ci ildə "Gəncə Avtomobil Zavodu" Finlandiyanın "Sampo" firması ilə əməkdaşlıq müqaviləsi əsasında "Sampo-Roselew" markalı kombaynların yığımına başlayacağını bildirib.

KamAz

KamAz — Rusiya və MDB məkanında böyük yük götürmə qabiliyyətinə malik yük avtomobili, minik maşını, traktor, dizel mühərriki və onun hissələrinın istehsalı üzrə ixtisaslaşmış zavod kompleksi. Tatarıstanın Çelnı şəhəri ətrafında yerləşir.

Dünyada 10 ən böyük yük avtomobili istehsal edən müəssisədən biridir. Dizel mühərriklərinin istehsalına görə isə dünyada 8-ci yerdədir.

Həmçinin oxuyun:

* Mikayıl Cabbarov: Rusiya şirkətləri ilə əməkdaşlıq bizim maraqlarımız çərçivəsindədir

* Azərbaycan ilə Rusiya arasında ticari-iqtisadi əməkdaşlıq genişləndirilir

* Rusiyanın işgüzar missiyası: ixracatçılar Azərbaycana nə təklif edəcəklər?

25
İqtisadiyyat naziri Mikayıl Cabbarov

Mikayıl Cabbarov: Rusiya şirkətləri ilə əməkdaşlıq bizim maraqlarımız çərçivəsindədir

3661
(Yenilənib 14:22 23.07.2021)
Bakıda Rusiya şirkətlərinin Azərbaycana işgüzar missiyası çərçivəsində tədbir keçirilir. Rusiya şirkətlərinin təcrübəsindən yararlanmaq Azərbaycanın da xeyrinədir və çox səmərə verəcək.

BAKI, 23 iyul — Sputnik. Azərbaycan və Rusiya münasibətləri tarixi köklərə əsaslanır. Rusiya Azərbaycanın strateji tərəfdaşıdır və ölkələrimiz arasında iqtisadi, siyasi, nəqliyyat və digər sahələrdə əlaqələrimiz yüksələn xətlə inkişaf edir.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov iyulun 23-də Rusiya şirkətlərinin Azərbaycana işgüzar missiyası çərçivəsində keçirilən tədbirdə deyib.

Nazir bildirib ki, ölkələrimiz arasında hökumətlərarası komissiya fəaliyyət göstərir. Pandemiya ilə əlaqədar olaraq iki ölkə arasında əlaqələrdə müəyyən problemlər oldu: "Biz tədricən ticari, iqtisadi və digər sahələrdə əməkdaşlığımızı genişləndirmək istəyirik. Əlaqələrin dinamikası qənaətbəxşdir. Bu ilin iyulundan Ələt İqtisadi Zonasının təməli qoyulub. Rusiya istehsalçıları, şirkətləri ilə əməkdaşlıq bizim maraqlarımız çərçivəsindədir".

M.Cabbarov qeyd edib ki, Azərbaycan 44 günlük Vətən müharibəsində Zəfər qazanaraq öz ərazi bütövlüyünü bərpa edib. Rusiya Azərbaycanın ərazi bütövlüyünü tanıyır və bu məsələdə ölkəmizə öz dəstəyini göstərib. Təbii ki, ölkələrimiz arasında əlaqələrin inkişafı və daha da genişləndirilməsi üçün regionda təhlükəsizliyin təminatı mühüm şərtdir.

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev çıxış edərək bildirib ki, Azərbaycan və Rusiya arasındakı münasibətlərin inkişafı çox əhəmiyyətlidir. Dövlət başçılarının mütəmadi görüşləri ikitərəfli münasibətlərin müzakirəsi və əməkdaşlığın dərinləşdirilməsi baxımından müstəsna önəm kəsb edir. Bugünkü tədbir sabaha ümid verir.

Nazir bildirib ki, ölkələrimiz nəqliyyat, yükdaşımada müştərək əməkdaşlıq edir. Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin imzaladığı 10 noyabr tarixli üçtərəfli Bəyanatın tələblərinə uyğun olaraq kommunikasiyanın açılması region ölkələrinin iqtisadi cəhətdən daha sürətlə inkişafında mühüm rol oynayacaq.

Onun sözlərinə görə, Rusiya şirkətlərinin təcrübəsindən yararlanmaq Azərbaycanın da xeyrinədir və çox səmərə verəcək.

Rusiyalı nazir müavini: Artım bizi sevindirir 

Rusiya Federasiyasının iqtisadi inkişaf nazirinin müavini Dmitri Volvaç çıxış edərək bildirib ki, Azərbaycan-Rusiya əlaqələri çoxşaxəli səciyyə daşıyır. Ölkələrimiz həyatın müxtəlif sahələrində sıx əməkdaşlıq edirlər. Son 5 ayda Rusiya və Azərbaycan arasında ticarət əlaqələri demək olar ki, 4 faiz artıb. Bu, bizi çox sevindirir.

Nazir müavini qeyd edib ki, pandemiya hər bir ölkənin iqtisadiyyatına mənfi təsir göstərib. Postpandemiya şəraitində əlaqələrin inkişaf etdirilməsinin vacibliyini qeyd edən D.Volvaç vurğulayıb ki, 10 noyabr tarixli üçtərəfli Bəyanatın şərtlərinə əsasən, kommunikasiyanın açılması region ölkələri arasında əlaqələrin inkişafı üçün əlverişli imkanlar yaradır.

O bildirib ki, Azərbaycan və Rusiya Prezidentlərinin iyulun 20-də keçirilən görüşündə ölkələrimiz arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi bir daha nəzərdən keçirilib. Mövcud reallıq yeni yanaşmalar tələb edir.

Həmçinin oxuyun:

* Azərbaycan ilə Rusiya arasında ticari-iqtisadi əməkdaşlıq genişləndirilir

Mikayıl Cabbarov sahibkarlara verilən kreditlərin məbləğini açıqladı

* Azərbaycan və Rusiya birgə lizinq şirkəti yaradır

3661
Здание Министерства иностранных дел Азербайджанской Республики в Баку

XİN Azərbaycan Ordusunun hərbi qulluqçusunun öldürülməsi barədə

0
(Yenilənib 18:34 23.07.2021)
Ermənistan tərəfinin son zamanlar davamlı təxribatlara əl atması, Azərbaycan mövqelərini atəşə tutaraq, bölgədəki vəziyyəti gərginləşdirmək cəhdləri qəbuledilməzdir və vəziyyətin bu şəkildə inkişafının bütün məsuliyyəti Ermənistanın üzərinə düşür.

BAKI, 23 iyul - Sputnik.Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsi Ermənistan silahlı qüvvələrinin Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu sahəsindəki mövqelərini atəşə tutması barədə məlumat yayıb. 

Məlumatda deyilir: 

"Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məlumatına əsasən, bu ilin 23 iyul tarixində Ermənistan silahlı qüvvələri Azərbaycan Ordusunun Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu sahəsindəki mövqelərini atəşə tutub. Qarşı tərəfdən açılan snayper atəşi nəticəsində bir hərbi qulluqçumuz şəhid olub.

Ermənistan tərəfinin son zamanlar davamlı təxribatlara əl atması, Azərbaycan mövqelərini atəşə tutaraq, bölgədəki vəziyyəti gərginləşdirmək cəhdləri qəbuledilməzdir və vəziyyətin bu şəkildə inkişafının bütün məsuliyyəti Ermənistanın üzərinə düşür.

Azərbaycan, beynəlxalq sərhədləri çərçivəsində ərazi bütövlüyünü müdafiə etmək, habelə bölgədə sülh və təhlükəsizliyi təmin etmək üçün bütün lazımi addımları atmaq hüququnu özündə saxlayır".

Atəşkəsin növbəti dəfə pozulması

Qeyd edək ki, iyulun 23-ü saat 16:00 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonu ərazisindəki mövqelərindən Azərbaycan Ordusunun Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu sahəsindəki mövqelərini atəşə tutub.

Qarşı tərəfdən açılan snayper atəşi nəticəsində hərbi qulluqçumuz gizir Yaqublu Fərman Telman oğlu şəhid olub.

Müdafiə Nazirliyinin bildirdiyinə görə, hazırda qeyd olunan istiqamətdə yerləşən Azərbaycan Ordusunun bölmələri tərəfindən cavab tədbirləri həyata keçirilir.

"Ermənistan tərəfi bu kimi təxribat yolu ilə qəsdən iki ölkənin dövlət sərhədində vəziyyəti gərginləşdirmək məqsədi güdür. Baş vermiş təxribata görə bütün məsuliyyət tam şəkildə Ermənistanın üzərinə düşür", - MN bildirib.

Həmçinin oxuyun: 

* Düşmən Kəlbəcəri atəşə tutdu, Azərbaycan Ordusunun hərbçisi şəhid oldu

* Ermənistan Naxçıvandakı mövqelərimizi atəşə tutub, hərbçimiz yaralanıb - MN

* Kəlbəcər Ermənistan ərazisindən atəşə tutulub, cavab atəşi ilə susdurulub

* Ağdamdakı bölmələrimiz atəşə tutulub, Azərbaycan Ordusunun hərbi qulluqçusu yaralanıb

* Ermənistan Tovuz və Kəlbəcərdəki mövqelərimizi atəşə tutub

0