Yakutiyada şaxtalı gün, arxiv şəkli

Mənfi 72 dərəcədə 500 insanın yaşadığı kənd

6632
(Yenilənib 09:34 31.10.2016)
Kənddə anomal hava şəraiti hökm sürməsinə və yüksək tibbi xidmətin olmamasına baxmayaraq, sakinlərin ciddi sağlamlıq problemləri yoxdur

BAKI, 29 okt — Sputnik. Yeni Zelandiyadan olan fotoqraf Amos Chapple dünyanın ən soyuq yerində məskunlaşan insanların fotolarını çəkib. Rusiya torpaqlarında, Şimal Qütb Dairəsinin 350 kilometr cənubundakı Oymyakon kəndində, 1926-ci ildə ölçülən mənfi 71.2 dərəcə, Şimal yarımkürəsində ölçülən ən aşağı istilik olma xüsusiyyəti daşıyır.

Sputnik haberler-ə istinadla xəbər verir ki, bitki mənşəli istehlak məhsullarının yetişmədiyi kənddə, marketlər balıq və ət məhsulları ilə doludur. Günəş şüalarının dondurucu sis təbəqəsini deşməkdə belə, çətinlik çəkdiyi kənddə, təxminən 500 insan yaşayır.

Evlərin içinə şaxta ucbatından su xətləri çəkmək qeyri-mümkündür. Bu baxımdan sakinlər tualetləri evlərin çölündə inşa ediblər.

  • Rusiya torpaqlarında, Şimal Qütb Dairəsinin 350 kilometr cənubundakı Oymyakon kəndi
    Rusiya torpaqlarında, Şimal Qütb Dairəsinin 350 kilometr cənubundakı Oymyakon kəndi
    © Photo : fotogaleri.haberler.com

1 / 14
© Photo : fotogaleri.haberler.com
Rusiya torpaqlarında, Şimal Qütb Dairəsinin 350 kilometr cənubundakı Oymyakon kəndi

Bölgədə avtomobillər yalnız qarajlarda işə düşür. Qarajdan çıxan avtomobillər dayanmadan hərəkət etməlidir. Əgər maşın dayansa, təzədən onu işə sala bilməyəcəksiniz.

Rus dilində "Donmayan su" mənasını verən bölgəyə, 1930-cu illərə qədər maral sürülərinin su ehtiyaclarını qarşılamaq üçün gəlindiyi bilinir. Bura ölkənin şimal-şərqində, dəniz səviyyəsindən 750 metr yüksəklikdədir. Günlərin uzunluğu qışda üç saat ilə yayda 21 saat arasında dəyişir.

Kənddə anomal hava şəraiti hökm sürməsinə və yüksək tibbi xidmətin olmamasına baxmayaraq, sakinlərin ciddi sağlamlıq problemləri yoxdur. Elm adamları burada yaşayan insanların səhiyyə problemi yaşamamasını maral südündəki qida dəyərlərinin yüksək olmasına bağlayırlar.

Bu kənddə uşaqlar da soyuğa adət ediblər. Məktəblər, havanın temperaturu —52 dərəcənin altına endiyində bağlanır. Oymyakon sakinlərinin ən sevdiyi fəaliyyət isə buz tutmuş göldə balıq ovlamaqdır.

6632
Teqlər:
şaxta, Rusiya, soyuq, Yeni Zelandiya, kənd
Əlaqədar
Martda 0 dərəcə şaxta da olacaq, 24 dərəcə isti də
Rusiyada şaxtada baş vermiş partlayış nəticəsində 6 nəfər ölüb
Gecə 2 dərəcəyədək şaxta olacaq
Yolları buz bağlayacaq, sərt şaxta olacaq
Sabah Azərbaycanda -12°-dək şaxta olacaq

Mişustinin sərəncamı icradadır: Rusiya qlobal enerjiyə keçidə hazırlaşır

531
(Yenilənib 18:25 04.08.2021)
Çinin iqlim dəyişikliyi ilə mübarizə planları və öz bazarını "çirkli" mallardan qorumaq üçün Aİ-nin radikal təşəbbüsləri fonunda işçi qruplarının yaradılmasına dair qərar iyun ayında qəbul edilib.

BAKI, 4 avqust - Sputnik. Rusiya hökuməti baş nazir Mixail Mişustinin sərəncamı ilə "Rusiya iqtisadiyyatını qlobal enerji keçidinə uyğunlaşdırmaq üzrə" işçi qrupları yaratmağa hazırlaşır.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "RBK" özünün müvafiq mənbələrinə istinadla məlumat yayıb. 

Məlumata görə, Baş nazirin birinci müavini Andrey Belousov sözügedən qrupların kuratoru olacaq.

Çinin iqlim dəyişikliyi ilə mübarizə planları və öz bazarını "çirkli" mallardan qorumaq üçün Aİ-nin radikal təşəbbüsləri fonunda işçi qruplarının yaradılmasına dair qərar iyun ayında qəbul edilib.

Qlobal enerji keçidi alternativ enerjinin inkişafı fonunda ənənəvi yanacağa olan tələbatın azaldılması nəzərdə tutur.

"Qarşıda duran vəzifə - Rusiya iqtisadiyyatı üçün qlobal enerji keçidinin risklərini və imkanlarını müəyyən etmək, bütün istiqamətlər üzrə ssenariləri qiymətləndirmək və ən optimal variantı hazırlamaqdır. Etibarlı məlumatların toplanmasını, idarələrin, təşkilatların və mütəxəssislərin əlaqələndirilməsini təmin etmək vacibdir", - deyə hökumətə yaxın mənbə məsələnin mahiyyətini izah edib.

RBK-nın həmsöhbətlərindən biri bildirib ki, son bir ay ərzində hökumət, Rusiyanın aşağı karbohidratlı inkişaf istiqamətində qlobal iqtisadiyyatın yenidən qurulmasına hazırlaşması ilə bağlı bir sıra qapalı müzakirələr aparıb.

Yay aylarında "iqlim" işçi qruplarının ilkin tərkibi müəyyənləşdirilib və Baş nazir müavinlərinin qapalı iclasları keçirilib. Burada Rusiya üçün risklərin və imkanların təhlilinin ilkin nəticələri müzakirə edilib. Hökumətdə iqlim gündəminin problemlərinin prioritet olmasının vacibliyinə dair anlayış mövcuddur.

Həmçinin oxuyun:

* Fermerə günəş paneli quraşdırmaq neçəyə başa gəlir və sərfəlidirmi?

İşləməyən günəş panelləri: Deputatlar enerji sahəsindəki problemləri topa tutdular

* Asim Mollazadə: "Azərbaycanda günəş panelləri istehsal edilməlidir"

Azərbaycanda günəş elektrik stansiyasının tikintisi rəsmiləşdirildi

531
Teqlər:
Mixail Mişustin
Koronavirusa qarşı peyvənd, arxiv şəkli

İnfeksionist: COVID-19 peyvəndi postkovid sindromundan qoruyur

15
(Yenilənib 21:32 03.08.2021)
İnfeksionist Yevgeni Timakov hesab edir ki, COVID-19 peyvəndi artıq xəstələnmiş insanları sonrakı fəsadlardan qoruyur.

BAKI, 3 avqust — Sputnik. İnsan yoluxduğu halda belə, koronavirusa qarşı peyvənd postkovid sindromundan qoruya bilər.

Bunu ilkin elmi məlumatlar və reabilitasiya mərkəzlərində peyvənd olunanların yoxluğu sübut edir.

"Situasiyanın analizi göstərir ki, reabilitasiya mərkəzlərində peyvənd olunmuş adamlara rast gəlinmir, yəni, ilkin elmi məlumatlara görə, mövcud vaksinlər insanları postkovid sindromundan qoruyur", - infeksionist həkim Yevgeni Timakov RİA Novosti-yə müsahibəsində bildirib.

Koronavirus əleyhinə vaksinasiya Rusiya Federasiyasının bütün bölgələrində aparılır. Rusiya Səhiyyə Nazirliyi Qamaleya Mərkəzinin COVID-19-un profilaktikası üçün hazırladığı ilk peyvəndi 2020-ci ilin avqustunda qeydiyyatdan keçirib. Ona "Sputnik V" adı verilib. Eləcə də Rusiyada "Rospotrebnadzor"un "Vektor" mərkəzinin «EpiVakKorona» və REA Çumakov adına Mərkəzin «KoviVak» peyvəndləri mövcuddur. Mayın əvvəlində dördüncü yerli peyvənd «Sputnik Layt»ın qeydiyyata alınması barədə məlumat yayılıb.

Eləcə də oxuyun:

15
Teqlər:
COVID-19, epidemiya, Koronavirus, vaksin
Pandemiya zamanı imtahan, arxiv şəkli

Təhsil naziri: müəllim işləmək istəyənlərin sayı artıb

0
"Orta hesabla hər il 3000 vakant yer təkrar olaraq müsabiqəyə çıxarılır. Orada da ya müddətli vakant yerlər olur, ya da ucqar yerlər olduğu üçün o yerlərə getmirlər"

BAKI, 4 avqust — Sputnik. Azərbaycanda müəllim olmaq istəyənlərin sayı kəskin artıb. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə bu gün təhsil naziri Emin Əmrullayev özünün sosial şəbəkə hesabında müəllimlərin suallarını cavablandırarkən deyib. Onun sözlərinə görə, Müəllimlərin İşə Qəbulu (MİQ) imtahanlarında iştirak üçün qeydiyyatdan keçənlərin sayı bu il 18 min nəfərdən 60 min nəfərə qədər artıb.

Nazir onu da qeyd edib ki, ümumilikdə müəllim peşəsinə və MİQ imtahanlarına maraq artıb.

"60 minə yaxın namizəd qeydiyyatdan keçsə də, MİQ imtahanlarında 46 930 nəfər iştirak edib. Onların heç də hamısı işsiz müəllimlər deyil. 10259 nəfər dövlət müəssisələrində işləyən şəxslərdir. Bu il ilkin ehtimal edilən vakant yerlərin sayı 7718 olub. Orta hesabla hər il 3000 vakant yer təkrar olaraq müsabiqəyə çıxarılır. Orada da ya müddətli vakant yerlər olur, ya da ucqar yerlər olduğu üçün o yerlərə getmirlər", - deyə nazir vurğulayıb.

Emin Əmrullayev həmçinin deyib ki, Bakı, Sumqayıt, Abşeron üzrə 1055 vakant yer müsabiqəyə çıxarılıb.

"Hazırda ölkədə 13,3 min nəfər ingilis dili müəllimi var. Bu il üçün ingilis dili müəllimliyinə 478 vakant yer çıxarılıb. Riyaziyyat fənni üzrə isə 378 vakant yer təqdim olunub. Həmçinin bu il üçün ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat, ingilis dili və riyaziyyat fənləri üzrə ümumilikdə 1412 vakansiya var", - deyə nazir bildirib.

Əmrullayevin sözlərinə görə, müəllimlərin böyük qismi gənclərdir.

Eləcə də oxuyun:

0
Teqlər:
müəllim, müsabiqə, , qəbul, nazir, məktəb, imtahan