Hələb şəhəri

"Rus təyyarələri 9 gündür Hələb üzərində uçmur"

10
İqor Konoşenkov: "Rusiyalı və suriyalı əsgərlər 40 vətəndaşı Hələbin etibarlı bölgələrinə keçirməyə cəhd ediblər, lakin bu, terrorçular tərəfindən əngəllənib"

BAKI, 27 okt — Sputnik. Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov Rusiya təyyarələrinin Suriyanın Hələb şəhəri və yaxınlığında uçuş həyata keçirmədiyini bildirib. Sputnik xəbər verir ki, Konaşenkov, Hələbdəki silahlıların yaşayış yerlərinə atəş açdığını, vətəndaşların etibarlı bölgələrə çıxmasına mane olduğunu vurğulayıb.

"Rusiya və Suriya hava qüvvələrinin təyyarələri doqquz gündür Hələbdə uçuş həyata keçirmir və şəhərin ətrafındakı on kilometr genişliyindəki sahəyə yaxınlaşmır", — o deyib.

İqor Konoşenkov əlavə edib ki, rusiyalı və suriyalı əsgərlərin, təxminən 40 vətəndaşı Hələbin etibarlı bölgələrinə keçirmə cəhdi, dünən gecə terrorçuların atəşi nəticəsində əngəllənib.

Xatırladaq ki, Rusiya və Suriyanın hərbi hava qüvvələri, sivil vətəndaşların və silahlı müxaliflərin Hələbin şərq bölgələrindən çıxması üçün 18 Oktyabrda hava əməliyyatlarını dayandırmışdı.

10
Teqlər:
təyyarə, uçuş, Hələb, Suriya, İqor Konaşenkov, Rusiya
Əlaqədar
Türk qırıcıları ABŞ-ın Suriyadakı mütttəfiqlərini bombaladı
Merkel Suriyaya görə məsuliyyəti Rusiyanın üzərinə atdı
Putin Suriyanı öz vətəni kimi müdafiə edir
Rusiya aviasiyasının Suriyada müddətsiz yerləşdirilməsi təsdiqləndi
Bəşər Əsəd: "Rusiya-Türkiyə yaxınlaşması Suriyanın yeganə ümididir"
Putin: Suriyadakı vəziyyətə görə ABŞ məsuliyyət daşıyır