BAKI, 26 okt — Sputnik. Ukrayna Ali Radasının deputatı Nadejda Savçenko Rusiyaya səfər edib. Sputnik RİA-ya istinadən xəbər verir ki, o, Rusiyada qadağan olunmuş UNA-UMSO təşkilat üzvlərinin — Nikolay Karpyuk və Stanislav Klıxın işi üzrə Moskvada keçiriləcək məhkəmə iclasında iştirak etmək niyyətindədir. Onların iş üzrə apellyasiyaya Rusiya Federasiyasının Ali Məhkəməsi tərəfindən baxılır.
N.Savçenkonun vəkili Nikolay Polozov müvəkkilinin Rusiyaya səfər etməsinə heç bir maneənin olmadığını deyib: "Savçenko Rusiya Prezidentinin fərmanı ilə əfv edilib. Formal baxımdan o, tam azad insandır, heç bir hüquqi maneə yoxdur".
Xatırladaq ki, N.Savçenko 2014-cü ilin iyul ayında həbs olunub, 2016-cı ilin mart ayında isə Rostov vilayətinin Donetsk məhkəməsi onu Luqansk yaxınlığında rusiyalı jurnalistlər İqor Kornelyuk və Anton Voloşinin öldürülməsində ittiham edərək 22 illiyə azadlıqdan məhrum edib. May ayında ölən jurnalistlərin yaxınlarının xahişi ilə Rusiya prezidenti Vladimir Putin N.Savçenkonu əfv edib. Mayın 25-də o, Ukraynaya qayıdıb.
BAKI, 26 yanvar - Sputnik. Bu gün Rusiya Federasiyasının Bakıdakı səfirliyinin müvəqqəti işlər vəkili Xarici İşlər Nazirliyinə çağırılıb.
Sputnik Azərbaycan bildirir ki, bu barədə Azərbaycan XİN-in məlumatında deyilir.
Görüşdə Rusiya Dövlət Dumasının hakim “Vahid Rusiya” partiyasından olan üzvü Vitali Milonovun erməni KİV-nə müsahibəsi zamanı Azərbaycan dövlətinə və xalqına qarşı qəbuledilməz ifadələr işlətməsi məsələsi Rusiya səfirliyinin müvəqqəti işlər vəkili qarşısında qaldırılıb, Dövlət Dumasının üzvünün bu davranışını qəti şəkildə pislənilib.
Həmçinin Rusiya Dövlət Dumasının üzvü V.Milonovun Azərbaycan əleyhinə atdığı növbəti təxribatçı addımı Azərbaycan və Rusiya arasında mövcud olan yüksək səviyyəli münasibətlərə tamamilə zidd olduğu vurğulanıb. V.Milonovun səsləndirdiyi fikirlərin Moskvanın rəsmi mövqeyini əks etdirmədiyi və bu kimi addımların ölkələr arasında münasibətlərə xələl gətirmək və əldə olunan razılaşmanın həyata keçirilməsinə əngəl törətmək məqsədi daşıdığı vurğulanıb.
BAKI, 26 yanvar — Sputnik. Rusiya şou-biznesinin kralı, Rusiyanın Xalq artisti Filipp Kirkorov Azərbaycanın Xalq artisi Aygün Kazımovanı ad günü münasibətilə təbrik edib. Sputnik Azərbaycan xəbər verir ki, Rusiya pop musiqisinin ulduzu özünün "Instagram" hesabında Kazımova ilə çəkdirdiyi fotoları paylaşaraq "Doğum günün mübarək!" yazıb.
Qeyd edək ki, Xalq artisti Aygün Kazımova və Rusiya pop musiqisinin ulduzu Filipp Kirkorov birlikdə dəfələrlə konsert və layihələrlə çıxış ediblər.
BAKI, 26 yanvar — Sputnik. Türk kinosunun tanınmış komediya aktyoru İlyas Salman ötən gün qatıldığı televiziya proqramında gündəmi alt-üst edən çıxış edib.
Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyədə solçu fikirləri ilə tanınan İlyas Salman: "Rəcəb Tayyib Ərdoğan mənə mükafat verəcəyini desə və mükafatla bərabər böyük miqdarda pul da verəcəyini bilsəm, onun əlindən mükafat almağa getmərəm", - deyib.
ilyas Salman :"Ben gidip Recep Tayyip Erdoğan'dan ödül almam. Çünkü ödülü bu akılsız halkın verdiği oylarla aldı zaten ama o ödülü kötü kullandı" dedi. pic.twitter.com/cTLhPHQgUu
— Mioldu.comVideo (@miolducomvideo) January 25, 2021
Yeşilçam filmlərinin tanınmış aktyoru axirət inancı olmadığını söyləyib: "Ölümdən qorxmuram. Çünki axirətə, cənnət və cəhənnəmə inanmıram. Əgər cənnət və cəhənnəm varsa, mən cəhənnəmi seçirəm. Çünki orada cəhənnəm zəbanilərinin qaynadığı qazanların istisində oturmaq niyyətindəyəm".
Məlumat üçün bildirək ki, aktyor ötən əsrin 70-80-ci illərində Türkiyədə çəkilmiş filmlərin əksəriyyətində rol alıb. "Çöpçüler kralı", "Banker Bilo", "Şaşkın Ördek", "Deliye Her gün Bayram", "Ben Milyoner Değilim", "İbişo", "Aptal Aşık" və s. filmlərdə çəkilən aktyorun əsas tərəf-müqabili Kamal Sunal olub.