Normand dördlüyü

Putinlə Merkel arasında mübahisə düşdü

137
Suriya və Ukrayna böhranını müzakirə edən "Normand dördlüyü" ortaq məxrəcə gələ bilməyib

BAKI, 20 okt — Sputnik. Almaniya kansleri Angela Merkel Suriya və Ukraynadakı böhranı müzakirə etmək üçün Berlində Rusiya prezidenti Vladimir Putin, Ukraynanın dövlət başçısı Pyotr Poroşenko və Fransa prezidenti Fransua Ollandla bir araya gəlib. Sputnik Ria-ya istinadən xəbər verir ki, görüşdən sonra Fransa Prezidenti ilə birgə mətbuata açıqlama verən Merkel deyib ki, Suriya məsələsində hələ də Moskva ilə ortaq məxrəcə gələ bilmirlər və mövqelər qətiyyən üst-üstə düşmür.

"Cənab Putinlə apardığımız danışıqlar açıq, amma çox sərt keçdi. Aramızda ciddi mübahisələr oldu. Etiraf edim ki, bu mövzuda hansısa razılığa gəlməkdən, hələ ki çox uzağıq", — alman kansler bildirib.

Suriyanın Hələb şəhərindəki bombardmanlarda rəsmi Moskvanın da məsuliyyət daşıdığını deyən Merkel, havadan zərbələrin oradakı insanlara qarşı zalım rəftar olduğunu vurğulayıb. Kansler hal-hazırda ən əsas məsələnin Hələbdəki insanlara humanitar yardımın çatdırılması olduğunu, bu istiqamətdə Rusiyaya qarşı sanksiya variantının istisna olmadığını qeyd edib.

Öz növbəsində Fransa prezidenti Fransua Olland, Hələbdə bir neçə saat əldə olunan atəşkəs razılığından humanitar yardımın çatdırılması və siyasi danışıqlar üçün istifadə etmək istədiklərini bildirib. Suriyada sivil əhalinin qorunmasının vacibliyini vurğulayan Olland deyib: "Biz indi Vladimir Putinlə keçirdiyimiz görüşdən atəşkəsin bəlkə də, uzadıla biləcəyi təəssüratı ilə çıxdıq. Suriya rejimi və havadarları hücumlara son qoymalıdır".

Berlindəki müzakirələri Sputnik üçün şərh edən türkiyəli jurnalist-yazar Ömər Dinçər, indiyədək Normand dördlüyü formatından xeyirli nəticə çıxmadığını söyləyib: "Suriya və Ukrayna böhranlarını həll etmək üçün ən yüksək səviyyədə, həm Cenevrədə həm də Minskdə görüşlər keçirilib. Onlarla belə görüş olub. Amma heç bir müsbət nəticəsi olmayıb. "Normandiya formatı" digər iki zirvədən aşağı səviyyəli sayılır. Ona görə də, Berlindəki müzakirələrdən yaxşı nəsə gözləmək sadəlövhlük olar".

Türkiyəli politoloq Ömər Dinçər
© Photo : STR
Türkiyəli politoloq Ömər Dinçər

Dinçərə görə, Qərb blokunu Hələbdəki sivillərin ölümündən çox, miqrant axını narahat edir: "Özlərini mədəniyyətin, insan haqlarının, demokratiyanın beşiyi sayan Avropa dövlətləri bu gün çox uğursuz imtahandan keçir. Müharibədən qaçan müsəlman qaçqınlara sanki yad planetli kimi baxırlar. Onlarla ən iyrənc formada rəftar edirlər".

"Türkiyəyə basqı edirlər ki, suriyalıları, iraqlıları onlar tərəfə buraxmasın. Bəli, bu gün Aİ ölkələri Suriyadakı müharibənin bitməsini istəyir, ancaq mülki əhali ölümlərinin artmasından qorxduqları üçün yox, Avropaya müsəlmanlar gəlməsin deyə bunu istəyirlər", — siyasi şərhçi qeyd edib.

137
Teqlər:
Fransua Olland, Pyotr Poroşenko, Vladimir Putin, Rusiya, Berlin, Ukrayna, Suriya, Angela Merkel, Almaniya
Əlaqədar
Angela Merkel: "Vəziyyət kritikdir"
Angela Merkel: Rusiya Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində həlledici rol oynayır
Putin, Merkel və Olland Ukraynadakı situasiyanı müzakirə ediblər
Putin Suriyanı öz vətəni kimi müdafiə edir
Ərdoğan Putinin xahişini yerə salmadı
Putin: Suriyadakı vəziyyətə görə ABŞ məsuliyyət daşıyır
 Türkiyə ordusuna məxsus Bayraqdar PUA-sı, arxiv şəkli

Rusiya Qarabağa görə yeni PUA yaradır

29
(Yenilənib 23:25 05.12.2020)
"Uzun mənzilli radar patrulu üçün pilotsuz bir helikopter" "kiçik və aşağı sürətli düşmən pilotsuz təyyarələrini aşağı və son dərəcə aşağı yüksəkliklərdə" izləmək və "onlara hərbi hava hücumundan müdafiə zenit-raket sistemlərini hədəf almaq" üçün nəzərdə tutulub

BAKI, 5 dekabr — Sputnik. Noyabr ayında Rusiya müəssisələri "son yerli qarşıdurmaların təcrübəsinin təhlilini" nəzərə alaraq, düşmən pilotsuz təyyarələri ilə mübarizə aparmaq üçün hazırlanmış pilotsuz uçuş aparatı (PUA) yaratmağa başlayıb.

Sputnik Azərbaycan Rusiya mətbuatına  istinadla xəbər verir ki, məlumata görə, "uzun mənzilli radar patrulu üçün pilotsuz bir helikopter" "kiçik və aşağı sürətli düşmən pilotsuz təyyarələrini aşağı və son dərəcə aşağı yüksəkliklərdə" izləmək və "onlara hərbi hava hücumundan müdafiə zenit-raket sistemlərini hədəf almaq" üçün nəzərdə tutulub.

Silahın qısa müddətdə yaradılacağı qeyd edilir.

Xatırladaq ki, noyabr ayında Strateji və Texnologiyaların Təhlili Mərkəzinin (CAST) direktor müavini Konstantin Makienko Qarabağdakı son münaqişəni şərh edərkən Rusiyanın məğlub tərəf olduğunu qeyd edərək bildirib ki, Ukrayna Silahlı Qüvvələri də Rusiyanın sahib olmadığı üçüncü nəsil tank əleyhinə raket sistemləri və kamikadze dronlarına sahibdir.

29
Teqlər:
Azərbaycan, Qarabağ, istehsal, Rusiya, PUA
Mixail Qorbaçov

Qorbaçovu artıq qohumları da ziyarət etmirlər

50
(Yenilənib 20:14 05.12.2020)
Qorbaçovun qızı və iki qız nəvəsi Almaniyada yaşayır, Rusiyaya gəlmirlər. Siyasətçi özü də harayasa getmək iqtidarında deyil.

BAKI, 5 dekabr - Sputnik. SSRİ-nin sabiq prezidenti Mixail Qorbaçovu artıq qohumları ziyarət etmirlər. İndi onun üçün ən yaxın adam köməkçisi olub. Sputnik Azərbaycan bildirir ki, "MK"nın jurnalistləri Vitali Manskinin "Qorbaçov. Cənnət" filminə baxandan sonra bu qənaətə gəliblər. 

Qorbaçov hökumətin ömürlük istifadə üçün ayırdığı xidməti evdə tək yaşayır. Bina mühafizə olunur və hündür hasarla əhatə olunub. 

Filmdə Qorbaçov etiraf edir ki, nəvələri ona baş çəkmirlər. Qocalmış siyasətçinin durumu elə də yaxşı deyil, kreslodan güclə qalxır və xüsusi qurğunun hesabına hərəkət edir. İkinci mərtəbəyə qalxmaq üçün liftdən istifadə edir, əks halda yataq otağına getmək üçün bir saat sərf etməli olur. 

Qorbaçovun qızı və iki qız nəvəsi Almaniyada yaşayır, Rusiyaya gəlmirlər. Siyasətçi özü də harayasa getmək iqtidarında deyil.

Uzun illər Qorbaçovla işləyən Pavel Palajçenko onun niyə qohumlarıyla görüşmədiyini izah edib. Onun sözlərinə görə, Qorbaçov koronavirusa yoluxmaqdan qorxduğundan özünütəcriddədir. 

"İndi kim gəlir ki? İndi təyyarələr uçmur, ona görə", - Palajçenko deyib. 

Onun sözlərinə görə, emidemioloji situasiya yaxşılaşan kimi qohumları mütləq Qorbaçova baş çəkəcəklər.

50
Teqlər:
qohumlar, Rusiya, Mixail Qorbaçov
Sarımsaq, arxiv şəkli

Təbii antibiotik zərərli imiş

0
(Yenilənib 23:40 05.12.2020)
Məlum olub ki, sarımsaq xəstəliyin simptomlarını ağırlaşdıran mədə və öd şirəsinin ifraz edilməsini stimullaşdırır.

BAKI, 5 dekabr — Sputnik. Çoxsaylı faydalı təsirləri olmasına baxmayaraq, sarımsaq aqressiv məhsul hesab edilir.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, bu barədə danışan həkim-dietoloq İnna Zaykina bildirib ki, çox sarımsaq yemək olmaz.

Mədə xorası xəstəliyi, pankreatit və digər xəstəliyi olan insanlar sarımsaq yeməməlidirlər. Çünki sarımsaq xəstəliyin simptomlarını ağırlaşdıran mədə və öd şirəsinin ifraz edilməsini stimullaşdırır.

Bir müddət əvvəl isə endokrinoloq Yelena Qubkina kartof bişirmə və yemək üsulları barədə danışarkən bildirmişdi ki, kartof torpaqdan və havadan zərərli maddələr yığdığı üçün onu istehlak edərkən diqqətli olmaq lazımdır. Belə ki, kartofu soyulmuş qaynatmaq və buxarda bişirmək daha faydalıdır. Belə ki, bu zaman tərəvəz maksimum miqdarda qida - kalium, natrium, B6 vitamini verir.

0
Teqlər:
allergiya, mədə-bağırsaq xəstəlikləri, simptom, xəstəlik, təbii antibiotik, zərər, sarımsaq