Azərbaycan prezidenti İlham Əliyev

İlham Əliyev Türkiyədə rus təyyarəsinin vurulmasının görünməyən tərəflərindən danışdı

518
Azərbaycan Prezidenti: "Moskva-Ankara münasibətlərinin yaxınlaşmasını narahatlıqla izləyən xarici qüvvələr var"

BAKI, 18 okt — Sputnik. "Ötən ilin noyabrında rus təyyarəsinin vurulması hadisəsinin arxasında xarici güclər ola bilər". Azərbaycan prezidenti İlham Əliyev Sputnik-ə müsahibəsi zamanı belə deyib.

Prezident bildirib ki, Rusiya ilə Türkiyənin yaxınlaşmasından narahat olan qüvvələr çoxdur: "Moskva-Ankara münasibətlərinin yaxınlaşmasını narahatlıqla izləyən xarici qüvvələr var. Düşünürəm ki, ötən il baş verən təyyarə böhranının arxasında həmin güclər dayana bilər. Mən bu fikirləri obyektiv müşahidələrimə əsasən deyirəm".

İlham Əliyev Rusiya ilə Türkiyə arasındakı əlaqələrin yenidən normallaşmasını ədalətin bərpası kimi dəyərləndirib: "Bu, ədalətin yenidən bərpa olunmasıdır və faciəvi anlaşılmazlığın ortadan qaldırılmasıdır".

518
Teqlər:
Ankara, Moskva, Türkiyə, Rusiya, İlham Əliyev, Azərbaycan, rus təyyarəsi
Əlaqədar
Azərbaycan Prezidenti Sputnik-in fəaliyyətindən məmnundur
İlham Əliyevdən növbədənkənar prezident seçkiləri açıqlaması
İlham Əliyev: "Əgər biz razılığa gəlsək, Dağlıq Qarabağ muxtar respublika ola bilər"
Prezident: "Terrorçuları "yaxşılara və pislərə" bölmək düzgün deyil"
Soyuz-FQ raketinin buraxılışı, arxiv şəkli

Maskı üstələmək: Rusiya yeni raket hazırlayır

9
(Yenilənib 17:38 07.08.2020)
Roqozin belə bir raketin 100 uçuş həyata keçirə biləcəyini izah edib. "Falcon 9" daşıyıcısı isə 10 uçuş üçün nəzərdə tutulub.

BAKI, 7 avqust — Sputnik. Rusiya Federal Kosmik Agentliyi (Roskosmos) İlon Maskın raketlərinə rəqib olacaq yeni raket yaratmağı planlaşdırır. "Soyuz-SPQ" adlı bu daşıyıcı raketin birinci pilləsi çoxistifadəli olacaq və "SpaceX" şirkətinin "Falcon 9" raketindən uçuş sayına görə üstün olacaq.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə RİA Novosti-yə müsahibəsində "Roskosmos" şirkətinin baş direktoru Dmitri Roqozin bildirib.

"Biz "Soyuz-2"ni əvəz etmək üçün metanla işləyən raket yaradırıq. O, ilkin olaraq çoxistifadəli kosmik raket kompleksi kimi yaradılacaq. "SpaceX"də olduğu kimi "yarım çoxistifadəli" deyil, (tam - red.) çoxistifadəli olacaq", - Roqozin bildirib.

O, belə bir raketin 100 uçuş həyata keçirə biləcəyini izah edib. "Falcon 9" daşıyıcısı isə 10 uçuş üçün nəzərdə tutulub.

Bununla yanaşı, Roqozinin sözlərinə görə, rusiyalı mühəndislər amerikalı həmkarlarının raketinə nəzər yetirsələr də, onları təkrarlamırlar, əksinə, üstün olmağa çalışırlar.

2019-cu ilin sentyabrında "Roskosmos" məlumat verib ki, metanla işləyən mühərriklə təchiz olunmuş yeni çoxdəfəlik raketlərin hazırlanmasına çəkilən xərclər təxminən 900 milyon rubl (12,2 milyon dollar) təşkil edəcək. Onun uçuş dəyəri 40,5 milyon dollar olacaq. Yeni raket "Vostoçnı" kosmodromundan doqquz ton yükü aşağı orbitə, 2,2 ton yükü isə geo-keçid orbitinə çıxara biləcək.

9
Rusiya Prezidenti Vladimir Putin və Belarus Prezidenti Aleksandr Lukaşenko, arxiv şəkli

Putin Lukaşenko 33 rusiyalının saxlanılmasını müzakirə ediblər

6
Yaranan vəziyyətin iki ölkə arasında əməkdaşlıq üçün xarakterik olan qarşılıqlı anlaşma ruhunda həll ediləcəyinə əminlik ifadə edildi.

BAKI, 7 avqust — Sputnik. Rusiya Prezidenti Vladimir Putin telefonla Belarusdan olan həmkarı Aleksandr Lukaşenko ilə respublikada 33 Rusiya vətəndaşının saxlanılmasını müzakirə edib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

"Yaranan vəziyyətin iki ölkə arasında əməkdaşlıq üçün xarakterik olan qarşılıqlı anlaşma ruhunda həll ediləcəyinə əminlik ifadə edildi", - deyə Kremlin yaydığı məlumatda bildirilir.

Məlumatda qeyd olunub ki, Moskva Belarusda sabit ölkədaxili vəziyyətin saxlanılmasında və sakit mühitdə prezident seçkilərinin keçirilməsində maraqlıdır.

Bu arada, Belarus Prezidentinin mətbuat xidməti vurğulayıb ki, ölkə başçıları vəziyyəti "ən ciddi şəkildə həll etməyə çalışırlar".

"Prezidentlər yaranmış vəziyyətin əsl səbəblərini müəyyən etmək, günahkarları tapmaq və onları məsuliyyətə cəlb etmək üçün mövcud olan hər bir faktı mümkün qədər əsaslı və hərtərəfli şəkildə öyrənməyə dair razılığa gəldilər", - deyə rəsmi Minskin yaydığı məlumatda bildirilir.

6
Təcili yardım avtomobili, arxiv şəkli

Qəbələdə ehtiyatsızlıq azyaşlının ölümü ilə nəticələndi

0
Körpənin atası Daşdıyev Elimdar hadisənin elektrik xətlərinin düzgün və qanuna uyğun şəkildə çəkilmədiyindən və elektrik dirəklərinin təhlükəli şəkildə çəkildiyindən baş verdiyini bildirib.

İlham Əhmədov, Sputnik Azərbaycan

BAKI, 7 avqust — Sputnik. Qəbələdə iki azyaşlını elektrik cərəyanı vurub, onlardan biri dünyasın dəyişib. Dünyasın dəyişən 4 yaşlı uşaq olub.

Sputnik Azərbaycan-ın məlumatına əsasən, hadisə rayonun Yemişanlı kəndində baş verib. Kənd sakinləri - 2016-cı il təvəllüdlü Rəsul Elimdar oğlu Daşdıyevi və onun qardaşını qonşularına məxsus həyətdə elektrik cərəyanı vurub. Nəticədə 4 yaşlı Rəsul Daşdıyev hadisə yerində ölüb, qardaşı isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Körpənin atası Daşdıyev Elimdar hadisənin elektrik xətlərinin düzgün və qanuna uyğun şəkildə çəkilmədiyindən və elektrik dirəklərinin təhlükəli şəkildə çəkildiyindən baş verdiyini bildirib. Onun sözlərinə görə, hadisənin baş vermə səbəbi elektirik xətlərinin kustar üsulla evlər arasında çəkilməsi olub.

Hazırda məsələ ilə bağlı araşdırma aparılır.

0