Suriya prezidenti Bəşər Əsəd Rusiyanın Komsomolskaya pravda qəzetinin müxbiri Darya Aslamovaya müsahibə verərkən

Bəşər Əsəd: "Rusiya-Türkiyə yaxınlaşması Suriyanın yeganə ümididir"

4550
Suriya lideri Rusiyanın Türkiyənin siyasətini dəyişə biləcəyinə inanır

BAKI, 13 okt — Sputnik. "Rusiya-Türkiyə yaxınlaşması Suriyanın yeganə ümididir". Sputnik-in məlumatına görə, bu sözləri Suriya prezidenti Bəşər Əsəd, Dəməşqdə "Komsomolskaya pravda"nın xüsusi müxbiri Darya Aslamovaya verdiyi müsahibədə deyib.

Müxbirin "Türkiyə Suriya sərhəddində Rusiyanın təyyarəsini vurdu. Buna görə Rusiyanın Türkiyəyə münasibəti dəyişdi. Ərdoğan üzr istəyəndən sonra biz dost olduq. Turizm, diplomatiya, ticarət sahəsində münasibətləri bərpa etdik. Siz necə düşünürsüz, bəlkə biz ruslar onun bizi satmasından sonra Ərdoğana etibar edərkən səhvə yol veririk?" sualına cavabında Əsəd deyib: "Mən buna yaxşı baxıram. Çünki Rusiya-Türkiyə yaxınlaşması Suriyanın yeganə ümididir. Rusiya Türkiyənin siyasətini dəyişə bilər".

Əsəd özünün qanuni hakimiyyətinin davam etməsinin və Suriyada sülhün bərqərar olmasının tək yolunun Türkiyə-Rusiya münasibətlərinin ən yüksək səviyyəyə çatmasında gördüyünü bildirib.

Suriya lideri ölkəsində başlayan proseslərin əsl günahkarları, münaqişənin nizamlanmasında Qərbin və Rusiyanın rolu, İsrailin və bir sıra ekstremist təşkilatların bu münaqişədə tutduğu mövqe ilə bağlı jurnalistin suallarını cavablandırıb. Qəzet müsahibəni geniş şəkildə sabah yayımlayacağını açıqlayıb.

4550
Teqlər:
Bəşər Əsəd, böhran, Suriya, Rusiya, Türkiyə
Əlaqədar
Putin: Suriyadakı vəziyyətə görə ABŞ məsuliyyət daşıyır
Suriyalı miqrantlar İspaniyada üsyan qaldırdı
Suriya-Türkiyə sərhədi qana boyandı
Ərdoğan Türkiyənin Suriyaya dair planlarını açıqladı
Türkiyə ordusu daha 13 ay İraq və Suriyada qalacaq
"Türkiyə Suriyanın şimalını İŞİD-dən təmizləmədən geri çəkilməyəcək"