Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya Türkiyəyə qazın qiymətlərində güzəştə gedib

© REUTERS / Osman OrsalRussian President Vladimir Putin and his Turkish counterpart Tayyip Erdogan arrive for a joint news conference following their meeting in Istanbul, Turkey, October 10, 2016
Russian President Vladimir Putin and his Turkish counterpart Tayyip Erdogan arrive for a joint news conference following their meeting in Istanbul, Turkey, October 10, 2016 - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiyanın dövlət başçısı Türkiyə üçün qaz endirimi ilə bağlı "Qazprom" şirkətinə müvafiq tapşırıqlar verib.

BAKI, 10 okt-Sputnik. Rusiya və Türkiyə "Türk axını" layihəsinin müzakirəsi çərçivəsində qaz qiymətlərində güzəştlə bağlı razılığa gəliblər.

Sputnik RİA Novosti-yə istinadla xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin bəyan edib.

"Biz "Türk axını" layihəsi və əməkdaşlığın genişləndirilməsi çərçivəsində, o cümlədən qaz qiymətlərində güzəştləri təmin etmək barədə razılığa gəldik" — deyə Putin brifinqdə bildirib.

Qeyd edək ki, Rusiyanın dövlət başçısı Türkiyə üçün qaz endirimi ilə bağlı "Qazprom" şirkətinə müvafiq tapşırıqlar verib.

Bu gün İstanbulda Rusiya və Türkiyə prezidentləri iqtisadi məsələlərlə yanaşı Suriyadakı vəziyyəti də müzakirə ediblər.

Xəbər lenti
0