Putin və Ərdoğan

Putin İstanbuldadır

265
Rusiya-Türkiyə prezidentlərinin görüşündə iki ölkə münasibətlərinin normallaşması ilə bağlı məsələlər, həmçinin Suriya gündəmi müzakirə olunacaq

BAKI, 10 okt — Sputnik. Rusiya prezidenti Vladimir Putin Dünya Energetika Konqresinin xüsusi sessiyasında iştirak etmək üçün İstanbula səfər edib. Burada Rusiya lideri, həmçinin Türkiyə və Venesuela prezidentləri Rəcəb Tayyib Ərdoğan və Nikolas Maduro ilə görüşməlidir.

Sputnik RİA Novosti-yə istinadla xəbər verir ki, Dünya Energetika Konqresi İstanbulda 9-13 oktyabr tarixlərində keçirilir. Forumda iştirak edən ölkə nümayəndələrinin təkbətək keçirəcəkləri görüşlərdə neft qiymətlərinin müzakirə olunması gözlənilir.

Putinlə Ərdoğanın görüşündə Rusiya-Türkiyə münasibətlərinin normallaşması ilə bağlı məsələlər, həmçinin aktual regional və beynəlxalq problemlər, o cümlədən Suriya gündəmi müzakirə olunacaq.

Rusiya XİN daha öncə bildirib ki, Rusiya-Türkiyə əməkdaşlığının konstruktiv olacağına dair tendensiyalar mövcuddur və birgə fəaliyyət həyata keçirilə bilər. Nazirlik Ankaranın Suriya məsələsində Rusiya ilə əməkdaşlığa hazır olduğunu vurğulayıb.

BMT Təhlükəsizlik Şurası şənbə günü Suriyaya dair təcili iclas keçirib. İclasda Fransa və Rusiyanın təklif etdikləri Suriya tənzimlənməsi barədə iki qətnamə layihəsi müzakirə edilib. Heç bir sənəd qəbul olunmayıb.

Putinlə gələcək görüşündən danışan Maduro bəyan edib ki, danışıqların nəticəsi olaraq OPEK-in neft bazarının sabitləşdirilməsi üzrə qərarına dair bəyanat verilə bilər.

OPEK sentyabrın 28-də Əlcəzairdə keçirdiyi qeyri-formal görüşdə hasilatın sutkada 32,5-33 mln barelə qədər məhdudlaşdırılması barədə razılığa gəlib, lakin hər bir ölkənin məhdudiyyəti barədə razılaşma hələ yoxdur. Yekun qərar noyabrın 30-da Vyanada keçiriləcək təşkilatın rəsmi görüşündə qəbul ediləcək.

265
Teqlər:
Suriya, Nikolas Maduro, Rəcəb Tayyib Ərdoğan, Dünya Energetika Konqresi, Vladimir Putin, Türkiyə, Rusiya
Əlaqədar
Üzərində Putinin qızıl barelyefi olan iPhone 7 istehsal edilib
Putin Rusiyanın qüdrətinin səbəblərini açıqladı
Putinin Türkiyəyə gələcəyi gün dəqiqləşdi
Vladimir Putin Türkiyəyə səfərə hazırlaşır
Vladimir Putin: "SSRİ-ni dağıtmaq lazım deyildi"
Demokratlarla Respublikaçılar arasında "Putin qarşıdurması"