Oleq Kuznetsov Azərbaycan-Rusiya hərbi-texniki əməkdaşlıq perspektivləri mövzusunda keçirilən mətbuat konfransında

"İskəndər-E" komplekslərinin Ermənistana verilməsinin gizlinləri

86
Oleq Kuznetsov: "Bu raket kompleksinin Yerevanda paradda nümayiş etdirilməsi erməni cəmiyyətini sakitləşdirməyə yönəlmiş siyasi və psixolojı bir addım idi"

BAKI, 6 okt — Sputnik. Ermənistana verilmiş "İskəndər-E" kompleksləri Azərbaycanın neft infrastrukturuna xələl gətirə bilməz. Bunu Sputnik Beynəlxalq Mətbuat Mərkəzində, "Azərbaycan-Rusiya hərbi-texniki əməkdaşlıq perspektivləri" mövzusunda keçirilən konfransda, rusiyalı hərbi ekspert Oleq Kuznetsov deyib.

Onun sözlərinə görə, Yerevanda paradda nümayiş etdirilən "İskəndər-E" kompleksləri yaxın hərəkət məsafəli raketləri olan modifikasiyadır: ""İskəndər" operativ-taktiki raketinin Ermənistan ordusunda yaranması məsələsinə toxunmaq istərdim. Bu məsələ Azərbaycan cəmiyyəti üçün maraqlıdır və müxtəlif səviyyələrdə, o cümlədən, sosial şəbəkələrdə müzakirə olunur. Ermənistanda hərbi paradda nümayiş olunan kompleksə diqqət yetirsək, onun "İskəndər-E" olduğunu görərik. Bu kompleks "İskəndər-M"dən fərqli və zəifdir. Əgər "İskəndər-M"in vuruş məsafəsi 500 km təşkil edirsə, "İskəndər-E" üçün bu məsafə 300 km-ə yaxındır".

"Onun məqsədi müəyyən hərbi obyektləri və ordu kütləsini məhv etməkdir. O, nə Bakının neft yataqlarına, nə hərbi və mülki hava limanlarına, nə də paytaxtın özünə zərbə endirə bilər. Bir-iki qərargah istisna olmaqla, Azərbaycan ordusunun yerləşdiyi ərazilər üçün bu kompleksin istifadə olunması məqsədsizdir", — deyə o bildirib.

Kuznetsov qeyd edib ki, bu kompleks istifadə olunarsa, Gəncə və Naxçıvanın mülki obyektlərinə zərər dəyə bilər: "Lakin bu, artıq irimiqyaslı hərbi əməliyyat deməkdir. Bilirsiniz ki, Azərbaycanın hərbi potensialı Ermənistanın imkanlarını altı, ən azı beş dəfə üstələyir. Bu, Ermənistanın hərbi-texniki və hərbi-siyasi məğlubiyyəti ilə yekunlaşacaq".

Belə olan halda, Rusiyanın bu kompleksi Ermənistana hansı məqsədlə verdiyi sualı ortaya çıxır. Ekspertin sözlərinə görə, bu addım erməni cəmiyyətini sakitləşdirməyə yönəlib: "Bilirsiniz ki, aprel hadisələrindən sonra Ermənistanda anti-Rusiya ab-havası müşahidə edilir. "İskəndər-E" kompleksinin Yerevanda paradda nümayiş etdirilməsi erməni cəmiyyətini sakitləşdirməyə yönəlmiş siyasi və psixolojı bir addım idi".

Qeyd edək ki, "İskəndər-E" ixrac edilən modifikasiyadır. Rusiya "İskəndər-M"i Ermənistana və ya digər ölkəyə sata bilməz. Əks halda bu, Moskvanın üzərinə götürdüyü beynəlxalq öhdəliklərin pozulması anlamına gələr. 300 km-dən artıq vuruş məsafəsi olan raket kompleksinin münaqişə iştirakçısı olan dövlətlərə satılması beynəlxalq öhdəliklərin pozulması deməkdir.

86
Teqlər:
"İskəndər-E", raket, Ermənistan, Rusiya, Azərbaycan, kompleks
Əlaqədar
İŞİD Türkiyə ərazisini raket atəşinə tutub
Rusiya İrana raketdən müdafiə sistemləri göndərdi
XİN: İran raket potensialını artıracaq
Amerika hərbçiləri nüvə raketini əllərindən salıblar
İsrail yeni raketin sınağını keçirdi
Sülhməramlı kontingent üçün maddi-texniki təminat vasitələrinin gətirilməsi prosesi davam edir

Sülhməramlılar üçün maddi-texniki təminat vasitələrinin gətirilməsi davam edir - VİDEO

9
Dekabrın 1-də Rusiya sülhməramlılarının maddi-texniki təminatı üçün gətirilən vasitələr müəyyən olunmuş marşrut üzrə təyinat məntəqəsinə çatdırılıb.

BAKI, 1 dekabr — Sputnik. Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşdirilən Rusiya sülhməramlı kontingenti üçün maddi-texniki təminat vasitələrinin ölkəmizə gətirilməsi prosesi davam edir. Bu barədə Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadən xəbər verir.

Dekabrın 1-də Rusiya sülhməramlılarının maddi-texniki təminatı üçün gətirilən vasitələr müəyyən olunmuş marşrut üzrə təyinat məntəqəsinə çatdırılıb.

9
Rusiya Müdafiə Nazirliyinin binası, arxiv şəkli

Moskva Qarabağa dair qurulacaq Mərkəz barədə: "Türkiyə hərbçilərinin sayı..."

46
(Yenilənib 17:58 01.12.2020)
Rusiya Müdafiə Nazirliyi və Türkiyə Milli Müdafiə Nazirliyi arasında noyabrın 11-i imzalanan memoranduma uyğun olaraq, atəşkəsə və bütün hərbi fəaliyyətlərə nəzarət üzrə Rusiya-Türkiyə Ortaq Mərkəzinin yaradılması və fəaliyyətinə dair razılıq əldə olunub.

BAKI, 1 dekabr — Sputnik. Rusiya və Türkiyə Dağlıq Qarabağda atəşkəsə nəzarət üzrə Ortaq Mərkəzə dair razılığa gəlib. Mərkəzdə hər iki ölkədən olan hərbçilərin sayı bərabər olacaq. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri general-mayor İqor Konaşenikov bildirib.

"Rusiya Federasiyası Müdafiə Nazirliyi və Türkiyə Respublikası Milli Müdafiə Nazirliyi arasında noyabrın 11-i imzalanan memoranduma uyğun olaraq, atəşkəsə və bütün hərbi fəaliyyətlərə nəzarət üzrə Rusiya-Türkiyə Ortaq Mərkəzinin yaradılması və fəaliyyətinə dair razılıq əldə olunub. Mərkəz Azərbaycan ərazisində yerləşəcək. Rusiya və Türkiyə hərbçilərinin sayı bərabər olacaq", - deyə Konaşenkov bildirib.

Qeyd edək ki, bu gün Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayaraq Türkiyə-Rusiya Ortaq Mərkəzinin yaradılmasına dair texniki detallarla bağlı müzakirələrin başa çatdığını və tərəflər arasında anlaşma imzalandığını bildirib.

"Türkiyə-Rusiya Ortaq Mərkəzinin yaradılması və vəzifə əsaslarına dair texniki detallarla bağlı danışıqlar tamamlanaraq razılaşma imzalanıb. Mərkəzin ən qısa zamanda fəaliyyətə başlaması üçün lazımi işlər gedir", - deyə məlumatda qeyd olunub.

Həmçinin qeyd olunur ki, noyabrın 11-də Türkiyənin Milli Müdafiə naziri Hulusi Akarla rusiyalı həmkarı Sergey Şoyqu Azərbaycan və Ermənistan arasında atəşkəsi müşahidə etmək və nəzarət üçün video konfrans formatında anlaşma memorandumu imzalayıb.

46

Azərbaycanda hansı yol hərəkəti qaydaları daha çox pozulur

0
(Yenilənib 19:23 01.12.2020)
Ölkə üzrə ən çox hansı yol hərəkəti qaydalarının daha çox pozulması ilə bağlı statistika açıqlanıb. Siyahıda birinci yeri icazə verilən sürət həddinin aşılması ilə əlaqədar qayda pozuntuları tutur.
İnfoqrafika: Azərbaycanda yol hərəkəti qaydalarının pozulması ilə bağlı statistika
© Sputnik / Elnur Salayev

Azərbaycanın yol polisi əməkdaşları bu ilin yanvar-sentyabr ayları ərzində ölkə yollarında sürücülərin yol hərəkəti qaydalarını pozması ilə bağlı təxminən üç milyon fakt qeydə alıblar. Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, qayda pozuntularının üçdə biri icazə verilən sürət həddinin aşılması ilə əlaqədardır.

İkinci yeri nəqliyyat vasitəsini düzgün saxlamamaq və ya səhv yerə park etməklə bağlı cərimələr tutur - 20,7%. Üçüncü yerdə isə yol işarələri və ya nişanlarının tələblərinə əməl etməməklə bağlı qayda pozuntuları durur.

Qeyd etmək lazımdır ki, koronavirus pandemiyası 2020-ci il üzrə yol hərəkəti qayadalarının pozulması statistikasına da öz təsirini göstərib. Tutulan protokolların 4.1%-i nəqliyyatda sanitar-gigiyena və karantin rejimini pozanların payına düşür.

Ümumilikdə sürücülər qayda pozuntuları ilə bağlı dövlət xəzinəsini 93,2 milyon manat həcmində cərimə ödəməli olublar.

Yol hərəkəti qaydalarının pozulması halları ilə bağlı statistika Sputnik Azərbaycan-ın İnfoqrafikasında daha geniş şəkildə öz əksini tapıb.

0