Nüvə bombası

Rusiya ABŞ-la nüvə sazişini dayandırıb

234
(Yenilənib 23:52 05.10.2016)
Rusiya nüvə və enerji sektorlarında tədqiqat və inkişaf sahəsində ABŞ ilə əməkdaşlıq sazişini dayandırıb.

BAKI, 5 okt-Sputnik. Rusiya nüvə və enerji sektorlarında tədqiqat və inkişaf sahəsində ABŞ ilə əməkdaşlıq sazişini dayandırıb.

Sputnik-in məlumatına görə, bu barədə Rusiya hökumətinin saytında bildirilir.
Məlumata əsasən, buna səbəb Ukrayna hadisələri ilə əlaqədar ABŞ-ın Rusiyaya qarşı sanksiya tətbiq etməsi olub.

Bu qərara münasibət bildirən Ağ Evin mətbuat katibi Coş Ernest bildirib ki, ikitərəfli əlaqələrdə çətinliklərə baxmayaraq, ABŞ nüvə təhlükəsizliyi sahəsində Rusiya ilə əməkdaşlığın davam edəcəyinə ümid edir.

Qeyd edək ki, Rusiya və ABŞ arasında saziş 16 sentyabr 2013-cü ildə Vyanada imzalanıb.

234
Teqlər:
nüvə, Coş Ernest, Ağ ev, ABŞ, Rusiya
Əlaqədar
Nüvə yarışmasında kim daha güclüdür: ABŞ, yoxsa Rusiya?
"Rusiya başqa ölkələrin ərazisində nüvə silahı yerləşdirməyəcək"
Həyacan siqnalı: dünyanı dəhşətli nüvə fəlakəti gözləyir
ABŞ nüvə ölkələrinə çağırış etdi
"ABŞ nüvə silahlarını Türkiyədən çıxarır"