Встреча Владимира Путина и Реджепа Тайипа Эрдогана в Санкт-Петербурге. 9 августа 2016 года

Ərdoğan Kremlə zəng edib

1664
Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyip Ərdoğan arasında telefon danışığı olub.

BAKI, 5 okt-Sputnik. Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyip Ərdoğan arasında telefon danışığı olub.
Sputnik Kremlin mətbuat xidmətinə istinadla xəbər verir ki, telefon danışığı Türkiyə tərəfinin təşəbbüsü ilə baş tutub.

Prezidentlər oktyabrın 10-da İstanbulda keçiriləcək Ümumdünya Enerji Konqressi çərçivəsində baş tutacaq görüş ərəfəsində iki ölkə arasındakı əməkdaşlığın inkişafına dair aktual məsələlərlə bağlı fikir mübadiləsi aparıblar.

Rusiya-Türkiyə arasında gələcəkdə ticarət-iqtisadi əməkdaşlığım mərhələli şəkildə bərpa olunması, enerji sahəsində birgə böyük layihələrin, xüsusi ilə də "Akkuyu" AES və "Türk axını" qaz kəməri layihələrinin həyata keçirilməsinə maraq ifadə olunub.

Dövlət başçıları Suriya böhranını da müzakirə ediblər. Beynəlxalq ictimaiyyətin Suriyada sülhün siyasi yolla həlli istiqamətində səylərini artırması, bölgədəki ağır humanitar problemlərin həlli zərurəti qeyd olunub.

1664
Teqlər:
Suriya, "Türk axını", Akkuyu Atom stansiyası, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya prezidenti Vladimir Putin
Əlaqədar
Ərdoğan Putinə zəng edib