Vladimir Putin

Putin Rusiyanın qüdrətinin səbəblərini açıqladı

56
(Yenilənib 18:10 05.10.2016)
Rusiya Prezidenti: "Bizim əsla super güc olmaq niyyətimiz olmayıb. Və belə bir şeyi heç planlamırıq da. Rusiyanın gücü öz içərisindən gəlir"

BAKI, 5 okt — Sputnik. Rusiya prezidenti Vladimir Putin, parlamentdəki çıxışı zamanı ölkəsinin güclü olmasının səbəbini açıqlayıb. Sputnik xəbər verir ki, Kreml rəhbəri, bu gücün sadəcə müdafiə qabiliyyətindən qaynaqlanmadığını, xalqın birliyindən irəli gəldiyini söyləyib.

"Bizim əsla super güc olmaq niyyətimiz olmayıb. Və belə bir şeyi heç planlamırıq da. Rusiyanın gücü öz içərisindən gəlir. Bu da xalq arasında birliyin olmasıdır", — Putin deyib.

O, daha sonra əlavə edib: "Gücümüz xalqımız, insanlarımız, ənənələrimiz, mədəniyyətimiz, iqtisadiyyatımız, geniş torpaqlarımız, təbii sərvətlərimiz və əlbəttə müdafiə qabiliyyətimizdən gəlir. Amma ən əhəmiyyətlisi — gücümüz xalqımızın birliyindən gəlir".

Dövlət başçısı, həmçinin qeyd edib ki, Dumadakı bütün partiyalar Rusiyanın təhlükəsizlik və müdafiə qabiliyyətinin gücləndirilməsi üçün əllərindən gələn dəstəyi verəcək.

56
Teqlər:
güc, xalq, Kreml, Vladimir Putin, Rusiya
Əlaqədar
Vladimir Putin Türkiyəyə səfərə hazırlaşır
Vladimir Putin: "SSRİ-ni dağıtmaq lazım deyildi"
Demokratlarla Respublikaçılar arasında "Putin qarşıdurması"
Vladimir Putin: “Vahid Rusiya” partiyası seçkilərdə qələbə qazanıb
Vladimir Putin Qırğızıstana səfər edib
Tramp Putini "yerə-göyə sığdırmadı"