Нефть

Neft asılılğı vaxt bitəcək?

40
Aleksey Kudrin: Rusiya neft gəlirlərindən asılılığını yaxın 10-12 il ərzində bitirə bilər.

BAKI, 4 okt-Sputnik. Rusiya neft gəlirlərindən asılılığını yaxın 10-12 il ərzində bitirə bilər.

Sputnik-in məlumatına görə, Rusiyanın keçmiş maliyyə naziri, hazırda Strategiya Hazırlıqları Mərkəzinin direktoru Aleksey Kudrin "Biznesin atlantları" forumundakı çıxışında belə deyib.

O qeyd edib ki, Rusiyanın 10-12 il sonra qeyri-əmtəə ixracı əmtəə ixracını üstələyəcək:

"Biz yalnız qeyri-əmtəə ixracı əmtəə ixracını üstələdikdə ölkənin neft asılılığından qurtardığını deyə biləcəyik."

Kudrin həmçinin bildirib ki, Rusiya 4-5 il sonra 3-4% iqtisadi artıma nail ola bilər.

Xatırladaq ki, bu ilin ilk 8 ayı ərzində illik müqayisədə Rusiyanın ÜDM-i 0,7% azalma göstərib.

40
Teqlər:
neft, Strategiya Hazırlıqları Mərkəzi, Aleksey Kudrin, Rusiya
Əlaqədar
Rusiya rekord həddə neft istehsal edib
"Neft böhranı" iqtisadi deyil, siyasi amillərlə bağlıdır
"İstehsal dondurulsa belə, yenə neft bolluğu müşahidə ediləcək"
OPEC ölkələri neft hasilatının azaldımasına dair razılıq əldə ediblər
ABŞ alimlərindən neft və zəlzələlərlə bağlı şok açıqlama