Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Putinin Türkiyəyə gələcəyi gün dəqiqləşdi

© Sputnik / Aleksey Nikolsky / Mediabanka keçidPutin və Ərdoğan
Putin və Ərdoğan - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiya Prezidenti İstanbulda keçirilən enerji konqresində çıxış edəcək və türkiyəli həmkarı ilə görüşəcək

BAKI, 4 okt — Sputnik. Rusiya prezidenti Vladimir Putin oktyabrın 10-da Türkiyəyə səfər edəcək. Sputnik xəbər verir ki, bunu Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov jurnalistlərə açıqlamasında deyib.

Uşakovun sözlərinə görə, həmin gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarını qəbul edəcək: "Cənab Putin İstanbulda keçirilən enerji konqresində çıxış edəcək və Rəcəb Tayyib Ərdoğanla görüşəcək".

Qeyd edək ki, bu ayın 9-dan 13-dək İstanbulda Beynəlxalq Enerji Konqresi keçiriləcək. Bu tarixdə Türkiyə-Rusiya hökumətlərarası komissiyasının da iclası olacaq.

Xəbər lenti
0