Вид на Московский Кремль

ABŞ Rusiyanı növbəti sanksiyalarla hədələdi

23
(Yenilənib 00:29 01.10.2016)
Rəsmi Moskva Suriya ilə bağlı atdığı addımlar səbəbindən növbəti sanksiyalar dalğası ilə üzləşə bilər.

BAKI, 30 sen-Sputnik. Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edilə bilər.

Sputnik-in məlumatına görə, ABŞ Dövlət Departamentinin sözçüsü Mark Toner bəyan edib ki, rəsmi Moskva Suriya ilə bağlı atdığı addımlar səbəbindən növbəti sanksiyalar dalğası ilə üzləşə bilər.

"Biz sanksiyalar məsələsini də təhlil edirik, çünki bu, Rusiyaya qarşı düşünülmüş bir neçə variantdan biridir." — deyə Toner bildirib.

Bu addımın atılmasının mümkün ola biləcəyini qeyd edən Dövlət Departamentinin sözçüsü, onun fikirlərinin bəyanat olmadığını deyib.

Daha əvvəl isə Ağ Evin nümayəndəsi Coş Ernest həm Suriya hökumətinin hücumlarını dəstəklədiyi üçün, həm də Hələbdəki durumla bağlı Rusiya əleyhinə yeni sanksiyaların tətbiqini istisna etməmişdi.

23
Teqlər:
Rusiya, ABŞ, Suriya, Coş Ernest, Mark Toner
Əlaqədar
Rusiyaya qarşı sanksiyalar barədə ABŞ və Avropanın mövqeləri ayrıdır
Rusiyaya qarşı sanksiyalar davam edəcək
Avropa Parlamenti Vladimir Putinə qarşı yeni sanksiyalar tələb edir
Putin: Türkiyəyə qarşı sanksiyalar genişləndiriləcək
Rusiyaya qarşı sanksiyalar daha 6 ay uzadılacaq