Ərdoğan və Putin

Rusiya ilə Türkiyə pasportsuz gediş-gəliş rejiminə keçə bilər

93
(Yenilənib 13:59 28.09.2016)
Ekspertlərə görə, bu razılıq baş tutarsa, son 15 ildir ki, bir-birinə qaynayıb qarışan iki millət daha çox yaxınlıq edəcək, ticarət əlaqələri güclənəcək

BAKI, 28 sen — Sputnik. Rusiya ilə Türkiyə arasında münasibətlərin yaxşılaşmasından sonra iki ölkənin turizm sektorunun inkişafına təkan verəcək qərarlar qəbul oluna bilər. Sputnik Hürriyet-ə istinadən xəbər verir ki, əgər razılaşma olarsa, hər iki ölkənin vətəndaşlarının səyahəti asanlaşacaq.

Toğrul İsmayıl, politoloq
şəxsi facebook səhifəsindən
Toğrul İsmayıl, politoloq

Belə ki, Türkiyə vətəndaşları Rusiyaya səfər edərkən, onlardan xarici pasport tələb olunmayacaq. Təkcə Türkiyədə istifadə olunan şəxsiyyət vəsiqəsi Rusiyada da keçərli olacaq. Eləcə də, Rusiya vətəndaşları şəxsiyyət vəsiqəsi ilə Türkiyəyə gedə biləcəklər.

Hazırda hökumətlər arasında bu məsələ müzakirə olunur. Razılıq əldə olunduqdan sonra iki ölkə vətəndaşları 90 gün müddətinə pasportsuz səyahət edə biləcəklər.

Beləliklə də, Moskva-Ankara razılığı əldə olunandan etibarən, Türkiyə vətəndaşlarının pasportsuz gedib-gəldiyi ölkələrin sayı 15-ə çatacaq. İndiyədək türklər Almaniya, Belçika, Fransa, Gürcüstan, İsveçrə, İtaliya və Yunanıstanın da daxil olduğu, 14 ölkəyə sərbəst gedə bilirlər.

Türkiyənin TOBB İqtisadiyyat və Texnologiyalar Universitetinin dosenti, politoloq Toğrul İsmayıl Sputnik-ə açıqlamasında mövzunun hələlik müzakirə mərhələsində olduğunu bildirib: "Bu, hələ sadəcə bir fikirdir, ortaya atılıb. Antalya Turizm Mərkəzinin təklifidir. Təklif edilib ki, Rusiyadan gələn vətəndaşlar əlavə xərc çəkmədən, pasport almadan təkcə şəxsiyyət vəsiqələri ilə Türkiyəyə gələ bilsinlər".

Politoloq qeyd edib ki, bu məsələ daha əvvəllər də gündəmə gəlib: "Belə söz-söhbət daha əvvəl də gündəmə gəlmişdi və mən öz fikrimi bildirmişdim. Bununla bağlı Türkiyənin təcrübəsi var. Türklər üçün bunu həyata keçirmək o qədər də çətin deyil. Misal üçün, Gürcüstanla oxşar razılıq mövcuddur. Lakin iş orasıdır ki, bunun həyata keçməsi üçün Rusiya ilə Türkiyə arasında prosedurların həlli üzrə xüsusi mexanizmlər qurulmalıdır. İki tərəfin daxili işlər orqanlarının bir-biri ilə görüşməsi və məsələni müzakirə etməsi lazımdır".

T. İsmayıla görə, belə bir müqavilə gerçəkləşərsə, Türkiyə xeyli qazanc əldə edəcək: "Təyyarə böhranının həllindən sonrakı qısa müddət ərzində hələ də çarter reyslərinin dolu olduğunu söyləyə bilərik. Rusiyadan Türkiyəyə ciddi turist axını yaşanır. Müqavilə reallaşarsa, axın daha da çoxalacaq. Türkiyə turizm baxımdan rus vətəndaşları üçün çox cazib yerdir. Ruslar üçün həm ucuz, həm də keyfiyyətli, eksklüziv imkan yaradır. Belə imkanlar nə Avropada, nə də başqa yerlərdə mövcuddur. Tələb də məhz bundan irəli gəlir. Axını görən turizmçilər hökumətdən tələb edirlər ki, rus turistlər üçün rahatlıq yaradılsın".

Politoloq Yılmaz Altınsoy
© Photo : Yılmaz Altınsoyun şəxsi arxivindən
Politoloq Yılmaz Altınsoy

Mövzunu Sputnik-ə dəyərləndirən türkiyəli politoloq Yılmaz Altınsoy da hesab edir ki, razılıq əldə olunarsa, bunun həm siyasi, həm də iqtisadi cəhətdən müsbət tərəfləri olacaq: "Əgər müqavilə gerçəkləşsə, bunun iqtisadi və siyasi nəticələri olacaq. Birincisi, son 15 ildir ki, bir-birinə qaynayıb qarışan iki millət daha çox yaxınlıq edəcək, ticarət əlaqələri güclənəcək. Qarşılıqlı biznes layihələr artacaq. Bu, məsələnin iqtisadi tərəfidir".

"Siyasi tərəfinə gəlincə, bilirik ki, regionda Ankara və Moskvanın maraqlarının üst-üstə düşdüyü və düşmədiyi problemlər mövcuddur. Məsələn Suriya məsələsində hər iki dövlət bir-birinə zidd siyasət aparır. Kreml Bəşər Əsədi, Ankara isə müxalifləri dəstəkləyir. İş o yerə çatmışdı ki, Suriyaya görə az qala iki ölkə arasında müharibə çıxacaqdı. Nə isə ki, son anda liderlərin soyuqqanlı davranışı ilə problem həll olundu", — siyasi şərhçi qeyd edib.

Aytınsoyun fikrincə, yuxarıda haqqında danışdığımız razılıq müqaviləsi gerçəkləşərsə, Rusiya ilə Türkiyənin özlərinə aid olmayan digər problemlərdə üz-üzə gəlməsi çətinləşəcək: "Əslində Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan da bunun marağındadır. Onlar iki dövlətin düşmən olmasını istəmirlər".

Qeyd edək ki, Ankara ilə Moskva arasında təyyarə böhranından sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Moskvaya ziyarəti iki ölkə arasındakı gərginliyi aradan qaldırıb. Münasibətlərin qaydasına düşməsi iki ölkənin iqtisadiyyatına müsbət təsir göstərib.

93
Teqlər:
Yılmaz Altınsoy, Toğrul İsmayıl, Ankara, Moskva, şəxsiyyət vəsiqəsi, pasport, turizm, Türkiyə, Rusiya
Əlaqədar
Türkiyə-Rusiya yaxınlaşması doğru seçim kimi qiymətləndirilir
Rusiya qazının Türkiyə üzərindən nəqli Azərbaycana nə vəd edir?
Rusiya ilə Türkiyə tarixi anlaşmanın astanasında
Rusiya-Türkiyə yaxınlaşması Suriyaya nə vəd edir?
Ekspert: İlham Əliyev Rusiya-Türkiyə əlaqələrinin bərpasında böyük rol oynayıb
Ərdoğan: FETÖ Rusiya-Türkiyə münasibətlərini pozmağa çalışıb
Soyuz-FQ raketinin buraxılışı, arxiv şəkli

Maskı üstələmək: Rusiya yeni raket hazırlayır

11
(Yenilənib 17:38 07.08.2020)
Roqozin belə bir raketin 100 uçuş həyata keçirə biləcəyini izah edib. "Falcon 9" daşıyıcısı isə 10 uçuş üçün nəzərdə tutulub.

BAKI, 7 avqust — Sputnik. Rusiya Federal Kosmik Agentliyi (Roskosmos) İlon Maskın raketlərinə rəqib olacaq yeni raket yaratmağı planlaşdırır. "Soyuz-SPQ" adlı bu daşıyıcı raketin birinci pilləsi çoxistifadəli olacaq və "SpaceX" şirkətinin "Falcon 9" raketindən uçuş sayına görə üstün olacaq.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə RİA Novosti-yə müsahibəsində "Roskosmos" şirkətinin baş direktoru Dmitri Roqozin bildirib.

"Biz "Soyuz-2"ni əvəz etmək üçün metanla işləyən raket yaradırıq. O, ilkin olaraq çoxistifadəli kosmik raket kompleksi kimi yaradılacaq. "SpaceX"də olduğu kimi "yarım çoxistifadəli" deyil, (tam - red.) çoxistifadəli olacaq", - Roqozin bildirib.

O, belə bir raketin 100 uçuş həyata keçirə biləcəyini izah edib. "Falcon 9" daşıyıcısı isə 10 uçuş üçün nəzərdə tutulub.

Bununla yanaşı, Roqozinin sözlərinə görə, rusiyalı mühəndislər amerikalı həmkarlarının raketinə nəzər yetirsələr də, onları təkrarlamırlar, əksinə, üstün olmağa çalışırlar.

2019-cu ilin sentyabrında "Roskosmos" məlumat verib ki, metanla işləyən mühərriklə təchiz olunmuş yeni çoxdəfəlik raketlərin hazırlanmasına çəkilən xərclər təxminən 900 milyon rubl (12,2 milyon dollar) təşkil edəcək. Onun uçuş dəyəri 40,5 milyon dollar olacaq. Yeni raket "Vostoçnı" kosmodromundan doqquz ton yükü aşağı orbitə, 2,2 ton yükü isə geo-keçid orbitinə çıxara biləcək.

11
Rusiya Prezidenti Vladimir Putin və Belarus Prezidenti Aleksandr Lukaşenko, arxiv şəkli

Putin Lukaşenko 33 rusiyalının saxlanılmasını müzakirə ediblər

6
Yaranan vəziyyətin iki ölkə arasında əməkdaşlıq üçün xarakterik olan qarşılıqlı anlaşma ruhunda həll ediləcəyinə əminlik ifadə edildi.

BAKI, 7 avqust — Sputnik. Rusiya Prezidenti Vladimir Putin telefonla Belarusdan olan həmkarı Aleksandr Lukaşenko ilə respublikada 33 Rusiya vətəndaşının saxlanılmasını müzakirə edib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

"Yaranan vəziyyətin iki ölkə arasında əməkdaşlıq üçün xarakterik olan qarşılıqlı anlaşma ruhunda həll ediləcəyinə əminlik ifadə edildi", - deyə Kremlin yaydığı məlumatda bildirilir.

Məlumatda qeyd olunub ki, Moskva Belarusda sabit ölkədaxili vəziyyətin saxlanılmasında və sakit mühitdə prezident seçkilərinin keçirilməsində maraqlıdır.

Bu arada, Belarus Prezidentinin mətbuat xidməti vurğulayıb ki, ölkə başçıları vəziyyəti "ən ciddi şəkildə həll etməyə çalışırlar".

"Prezidentlər yaranmış vəziyyətin əsl səbəblərini müəyyən etmək, günahkarları tapmaq və onları məsuliyyətə cəlb etmək üçün mövcud olan hər bir faktı mümkün qədər əsaslı və hərtərəfli şəkildə öyrənməyə dair razılığa gəldilər", - deyə rəsmi Minskin yaydığı məlumatda bildirilir.

6
Qaz kəmərində partlayış, arxiv şəkli

Partlayış baş verən qaz kəməri ilə bağlı SOCAR-dan açıqlama gəldi

86
"Hələlik dəqiq bilmirik ki, partlayış olan hansı kəmərdir. Amma ehtimal olunur ki, bu, Qazalmaz qaz anbarına birləşən boru kəməridir".

BAKI, 7 avqust — Sputnik. Xəbər verdiyimiz kimi, Hacıqabul rayonunda çöllük ərazidə qaz xəttində yanğın baş verib.

SOCAR-ın mətbuat katibi İbrahim Əhmədov "Qafqazinfo"ya açıqlamasında qaz boru kəmərində baş verən partlayışı təsdiqləyib:

"Hacıqabulda bizim qaz daşımaları üçün magistral qaz boru kəmərləri çoxdur. Hələlik dəqiq bilmirik ki, partlayış olan hansı kəmərdir. Amma ehtimal olunur ki, bu, Qazalmaz qaz anbarına birləşən boru kəməridir. Qaz-İxrac İdarəsinin rəhbərliyi hazırda hadisə yerinə gedib və dəqiqləşdirmə aparılır. Partlayış yaşayış sahəsindən kənarda baş verib. Buna görə xəsarət alan da yoxdur. Boru kəməri bağlanıb və ona qaz verilmir. Boruda qaz qurtaranda yanğın da sönəcək".

İ. Əhmədov deyib ki, partlayışa görə həmin ərazidə qaz təchizatında müvəqqəti fasilə yarana bilər.

86