Бинали Йылдырым

Binəli Yıldırım Dmitri Medvedyevi təbrik edib

10
Dmitri Medvedev və Binəli Yıldırım "Türk axını" boru kəmərinin və "Akkuyu" AES-in tikintisindən də danışıblar.

BAKI, 27 sen — Sputnik. Türkiyənin baş naziri Binəli Yıldırım rusiyalı həmkarı Dmitri Medvedevlə telefonla danışıb.

Sputnik xəbər verir ki, liderlər "Türk axını" boru kəmərinin və "Akkuyu" AES-in tikintisi məsələsini müzakirə ediblər.

"Dmitri Medvedev və Binəli Yıldırım ticari-iqtisadi məsələləri, o cümlədən "Türk axını" boru kəmərinin və "Akkuyu" AES-in tikintisi ilə bağlı müzakirə aparıblar. Hökumət başçıları həmçinin ikitərəfli perspektiv əlaqələri müzakirə ediblər" — deyə Kremlin məlumatında bildirilir.

Söhbət zamanı Yıldırım Medvedevi Dövlət Dumasına seçkilərin uğurla keçirilməsi və seçkilərdə "Vahid Rusiya" Partiyasının qələbə qazanması münasibətilə təbrik edib. Türkiyənin baş naziri rəhbərlik etdiyi hökumətin Rusiya-Türkiyə münasibətlərinin inkişafında maraqlı olduğunu vurğulayıb.

10
Teqlər:
Akkuyu Atom stansiyası, Dmitri Medvedyev, Türkiyənin baş naziri Binəli Yıldırım
Əlaqədar
Türkiyə-Rusiya yaxınlaşması doğru seçim kimi qiymətləndirilir
Rusiya qazının Türkiyə üzərindən nəqli Azərbaycana nə vəd edir?
Türkiyə Rusiyadan hərbi dəstək istədi
Rusiya Prezidenti Vladimir Putin, arxiv şəkli

Putin Navalnının filminə münasibət bildirdi - VİDEO

31
(Yenilənib 17:52 25.01.2021)
Dərhal sualınıza cavab vermək istəyirəm. Orada mənim əmlakım kimi göstərilənlərdən heç biri nə mənə, nə də mənim qohumlarıma məxsus deyil və heç vaxt da olmayıb.

BAKI, 25 yanvar — Sputnik. Rusiya Prezidenti Vladimir Putin rusiyalı tələbələrlə onlayn görüşdə bildirib ki, Aleksey Navalnının Qelencikdəki "Saray" haqqında filmini izləməyib, çünki onu izləməyə vaxtı yoxdur. Lakin köməkçilərinin hazırladığı seçmə videolara göz gözdərib. Bu barədə Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir.

"Dərhal sualınıza cavab vermək istəyirəm. Orada mənim əmlakım kimi göstərilənlərdən heç biri nə mənə, nə də mənim qohumlarıma məxsus deyil və heç vaxt da olmayıb. Heç vaxt", - deyə Putin qeyd edib.

O qeyd edib ki, filmdə onun tanışları, sabiq həmkarları, "hansısa uzaq qohumları"nın adları çəkilir: "Lakin mənim heç vaxt görmədiyim adamların da adı çəkilir. Bu informasiya 10 ildən çox müddətdir ki, yayılır, indi isə bu məlumatları birləşdiriblər və bunlarla bizim vətəndaşlarımızın beynini yumaq istəyiblər".

 

31
Vitali Milonov

Rəsmi Bakı rusiyalı deputatın adını "qara siyahı"ya salıb

28
(Yenilənib 16:13 25.01.2021)
"Dövlət Dumasının üzvünün belə bir məsuliyyətsiz və Rusiya Federasiyasının rəsmi mövqeyinə uyğun gəlməyən davranışı ölkələrimiz arasında münasibətlərə kölgə salmaq cəhdidir"

BAKI, 25 yanvar — Sputnik. "Rusiya Dövlət Dumasının hakim "Vahid Rusiya" Partiyasından olan üzvü, qatı ermənipərəst mövqeyi ilə tanınan Vitali Milonovun erməni KİV-ə müsahibəsi zamanı Azərbaycan dövlətinə və xalqına qarşı qəbuledilməz ifadələr işlətməsini qəti şəkildə pisləyirik".

Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

"Məlum olduğu kimi, Dövlət Dumasının üzvü Vitali Milonov Azərbaycan Respublikasının müvafiq qanunvericiliyini pozaraq, ölkəmizin işğaldan azad olunmuş ərazisinə qeyri-qanuni səfər etdiyi üçün onun adı Azərbaycana girişi qadağan olunan xarici vətəndaşlar siyahısına əlavə edilib. Rusiya Dövlət Dumasının üzvü Vitali Milonovun Azərbaycan əleyhinə atdığı növbəti təxribatçı addımı Azərbaycan və Rusiya arasında mövcud olan yüksək səviyyəli münasibətlərə tamamilə ziddir.

Dövlət Dumasının üzvünün belə bir məsuliyyətsiz və Rusiya Federasiyasının rəsmi mövqeyinə uyğun gəlməyən davranışı ölkələrimiz arasında münasibətlərə kölgə salmaq cəhdidir. Onun bu çıxışı, həmçinin Rusiya da daxil olmaqla bölgə ölkələrinin uzun illərdir davam edən düşmənçiliyə son qoyulması və xalqlar arasında sülh, əmin-amanlıq və əməkdaşlığın təmin olunması istiqamətində atdığı addımlara xələl gətirir.

Azərbaycan və Rusiya arasında strateji xarakterli tərəfdaşlıq münasibətləri hər iki ölkə prezidentlərinin sıx təmasları ilə intensiv şəkildə inkişaf etməkdədir. Dövlət Dumasının üzvü statusundan istifadə edərək bu münasibətlərə xələl gətirmək cəhdləri qəbuledilməzdir və uğursuzluğa düçardır", - nazirlikdən bildirilib.

28
Teqlər:
"qara siyahı", deputat, Duma, Azərbaycan XİN
Kadir Doğulu və Neslihan Atagül

"Səfirin qızı" rolunun ifaçısı serialdan ayrılıb

0
(Yenilənib 06:58 26.01.2021)
Neslihan Atagülun son durumu "Instagram" izləyicilərini məyus edib və onlar aktrisaya şəfa diləyiblər.

BAKI, 26 yanvar — Sputnik. Səhhətində ciddi problemlər yarandığı üçün "Sefirin Kızı" serialından ayrılan Neslihan Atagül ilə bağlı yeni xəbər var.

Sputnik Azərbaycan xəbər verir ki, aktrisanın xəstəxanadan görüntüsü yayılıb. Onun bu halı "Instagram" izləyicilərini məyus edib və onlar aktrisaya şəfa diləyiblər. Aktrisa xəstəxanadan video çəkərək hazırda vəziyyətinin yaxşı olduğunu, müalicənin davam edəcəyini bildirib.

Məlumat üçün bildirək ki, gənc aktrisa bağırsaq sızması sindromundan əziyyət çəkir. Bu səbəbdən sürətlə arıqlayan Neslihan hətta çəkilişlərə son verib və "Sefirin kızı" serialından ayrılıb.

0