Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

"Rusiya başqa ölkələrin ərazisində nüvə silahı yerləşdirməyəcək"

© Flickr / MickeyNüvə silahı
Nüvə silahı - Sputnik Azərbaycan
Abunə olmaq
Mixail Ulyanov: "Bizim ölkəmiz 1989-1990-cı illərdə xarici ölkələrdən öz nüvə silahlarını çıxarıb"

BAKI, 23 sen — Sputnik. "Rusiya xarici ölkələrin ərazisində nüvə silahı yerləşdirməyi düşünmür". Sputnik Vesti.ru-ya istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin Silahların yayılmaması və nəzarəti məsələləri üzrə idarəsinin direktoru Mixail Ulyanov bildirib.

"Bizim ölkəmiz 1989-1990-cı illərdə xarici ölkələrdən öz nüvə silahlarını çıxarıb. Taktiki silahlar da daxil olmaqla bütün nüvə silahları öz ərazimizdədir. Biz başqa bölgələrdə atom silahı yerləşdirməyi düşünmürük", — deyə direktor vurğulayıb.

Xatırladaq ki, bir müddət əvvəl nüvə silahına malik dövlətlər, o cümlədən Rusiya atom silahının qadağan edilməsi üzrə danışıqlarda iştirak etməyəcəyini bildirib.

Xəbər lenti
0