Rusiya Daxili İşlər Nazirliyinin əməkdaşları, arxiv şəkli

Rusiyada yeni güc strukturu yaradılır

124
(Yenilənib 13:57 20.09.2016)
Federal Təhlükəsizlik Xidmətinin ləğv ediləcəyi, əvəzində daha böyük qurum kimi Dövlət Təhlükəsizliyi Nazirliyinin yaradılacağı bildirilir

Rusiyada yeni güc strukturu yaradılır
BAKI, 20 sen — Sputnik. "2018-ci ilə kimi Rusiyanın güc strukturlarında irimiqyaslı islahatlara başlanılması planlaşdırılır".

Sputnik xəbər verir ki, bu barədə "Kommersant" qəzeti öz mənbəsinə istinadla məlumat yayıb. Nəşrin yazdığına görə, islahatlarda məqsəd güc strukturlarının daha effektli işləməsini təmin etmək və korrupsiyanın kökünü kəsməkdir. Qəzetin əldə etdiyi məlumatda o da deyilir ki, Federal Miqrasiya Xidmətinin (FMX) və Narkotikin dövriyyəsinə nəzarət federasiya xidmətlərinin də ləğv olunacağı və onların əvəzinə "Rosqvardiya"nın yaradılacağı planlaşdırılır.

"Kommersant" onu da iddia edir ki, Rusiya Federasiyası Təhlükəsizlik Xidməti, həmçinin Federal Mühafizə Xidməti və xarici kəşfiyyat idarələrinin bazasında Dövlət Təhlükəsizliyi Nazirliyi (DTN) yaradıla bilər. Federal Təhlükəsizlik Xidməti isə bundan sonra yalnız Prezidentin mühafizəsini təmin edəcək.

İş orasındadır ki, DTN yalnız İstintaq Komitəsinin və Daxili İşlər Nazirliyinin qaldırdığı cinayət işlərinin araşdırılması ilə məşğul olmayacaq, eyni zamanda həmin qurumlara nəzarət funksiyasını da həyata keçirəcək. Yeni yaranacaq nazirliyin İstintaq İdarəsi üstün status qazanır və müxtəlif cinayət işlərinin araşdırılmasını öz üzərinə götürə bilər.

DTN həmçinin, bütün güc strukturlarının, hüquq-mühafizə orqanlarının təhlükəsizliyinə məsul olacaq. İstintaq İdarəsi isə, qəzetin iddiasına görə, 2011-ci ildə olduğu kimi, yenidən Baş Prokurorluğun tabeliyinə verilə bilər.

Güc strukturlarını əhatə edən islahatlar yalnız yeni nazirliyin yaradılması ilə yekunlaşmır, digər sahələrə də sirayət edəcək. Məsələn, Fövqəladə Hallar Nazirliyinin (FHN) Mülki Müdafiə Qoşunlarının Müdafiə Nazirliyinin tərkibinə birləşdirilməsi mümkün versiyalardan biri kimi səslənir.

Məqalədə xatırlanır ki, yanğına nəzarət funksiyası əvvəllər olduğu kimi, yenidən daxili işlər nazirliyinin tabeliyinə qaytarıla bilər. Rusiya FHN-də gözlənilən bu dəyişiklikləri "Kommersant" bir neçə mənbədən təsdiqlədə bilib.

124
Teqlər:
Dövlət Təhlükəsizliyi Nazirliyi, Federal Təhlükəsizlik Xidməti, güc strukturları, islahat, nazirlik, Rusiya
Əlaqədar
Yenidən "Vahid Rusiya"
Azərbaycan Prezidenti Rusiya Baş nazirinə məktub göndərdi
"Vahid Rusiya" Dumada Konstitusion çoxluğu qazanıb
Rusiya XİN-dən Azərbaycan və Belarusa təşəkkür
Rusiya qazının Türkiyə üzərindən nəqli Azərbaycana nə vəd edir?
Moskvada COVID-19 hospitalı, arxiv şəkli

Rusiyada bir gündə 200-ə yaxın şəxs koronavirusdan öldü

1
Rusiyada pandemiya yayılandan 10494 nəfər COVID-19-dan vəfat edib. Bir sutka ərzində virusdan sağalanların sayı isə 9551 nəfər olub.

BAKI, 7 iyul — Sputnik. Bir sutka ərzində Rusiyada 6358 koronavirusa yeni yoluxma halı aşkarlanıb. Sputnik Azərbaycan Rusiya Operativ Qərargahına istinadən xəbər verir ki, bir gün ərzində qonşu ölkədə 198 nəfər ölüb.

Ümumilikdə, Rusiyada bu xəstəliyə yoluxanların sayı 694230-a çatıb. Rusiyada pandemiya yayılandan 10494 nəfər COVID-19-dan vəfat edib. Bir sutka ərzində virusdan sağalanların sayı isə 9551 nəfər olub. Bununla da bu ölkədə virusdan sağalanların sayı 463880-ə keçib.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 11,6 milyonu keçib, 538 mindən çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

1
Teqlər:
yoluxma, Vəfat, Rusiya, COVID-19, Koronavirus
Koronavirus vaksini, arxiv şəkli

Sonun başlanğıcı Koronavirus vaksininin vurulduğu könüllülər ilk dəfə danışdılar

103
(Yenilənib 12:30 07.07.2020)
Bütün könüllülər daimi olaraq tibbi işçilərinin nəzarəti altındadırlar: onlar gündəlik olaraq sorğu-sual edilir, təzyiqləri, nəbzləri, temperaturu ölçülür, preparatın vurulduğu yer yoxlanılır.

BAKI, 7 iyul — Sputnik. Rusiya Müdafiə Nazirliyinin Qameli adına Epidemiologiya və Mikrobiologiya Milli Araşdırma Mərkəzi ilə birgə koronavirus əleyhinə peyvəndi sınaqdan keçirdiyi ikinci qrupun vəziyyəti sabit, yaxşıdır. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.

Bütün könüllülər daimi olaraq tibbi işçilərinin nəzarəti altındadır: onlar gündəlik olaraq sorğu-sual edilir, təzyiqləri, nəbzləri, temperaturu ölçülür, preparatın vurulduğu yer yoxlanılır. Lazımı sınaqlar protokoluna uyğun olaraq bütün laboratoriya və instrumental tədqiqatların spektri həyata keçirilir.

Könüllülər özlərini yaxşı hiss edirlər. Belə ki, müqavilə ilə xidmət edən hərbçi İvan bəyan edib ki, hazırda özünü yaxşı hiss edir, lakin vaksinin vurulduğu ilk gündə onun orqanizmində dəyişikliklərin olmaması onu narahat edirdi.

Digər könüllü isə, Sevastopoldan olan hərbi həkim Stanislov öz vəziyyətini əla olaraq dəyərləndirib: "Temperatur normaldır, şikayət üçün heç bir səbəb yoxdur. Əhvalım yaxşıdır və hər gün daha da yaxşılaşır. Çünki mən anlayıram ki, öz sevimli həyat yoldaşım və uşaqlarımın yanına qayıdacağam".

Sınaqların daha bir iştirakçısı etiraf edib ki, "yorulub", lakin vurğulayıb ki, bunda "qorxulu heç nə yoxdur": "İynədən sonra heç yerim ağrımır, nə temperaturum var idi, nə də təzyiqim qalxdı. Hər şey yaxşı idi. Mən çox təccüblənmişdim və buna sevindim. Sınaqlardan iki həftə keçəndən sonra da mənim vəziyyətim çox yaxşıdır və heç nə ilə fərqlənmir".

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda, demək olar ki, bütün dünyanı əhatə edən virusa yoluxanların sayı 11,6 milyonu keçib, 538 mindən çox adam isə virus səbəbilə ölüb.

Rusiyada indiyədək 686 mindən çox insan koronavirusa yoluxub, 10,2 nəfər isə virusun səbəb olduğu COVID-19 xəstəliyindən dünyasını dəyişib.

103
Teqlər:
Çin, Rusiya, vaksin, Koronavirus, COVID-19