Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya Dövlət Dumasına seçkilər keçirilir

© Sputnik / Murad OrujovВыборы в Государственную Думу Российской Федерации в посольстве России в Азербайджане
Выборы в Государственную Думу Российской Федерации в посольстве России в Азербайджане - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycanda yaşayan rusiyalılar da Rusiya Dövlət Dumasına seçkilərlə əlaqədar bu gün səs verirlər.

BAKI, 18 sen-Sputnik. Bu gün Rusiyada Dövlət Duması və yerli hakimiyyət orqanlarına seçkilər keçirilir.

Sputnik-in məlumatına görə, VII çağırış Rusiya Dövlət Dumasına seçkilərlə əlaqədar yerli vaxtla saat 08.00-da Moskva regionunda 7 mindən çox seçki məntəqəsi açılıb.

Moskva ilə bərabər saat 08.00-da mərkəzi federal dairələrdə də seçki məntəqələri açılıb. Seçki prosesi yerli vaxtla saat 20.00-da başa çatacaq.

Azərbaycanda yaşayan rusiyalılar da Rusiya Dövlət Dumasına seçkilərlə əlaqədar bu gün səs verirlər.

Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin səfirlikdə açılmış seçki məntəqəsində səs verib. Doroxin Azərbaycan hakimiyyətinə Rusiya səfirliyində səsvermənin keçirilməsi və təhlükəsizliyin təmin edilməsinə kömək göstərdiyi üçün təşəkkür edib.

Səfirlikdəki səsvermə məntəqəsi də yerli vaxtla saat 08.00-da açılıb və saat 20.00-da bağlanacaq.

2011-ci ildə Dövlət Dumasına keçirilən seçkilərdə Azərbaycanda yaşayan 1654 Rusiya vətəndaşı səs verib.

Xəbər lenti
0