Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

ABŞ-da Rusiyaya qarşı yeni cəbhə açılır

© wikimedia.orgABŞ Konqresi
ABŞ Konqresi - Sputnik Azərbaycan
Abunə olmaq
Konqresmenlər prezident Obamadan Moskvaya qarşı yeni sanksiyalar tətbiq olunmasını tələb edirlər

BAKI, 16 sen — Sputnik. Amerikalı konqresmenlər hesab edirlər ki, Barak Obama Moskvadan idarə olunan hakerlərlə bağlı Rusiyaya qarşı yeni sanksiyalar barədə düşünməlidir. Sputnik RİA Novosti-yə istinadla xəbər verir ki, bu barədə "The Washington Post" yazıb.

Hillari Klinton - Sputnik Azərbaycan
RUSİYA
ABŞ-da Rusiya xofu: Moskva seçkilərə müdaxilə edəcək

ABŞ-ın Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsinin üzvü Adam Şiff öz növbəsində Barak Obamanı haker hücumları ilə bağlı Rusiyanı "ictimai qınaq" obyektinə çevirməyə çağırıb. O, eyni zamanda mümkün sanksiyalarla bağlı təkliflərini səsləndirib.

"Prezidentdə kiberhücumlara sanksiyalarla cavab verməyə imkan verən direktiv mövcuddur", — deyə konqresmen bəyan edib.

O bildirib ki, əgər Rusiya ABŞ prezidentliyinə namizədlərin seçkiqabağı kampaniyası ilə əlaqədar olaraq serverlərə hücumları davam etdirsə, Obama cavab tədbirlərinə baxmalıdır: "İqtisadi sanksiyalar isə bu sahədə ilk addım ola bilər".

Şiffi Nümayəndələr Palatasının Xüsusi Komitəsinin sədri Dayenn Faynstayn dəstəkləyib. Ötən gün o, bəyan edib ki, Şifflə birlikdə "Rusiyalı hakerlərin fəallığı" ilə bağlı bəyanat üzərəndə işləyirlər.

"ABŞ hökuməti bu bəyanatda əksini tapan məsələləri həyata keçirməlidir. Prezident haker hücumlarına cavab verməlidir, özü də təkcə sözlə deyil", — Faynstayn vurğulayıb.

Onunla Senatın Kəşfiyyat Komitəsindən olan həmkarı Riçard Berr də həmrəydir. Berr də hesab edir ki, haker hücumlarına bir şəkildə cavab verilməlidir: "Mən sözlərin bu problemin həllinə yardım edəcəyinə inanmıram. Hesab edirəm ki, administrasiyanın nə isə etməsinin vaxtı çatıb".

"The Washington Post" qeyd edib ki, "Rusiyaya qarşı yeni cəbhənin açılması" Moskva ilə Vaşinqton arasındakı diplomatik sahədəki inkişafa zərbə vura bilər: "Amma qanunvericilər deyirlər ki, bu, Rusiyanın ABŞ-dakı seçki prosesinə müdaxiləsinə cəhdlərin fonunda o qədər də önəmli rol oynamır".

ABŞ prezidenti Barak Obama - Sputnik Azərbaycan
RUSİYA
ABŞ "Rusiya təbliğatı"na qarşı 100 milyonluq layihəyə başlayır

Son bir neçə ayda hakerlər ABŞ-a müxtəlif kiberhücumlar təşkil ediblər. Yayda KİV xəbər vermişdi ki, hücumlar Demokrat Partiyasının Milli Komitəsinin kompüter şəbəkəsinə qarşı törədilib.

ABŞ prezidentliyinə namizəd Hillari Klinton və onun tərəfdarları buna görə məsuliyyəti Rusiyanın daşıdığını bəyan ediblər, baxmayaraq ki, bununla bağlı hər hansı sübutu ortaya qoya bilməyiblər. Bir sıra ABŞ KİV-ləri, o cümlədən də "The Washington Post" Moskvanın ABŞ-dakı seçkilərin nəticələrinə təsir etmək istədiyi ilə bağlı fikirlər yayıb.

Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov isə öz növbəsində rusiyalı hakerlərin ABŞ-a hücumlarını "tam cəfəngiyyatla əhatələnmiş absurd" adlandırıb.

Xəbər lenti
0