Con Kerri və Sergey Lavrov

Suriyada atəşkəs müddəti uzadıldı

10
Sergey Lavrov və Con Kerri 7 günlük atəşkəs rejimini daha 48 saat uzatmaq barədə razılaşıb

BAKI, 15 sen — Sputnik. ABŞ Dövlət Departamentinin sözçüsü Mark Toner gündəlik brifinqində Suriyada atəşkəsin son vəziyyəti ilə bağlı sualları cavablandırıb. Sputnik TRT-yə istinadən xəbər verir ki, o, ABŞ dövlət katibi Con Kerri və rusiyalı həmkarı Sergey Lavrovun 7 günlük atəşkəs rejimini daha 48 saat uzatmaq barədə razılığa gəldiklərini açıqlayıb.

Əvvəlki günlərə nisbətən Suriya daxilində zorakılığın müəyyən dərəcədə azaldığını vurğulayan Toner, hələ də bəzi pozuntu hallarının baş verməsi ilə əlaqədar məlumatların olduğunu da bildirib.

Əsəd rejiminə sadiq əsgərlərin və bəzi müxaliflərin atəşkəs razılaşmasını pozduğunu deyən Departament sözçüsü, Moskvanı Əsəd üzərindəki təsirindən istifadə etməyə və humanitar yardımların ünvanlarına çatdırılmasını təmin etməyə çağırıb.

10
Teqlər:
atəşkəs, Sergey Lavrov, Con Kerri, Mark Toner, ABŞ
Əlaqədar
Ərdoğan: Suriyada Aİ və NATO-nun məqbul saydığı layihəni həyata keçiririk
Suriyada atəşkəs elan olundu
Rusiya və ABŞ Suriya ilə bağlı razılığa gəldi
Suriya və Ukrayna problemləri "düyünə düşüb"
Türkiyə-Suriya sərhədi İŞİD-dən təmizləndi