Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Lavrovla Kerri Cenevrədə bir araya gəldi

© arxivCon Kerri və Sergey Lavrov
Con Kerri və Sergey Lavrov - Sputnik Azərbaycan
Abunə olmaq
Görüşdə əsas mövzu Suriya böhranıdır. Liderlər terrorçularla mübarizədə birgə koordinasiyanı müzakirə ediblər.

BAKI, 9 sen — Sputnik. ABŞ dövlət katibi Con Kerri və Rusiyanın xarici işlər naziri Sergey Lavrov Cenevrədə danışıqlara başlayıb. Sputnik Rusiya NTV-sinə istinadən xəbər verir ki, görüş "Prezident Uilson" hotelində keçirilib.

Görüşdə əsas mövzu Suriya böhranıdır. Xəbərə görə, liderlər terrorçularla mübarizədə birgə koordinasiyanı müzakirə ediblər.

Bundan başqa tərəflər Ukraynadakı vəziyyəti və ikitərəfli gündəlik məsələlərdən də danışacaqlar.

Xəbər lenti
0