ABŞ prezidentliyinə namizəd Donald Tramp

Tramp Putini "yerə-göyə sığdırmadı"

27
ABŞ prezidentliyinə namizəd: "Cənab Vladimir yaxşı yola gedə biləcəyəm. Çünki o, bizim prezidentimizdən daha yaxşı liderdir"

BAKI, 8 sen — Sputnik. Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd Donald Tramp, Vladimir Putin barəsində maraqlı fikir səsləndirib. Sputnik BBC-yə istinadən xəbər verir ki, Tramp seçkilərdə qələbə qazanacağı halda prezident Vladimir Putinlə və Rusiya ilə çox yaxşı münasibətləri olacağını deyib.

"Zənnimcə, Putinlə yaxşı yola gedə biləcəyəm. Çünki cənab Vladimir bizim prezidentimizdən daha yaxşı liderdir", — Tramp deyib.

Tramp xatırladıb ki, Rusiya Prezidentinin reytinqi 82% təşkil edir.

27
Teqlər:
Respublikaçılar Partiyası, prezidentliyə namizəd, Donald Tramp, Vladimir Putin, Rusiya, ABŞ
Əlaqədar
Tramp Klintonu geridə qoydu
Donald Trampdan ilginc iddia
Donald Tramp Vladimir Putinin fikirlərini dəstəkləyib
Donald Tramp qalib gəldi
Sorğu nəticəsinə əsasən Hillari Klinton Donald Trampı 3% qabaqlayır
Qərənfil

Rusiyada Dövlət Təsviri İncəsənət Muzeyinin prezidenti vəfat edib

5
(Yenilənib 13:10 01.12.2020)
İrina Antonova RSFSR və Rusiyanın nüfuzlu sənət mükafatları ilə təltif edilib. Ömrünün böyük hissəsi A.S.Puşkin adına Dövlət Təsviri İncəsənət Muzeyinə bağlı olub

BAKI, 1 dekabr — Sputnik. Rusiyanın Əməkdar İncəsənət Xadimi, akademik, A.S.Puşkin adına Dövlət Təsviri İncəsənət Muzeyinin Prezidenti İrina Antonova vəfat edib.

Sputnik Azərbaycan xəbər verir ki, 100 yaşlı görkəmli sənətşünasın vəfat xəbərini, Muzeyin direktoru Marina Loşak yayıb.

İrina Antonova RSFSR və Rusiyanın nüfuzlu sənət mükafatları ilə təltif edilib. Ömrünün böyük hissəsi A.S.Puşkin adına Dövlət Təsviri İncəsənət Muzeyinə bağlı olub. 2013-cü ildə Rusiya Dövlət Muzeylərinin baş kuratoru vəzifəsinə təyin edilib. Elə həmin ildən Puşkin Muzeyinin direktoru vəzifəsindən azad edilib və onun üçün təsis edilən Puşkin adına Dövlət Təsviri İncəsənət Muzeyinin Prezidenti vəzifəsini icra etməyə başlayıb.

Mərhum akademik çox sayda orden, medal və mükafatlarla təltif olunub.

5
Teqlər:
Prezident, Rusiya, muzey, təsviri incəsənət, Vəfat
 Türkiyə sülhməqamlıları, arxiv şəkli

Türkiyə-Rusiya Ortaq Mərkəzinin yaradılmasına dair anlaşma imzalandı

65
(Yenilənib 12:11 01.12.2020)
"Türkiyə-Rusiya Ortaq Mərkəzinin yaradılması və vəzifə əsaslarına dair texniki detallarla bağlı danışıqlar tamamlanaraq razılaşma imzalanıb. Mərkəzin ən qısa zamanda fəaliyyətə başlaması üçün lazımi işlər gedir"

BAKI, 1 dekabr — Sputnik. Türkiyə-Rusiya Ortaq Mərkəzinin yaradılmasına dair texniki detallarla bağlı müzakirələr başa çatıb və tərəflər arasında anlaşma imzalanıb.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumat Türkiyənin Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib.

"Türkiyə-Rusiya Ortaq Mərkəzinin yaradılması və vəzifə əsaslarına dair texniki detallarla bağlı danışıqlar tamamlanaraq razılaşma imzalanıb. Mərkəzin ən qısa zamanda fəaliyyətə başlaması üçün lazımi işlər gedir", - deyə məlumatda qeyd olunub.

Həmçinin qeyd olunur ki, noyabrın 11-də Türkiyənin Milli Müdafiə naziri Hulusi Akarla rusiyalı həmkarı Sergey Şoyqu Azərbaycan və Ermənistan arasında atəşkəsi müşahidə etmək və nəzarət üçün video konfrans formatında anlaşma memorandumu imzalayıb.

65
Teqlər:
anlaşma, Rusiya, Türkiyə, Qarabağ
Vurulmuş erməni tankı, arxiv şəkli

Ermənistanın məhv edilən qənimət götürülən texnikaların siyahısı açıqlandı

0
Prezident: "Bunlar deməyə əsas verir ki, Ermənistan ordusu yoxdur, məhv etmişik. Bu ordu onilliklər ərzində yaradılırdı"

BAKI, 1 dekabr — Sputnik. Azərbaycan Prezidenti İlham Əliyev İkinci Qarabağ müharibəsi zamanı Ermənistan ordusunun məhv edilmiş və qənimət kimi götürülən texnikalarının siyahısını açıqlayıb. Sputnik Azərbaycan həmin siyahını təqdim edir:

Məhv edilmiş Ermənistan ordusunun texnikaları:

Tank əleyhinə vasitələr - 53 dənə, "Smerç" - dörd dənə, "Qrad" - 97 dənə, "Uraqan" - 2, "YARS" - 1, TOS odsaçan - 1, "S-300" zenit-raket kompleksləri - 7 atıcı qurğusu məhv edildi. İndi əgər təkcə bunun qiymətini hesablasalar, görərlər ki, biz Ermənistan ordusuna nə qədər böyük zərbə vurduq. Beləliklə, 7 atıcı qurğu, bir "S-300" radiolokatoru və iki "S-300" aşkaretmə stansiyası məhv edildi. "Oborona" radiolokasiya stansiyası - 1 dənə, "TOR" zenit-raket kompleksi - 5 dənə, "Osa" zenit-raket kompleksi - 40 dənə, "KUB" zenit-raket kompleksi - 4 dənə, "KRUQ" zenit-raket kompleksi - 1 dənə, zastava - 14 dənə, "S-125" zenit-raket kompleksi - 2 dənə, pilotsuz uçuş aparatları - 22 dənə, "Elbrus" əməliyyat-taktiki raket kompleksi - 2, ballistik raket - 1, "Toçka-U" raket kompleksi - 1, radioelektron mübarizə vasitələri - 5 dənə, "R-142" komanda qərargah maşını - 2 dənə, "Nebo-M" radiolokasiya stansiyası - 1 dənə, müxtəlif radiolokasiya stansiyaları - 7 dənə, "Reppelent" radio-texniki maneə vasitəsi - 4 dənə.

Düşmənin məhv edilmiş və qənimət götürülmüş texnikaları:

Özüyeriyən artilleriya qurğuları "Akasiya" və "Qvozdika" – 28-i məhv edilib, 5-i qənimət götürülüb. Müxtəlif çaplı toplar – 315-i məhv edilib, 37-si hərbi qənimət kimi götürülüb. Minaatanlar – 63-ü məhv edilib, 62-si qənimət götürülüb. Xüsusi avtomobillər – 10-u məhv edilib, 93-ü qənimət götürülüb. Qumbaraatan – 178-i qənimət götürülüb. Traktor – 10, "Şilka" zenit qurğusu – 5 ədəd qənimət götürülüb. Atıcı silahlar – 1380 atıcı silah qənimət götürülüb. 7 komanda məntəqəsi, 11 sursat anbarı dağıdılıb. Tank – 287-si məhv edilib, 79-u qənimət götürülüb, toplam 366 tank. Siyahı davam edir. Piyadaların döyüş maşını – 69-u məhv edilib, 47-si qənimət götürülüb. "Su-25" təyyarəsi – 5-i məhv edilib. Yük avtomobilləri – 252-si məhv edilib, 270-i hərbi qənimət kimi götürülüb.

"Bunlar deməyə əsas verir ki, Ermənistan ordusu yoxdur, məhv etmişik. Bu ordu onilliklər ərzində yaradılırdı. Bu orduya silahlar, sursatlar, ən müasir texnika verilirdi, özü də pulsuz, bunu hər kəs bilir. İndi mütəxəssislər getsinlər hesablasınlar, sadaladığım bu texnikanın qiyməti bəlkə də bir neçə milyarddır. Bəziləri deyirlər ki, 3 milyarddan çox, bəziləri daha çox. İndi hesablayarlar. Haradandır bu kasıb ölkədə bu qədər pul? Ermənistanın xarici dövlət borcu 8 milyard dollardır. Valyuta ehtiyatları təqribən 1 milyardın üstündədir. Bu ölkə borc içindədir. Xarici dövlət borcu ümumi daxili məhsulun 60 faizini təşkil edir. Bu ölkədə indi bütün iqtisadiyyat məhv olub gedir. Müharibədən sonra milli valyuta kəllə-mayallaq getdi. Haradandır bu? Bu, bankrotdur. Bu, iflasa uğramış ölkədir. Bu qədər pulu haradan ödəyib? Bir də ki, göstərsin görüm, bu pulköçürmələrini necə həyata keçirib. Biz beynəlxalq qurumlara da müraciət edəcəyik, desinlər bizə, hansı kontraktlar əsasında bu pullar ödənilib. Ödənilibmi? Ödənilməyibsə, deməli, pulsuz alıb. Otuz il ərzində yığdıqları texnikanı 44 gün ərzində məhv etdik. Yoxdur Ermənistan ordusu, yoxdur. İndi onlar canlı qüvvəsinin də məhv edilməsi ilə bağlı saxta rəqəmlər verirlər. Bizdə məlumat var. Lazım olanda biz o məlumatı səsləndirəcəyik, işğalçı dövlət nə qədər canlı qüvvə itirib. Biz məhv etmişik Ermənistan ordusunu. Məhz buna görə məcbur olub, diz çöküb bizim qabağımızda və kapitulyasiya aktına imza atıb. Hər kəs üçün bu, dərs olmalıdır," - deyə İlham Əliyev qeyd edib.

0
Teqlər:
Ermənistan ordusu, siyahı, texnika, hərbi qənimət