Hillari Klinton

ABŞ-da Rusiya xofu: Moskva seçkilərə müdaxilə edəcək

54
(Yenilənib 15:40 07.09.2016)
Demokrat namizəd Hillari Klinton "Rusiya təhlükəsini" dəf etməyin vacibliyindən danışıb

ABŞ-da Rusiya xofu: Moskva seçkilərə müdaxilə edəcək
BAKI, 7 sen — Sputnik. Rusiyanın ABŞ-da keçiriləcək prezident seçkilərinə müdaxiləsi haqqında danışan, demokrat namizəd Hillari Klinton deyib ki, bu "təhlükəni" "tez və etibarlı formada" dəf etmək lazımdır.

Sputnik xəbər verir ki, Klinton ABŞ-dakı seçkilərə Rusiya "müdaxiləsi" bərədə, seçki kampaniyası ilə əlaqədar səfərləri zamanı təyyarəsinin göyərtəsində jurnalistlərlə danışıb. Eks-dövlət katibi etibarlı mənbələrdən aldığı məlumatlara istinad edərək əminliyini bildirib ki, Rusiya prezident seçkilərinin gedişinə təsir göstərir. Buna baxmayaraq o, konkret sübutlar haqda danışmayıb.

Klintonun fikrincə, təhlükə Rusiya prezidenti Validim Putindən gəlir. Onun qənatinə görə, bu yolla Moskva öz maraqlarını təmin etmək niyyətindədir. Bu baxımdan, namizəd Moskvadan gələn "təhlükənin" dərhal və etibarlı tədbirlər yolu ilə aradan qaldırılmasını istəyir.

Hillari Klinton, ümumiyytələ kəskin anti-Rusiya mövqeyi ilə seçilir. O, Rusiya kəşfiyyatını partiyasının serverini dağıtmaqda ittiham edib: "Biz bilirik ki, kəşfiyyat xidməti Demokratlar Partiyasının milli komitəsinin serverini sındırıb və elektron yazışmaların dərcini təşkil edib. Bilirik ki, Donald Tramp anlaşılmaz formada Putini dəstəkləyir".

Fox News-un efirində danışan Klintonun sözlərinə görə, söhbət seçki kampaniyasına təsir göstərməkdən gedir.

"Rusiya Trampın prezident seçilməsinə nail ola bilərmi?" sualına isə Klinton belə cavab verib: "Belə nəticəyə gəlməkdə tələsmək lazım deyil. Əgər Rusiyanın bizim prezident seçkilərimizə, bizim demoktratiyaya müdaxilə faktı öz təsdiqini taparsa, bu, münasibətlərə ciddi təsir göstərəcək".

Wikileaks saytına Demokratlar Partiyasının sındırılmış serverindən 19 min məktub daxil olub və bu məktublardan aydın olub ki, partiyanın bütün aparatı Berni Sandersin əleyhinə praymerizlərdə Klintonu dəstəkləmək üçün fəaliyyət göstərib. Klintonun seçki qərərgahı dərhal bəyanat verib ki, bu işdə Rusiyanın əli var və məqsəd Trampın prezident seçilməsinə nail olmaqdır.

Moskva öz növbəsində bu iddiaların əsassız olduğunu dəfələrlə bəyan edib. Putin Bloomberg-ə müsahibəsində deyib ki, Rusiya istənilən Amerika administrasiyası ilə işləməyə hazırdır. Rusiya liderinin mətbuat katibi Dmitri Peskov da səslənən ittihamların tamamilə əsassız olduğunu bildirib.

Qeyd edək ki, ABŞ-da prezident seçkiləri bu ilin noyabrın 8-də baş tutacaq. Respublikaçı Trampa qarşı Demokratlar Partiyasından Hillari Klinton mübarizə aparır.

54
Teqlər:
Hillari Klinton, Donald Tramp, seçki, Rusiya, ABŞ
Əlaqədar
ABŞ və Rusiyadan Türkiyədəki çevriliş cəhdinə münasibət bildirilib
Rusiya və ABŞ xarici siyasət idarələrinin rəhbərləri arasında görüş olub
Rusiya və ABŞ prezidentləri Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər
ABŞ "Rusiya təbliğatı"na qarşı 100 milyonluq layihəyə başlayır
Rusiyaya qarşı sanksiyalar barədə ABŞ və Avropanın mövqeləri ayrıdır
Rusiyalı minaaxtaran, arxiv şəkli

Rusiya SQ-nın istehkamçıları Qarabağda minatəmizləmə əməliyyatına başlayıblar

11
(Yenilənib 21:33 23.11.2020)
Pavel Pautov deyib ki, bu gündən istehkamçılar yerlərdə humanitar minatəmizləmə əməliyyatına başlayıblar. Birinci mərhələdə onlar Rusiya hərbi kontingentinin stasionar postlarının tikiləcəyi yerlərdə partlamaq təhlükəsi olan predmetlərin mövcudluğunu yoxlayacaqlar.

BAKI, 23 noyabr — Sputnik. Rusiya Silahlı Qüvvələrinin (SQ) istehkamçıları Dağlıq Qarabağda sülhməramlıların cavabdeh olduğu ərazilərdə minatəmizləmə əməliyyatına başlayıblar.

Sputnik Azərbaycan Rusiya mediasına istinadla xəbər verir ki, bunu Rusiya hərbi kontingentinin mühəndis xidmətinin rəisi polkovnik-leytenant Pavel Pautov bildirib.

"Bu gündən istehkamçılarımız yerlərdə humanitar minatəmizləmə əməliyyatına başlayıblar. Birinci mərhələdə onlar yerlərdə partlayıcı təhlükəli predmetlərin mövcudluğunu yoxlayacaqlar, harada ki, Rusiya hərbi kontingentinin stasionar postları tikiləcək" - deyə rusiyalı hərbçi vurğulayıb.

11
Teqlər:
sülhməramlılar, Rusiya, Mina
Tibbi maskada olan qızlar, arxiv şəkli

Koronavirusla mübarizəyə həsr olunmuş beynəlxalq fotomüsabiqə elan olunub

18
Müsabiqə dünyanın bütün yerlərindən olan peşəkar fotomüxbirlər üçün açıqdır. Kütləvi informasiya vasitələrində çalışan peşəkar xəbər fotoqrafları müsabiqədə iştirak edə bilər.

BAKI, 23 noyabr — Sputnik. Rusiyanın TASS agentliyinin təşkilatçılığı ilə "Koronavirusla mübarizəyə həsr olunmuş xəbərlər üzrə foto mükafatları" müsabiqəsi elan olunub.

Sputnik Azərbaycan xəbər verir ki, müsabiqə dünyanın bütün yerlərindən olan peşəkar fotomüxbirlər üçün açıqdır. Kütləvi informasiya vasitələrində çalışan peşəkar xəbər fotoqrafları müsabiqədə iştirak edə bilər.

Bu, COVID-19 pandemiyası ilə mübarizə mövzusuna həsr olunmuş beynəlxalq fotomüsabiqədir. Təqdim edilən fotoşəkillər yalnız pandemiya ilə əlaqəli olmalıdır. Müsabiqənin şərtlərinə görə yalnız əvvəllər mediada yayımlanan fotoşəkillər keçərlidir.

Birinci yerin qalibinə 10 min dolları veriləcək.

Ətraflı məlumat almaq və müraciət etmək üçün https://npacontest.com/ ünvanına daxil olun

18
Teqlər:
müsabiqə, COVID-19, Koronavirus

Kafe restoranlarda karantin tələblərinin tətbiqi üzrə əlaqələndirici şəxs olacaq

0
(Yenilənib 23:47 23.11.2020)
İctimai iaşə müəssisələrində COVİD-19-la əlaqədar karantin tələblərinin tətbiqi üzrə əlaqələndirici şəxs olacaq.

BAKI, 24 noyabr - Sputnik. “Koronavirus (COVID-19) pandemiyası dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 6 iyul tarixli 237 nömrəli Qərarına edilən dəyişikliyə əsasən hər bir ictimai iaşə müəssisəsi tərəfindən karantin tələblərinin tətbiqi üzrə əlaqələndirici şəxs müəyyənləşməlidir.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Nazirlər Kabinetinin qərarına dəyişiklik edilib. 

Dəyişikliyə əsasən, karantin tələbləri üzrə əlaqələndirici (məsul) şəxs funksiyaları ictimai iaşə müəssisəsinin işçilərindən birinə həvalə edilir. Bu təyinat müəssisədaxili rəsmiləşdirilməlidir.

Həmin məsul şəxs epidemiya əleyhinə mövcüd tələblərin müəssisədə tətbiqinin təşkili, bu tələblərin yerinə yetirilməsinə yerində nəzarəti həyata keçirməklə bərabər nəzarətedici dövlət qurumları ilə qarşılıqlı fəaliyyətdə əlaqələndirici olacaq, müəssisənin işçilərini təlimatlandıracaq, dezinfeksiya tədbirlərini təşkil edəcək, bu tədbirlərin müəssisədaxili qeydiyyat formaları və cədvəllərini tərtib edəcək, icrasına müəssisə daxilində nəzarət edəcək.

Məsul şəxs koronavirusla (COVID-19-la) mübarizə ilə bağlı xəbərdaredici məlumatların qonaqlara, işçi heyətə və digər əlaqəli tərəflərə çatdırılmasını təmin etməlidir. Eyni zamanda məsul şəxs bütün təmizlik və dezinfeksiya tədbirlərinin davamlı olaraq qeydiyyatının aparılması üçün gündəlik müntəzəm nəzarət formalarını, habelə keyfiyyətə nəzarət cədvəllərini tərtib etməli və onların icrasına nəzarəti həyata keçirməlidir.

0