Vladimir Putin

Rusiya Prezidenti Türkiyəyə gedir

43
Vladimir Putinin Rəcəb Tayyib Ərdoğan ilə birlikdə Antalyada keçiriləcək Türkiyə - Rusiya hazırlıq matçını izləcəyi bildirilir

BAKI, 24 avq — Sputnik. Rusiya prezidenti Vladimir Putinin Antalyada keçiriləcək Türkiyə — Rusiya hazırlıq matçını Rəcəb Tayyib Ərdoğan ilə birlikdə izləmək üçün Türkiyəyə gedəcək. Sputnik t24-ə istinadla xəbər verir ki, Türkiyənin futbol komandası ilə, FIFA Dünya Kubokuna 2018-ci ildə ev sahibliyi edəcək Rusiya yığması arasında avqustun 31-də Antalya stadionunda hazırlıq matçı baş tutacaq. Putinin bu oyunu Ərdoğanla birlikdə tribunadan izləyəcəyi deyilir.

43
Teqlər:
hazırlıq matçı, Antalya, FIFA Dünya Kuboku, Rəcəb Tayyib Ərdoğan, Vladimir Putin, Türkiyə, Rusiya
Əlaqədar
Vladimir Putin Türkiyədən nəyi xahiş edib?
Vladimir Putin: Azərbaycan istədiyi yerdən silah ala bilər
Putin: Azərbaycanla Ermənistan qalib və məğlub olmadan problemi həll edəcəklər
Putin Sarkisyana: Sizi Bakıda aparılan söhbət barədə məlumatlandıracağam
Ərdoğan Putinlə Türkiyə-Azərbaycan-Rusiya üçtərəfli formatının yaranmasını müzakirə edib
Peterburqda Putinlə Ərdoğanın görüşü başlayıb
Rusiyalı minaaxtaran, arxiv şəkli

Rusiya SQ-nın istehkamçıları Qarabağda minatəmizləmə əməliyyatına başlayıblar

4
(Yenilənib 21:33 23.11.2020)
Pavel Pautov deyib ki, bu gündən istehkamçılar yerlərdə humanitar minatəmizləmə əməliyyatına başlayıblar. Birinci mərhələdə onlar Rusiya hərbi kontingentinin stasionar postlarının tikiləcəyi yerlərdə partlamaq təhlükəsi olan predmetlərin mövcudluğunu yoxlayacaqlar.

BAKI, 23 noyabr — Sputnik. Rusiya Silahlı Qüvvələrinin (SQ) istehkamçıları Dağlıq Qarabağda sülhməramlıların cavabdeh olduğu ərazilərdə minatəmizləmə əməliyyatına başlayıblar.

Sputnik Azərbaycan Rusiya mediasına istinadla xəbər verir ki, bunu Rusiya hərbi kontingentinin mühəndis xidmətinin rəisi polkovnik-leytenant Pavel Pautov bildirib.

"Bu gündən istehkamçılarımız yerlərdə humanitar minatəmizləmə əməliyyatına başlayıblar. Birinci mərhələdə onlar yerlərdə partlayıcı təhlükəli predmetlərin mövcudluğunu yoxlayacaqlar, harada ki, Rusiya hərbi kontingentinin stasionar postları tikiləcək" - deyə rusiyalı hərbçi vurğulayıb.

4
Teqlər:
sülhməramlılar, Rusiya, Mina
Tibbi maskada olan qızlar, arxiv şəkli

Koronavirusla mübarizəyə həsr olunmuş beynəlxalq fotomüsabiqə elan olunub

7
Müsabiqə dünyanın bütün yerlərindən olan peşəkar fotomüxbirlər üçün açıqdır. Kütləvi informasiya vasitələrində çalışan peşəkar xəbər fotoqrafları müsabiqədə iştirak edə bilər.

BAKI, 23 noyabr — Sputnik. Rusiyanın TASS agentliyinin təşkilatçılığı ilə "Koronavirusla mübarizəyə həsr olunmuş xəbərlər üzrə foto mükafatları" müsabiqəsi elan olunub.

Sputnik Azərbaycan xəbər verir ki, müsabiqə dünyanın bütün yerlərindən olan peşəkar fotomüxbirlər üçün açıqdır. Kütləvi informasiya vasitələrində çalışan peşəkar xəbər fotoqrafları müsabiqədə iştirak edə bilər.

Bu, COVID-19 pandemiyası ilə mübarizə mövzusuna həsr olunmuş beynəlxalq fotomüsabiqədir. Təqdim edilən fotoşəkillər yalnız pandemiya ilə əlaqəli olmalıdır. Müsabiqənin şərtlərinə görə yalnız əvvəllər mediada yayımlanan fotoşəkillər keçərlidir.

Birinci yerin qalibinə 10 min dolları veriləcək.

Ətraflı məlumat almaq və müraciət etmək üçün https://npacontest.com/ ünvanına daxil olun

7
Teqlər:
müsabiqə, COVID-19, Koronavirus
Dilarə Kazımova, arxiv şəkli

"Avroviziya" mahnı müsabiqəsinin iştirakçısından "Azərbaycanım" - VİDEO

0
Bir neçə həftə öncə ermənilərin şikayəti nəticəsində "Youtube" kanalı bağlanan ifaçı buna məhəl qoymayaraq sosial mediada yeni işini paylaşıb.

BAKI, 23 noyabr — Sputnik. Müğənni Dilarə Kazımova vətənimizin qələbə qazanması münasibətilə yeni mahnısı "Azərbaycanım"ı təqdim edib.

Sputnik Azərbaycan xəbər verir ki, bir neçə həftə öncə ermənilərin şikayəti nəticəsində "Youtube" kanalı bağlanan ifaçı buna məhəl qoymayaraq yeni işini özünün "Instagram" səhifəsində paylaşıb.

Посмотреть эту публикацию в Instagram

Публикация от D I L A R A (@dilarakazimova)

Musiqisi Faiq Sücəddinov, sözləri Baba Vəziroğluya aid olan iş barədə Dilarə fikirlərini belə ifadə edib: "İnformasiya cəbhəsində vuruşanda eyni zamanda mahnı ilə dəstək olmaq istəyirdim. Öz töhfəmi musiqi ilə, səsimlə vermək niyyətində idim. Faiq Sücəddinov zəng etdi ki, sənin səsinə uyğun mahnı var. Mən çox bəyəndim. Bu mahnının sözləri çox gözəldir, inam və ümid verəndir. İşğaldan azad olunmuş torpaqlara həyatın, baharın gəlməsini tərənnüm edir. Stimul verir. Həmin torpaqların əvvəlki halından daha gözəl olacağından bəhs edir".

D.Kazımova mahnı üçün kamera qarşısına da keçib. O, Gülnarə Xəlilovanın "Xalçaların dili" kolleksiyasından libas geyinib.

Qeyd edək ki, mahnının aranjmanı Camal Qurbanov, miks və soundu isə Samir Əsədova məxsusdur.

0
Teqlər:
müsabiqə, Dilarə Kazımova, qələbə, mahnı
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə