İncirlik aviabazası

Türkiyə İncirliyi Rusiyaya verə bilər

118
(Yenilənib 22:56 16.08.2016)
Türkiyə İncirlik aviabazasını Suriyada antiterror əməliyyatları aparmaq məqsədilə Rusiya Hava-Kosmik Qüvvələrinin sərəncamına verə bilər.

BAKI, 16 avq-Sputnik. Türkiyə İncirlik aviabazasını Suriyada antiterror əməliyyatları aparmaq məqsədilə Rusiya Hava-Kosmik Qüvvələrinin sərəncamına verə bilər.

Sputnik-in məlumatına görə, Federasiya Şurasının beynəlxalq işlər və müdafiə komitələri bunu istisna etməyib.

Federasiya Şurasının Beynəlxalq işlər üzrə komitəsinin üzvü İqor Morozov RİA Novosti-yə deyib ki, Türkiyə İncirlik bazasını Suriyada antiterror əməliyyatları aparmaq məqsədilə Rusiya Hava-Kosmik Qüvvələrinin sərəncamına verə bilər.

"Bu, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiyaya qarşı atdığı müsbət addımların məntiqi davamı ola bilər." — deyə Morozov bildirib.

Onun sözlərinə görə, belə bir qərar Suriya və İranın Rusiyaya "Xmeymim" və "Həmadan" aviabazalarından istifadə etməsinə icazə verməsi fonunda qəbul edilə bilər.

Rusiya Federasiya Şurasının müdafiə və təhlükəsizlik komitəsinin sədri Viktor Ozerov ötən həftə Sankt-Peterburqda Rusiya və Türkiyə prezidentləri arasında baş tutmuş danışıqlardan sonra Türkiyənin bu cür qərar verəcəyini istisna etməyib.

"Görüşdə Ərdoğan Suriyada terrorçulara qarşı mübarizədə Türkiyənin Rusiyanı dəstəkləməyə hazır olduğunu bəyan edib. Demək olmaz ki, Rusiyanın "İncirliyə" ehtiyacı var. Lakin bu cür qərar Türkiyənin terrorçulara qarşı mübarizədə Rusiya ilə əməkdaşlığa sözdə yox, əməldə hazır olduğunu nümayiş etdirərdi" — deyə Ozerov bildirib.

118
Teqlər:
İran, Suriya, Türkiyə, Rusiya, İncirlik hərbi bazası
Əlaqədar
"ABŞ İncirlik bazasını boşaltmalıdır"
İncirlik hərbi bazasının komandanlığı həbs edildi
Almanlara İncirlik şoku
ABŞ İncirlik bazasından çıxarılır?
ABŞ İŞİD-ə qarşı mübarizədə "İncirlik"dən istifadə edə bilər