Qan donoru, Arxiv şəkli

İsveç Rusiya alimlərindən sensasiyalı kəşf

3696
İnsan qanından elektrik enerjisi aldılar.

BAKI, 10 avq-Sputnik. Bir qrup mütəxəssis insan qanından elektrik enerjisi almağa nail olduğunu bəyan edib.

Sputnik healthvesti.com-a istinadla xəbər verir ki, laboratoriya müşahidələrinin təşəbbüskarları İsveçdəki Malmö Universitetinin və Rusiya Federasiyasındakı Kurçatov İnstitutunun klinik mərkəzlərinin əməkdaşları olub.

Ekspertlər qan axınından elektrik cərəyanı almağa imkan verən unikal yanacaq elementini sınaqdan keçiriblər. Qeyd etmək lazımdır ki, yanacaq komponentinin tərkibinə boruşəkilli iki qrafit elektrod daxildir. Bu elektrodların hər biri insan qanının axması nəticəsində baş verən kimyəvi reaksiyada iştirak edir.

Yeni təcrübə bir nəfər könüllünün köməyi ilə reallaşdırılıb. Respondentin dirsək venasına içərisində yanacaq elementi olan kateter daxil edilib. Sonra həkimlər bu unikal komponentə e-ink displey qoşublar.

Cərəyanın gərginliyi və gücü mütəxəssisləri hələ o qədər də qane etmir, lakin tədqiqatçılar bu göstəriciləri artırmaq məqsədilə yaxın gələcəkdə əlavə sınaqlar keçirilməsini planlaşdırırlar.

3696
Teqlər:
alimlər, elektrik enerjisi, qan, elektrik, Rusiya, İsveç
Əlaqədar
Qan xərçənginin qarşısını alan meyvə
Qan nümunələri pilotsuz uçan aparatlarla daşınacaq
Qan azlığı olanların nəzərinə

Sülhməramlı kontingent üçün növbəti maddi-texniki təminat vasitələri gətirilib - VİDEO

17
(Yenilənib 21:01 30.11.2020)
Azərbaycan Müdafiə Nazirliyindən bildirilib ki, dəmir yolu ilə gətirilən yük müəyyən olunmuş marşrut üzrə təyinat məntəqəsinə çatdırılıb

Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşdirilən Rusiya sülhməramlı kontingenti üçün noyabrın 30-da növbəti maddi-texniki təminat vasitələri ölkəmizə gətirilib.
Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadən bildirir ki, dəmir yolu ilə gətirilən yük müəyyən olunmuş marşrut üzrə təyinat məntəqəsinə çatdırılıb

17
Teqlər:
dəmiryolu, Rusiya, Azərbaycan, sülhməramlılar
Rusiya hökumətinin rəhbəri Mixail Mişustin, arxiv şəkli

Paşinyan indi Rusiyanın Baş nazirinə zəng etdi

17
(Yenilənib 18:28 30.11.2020)
Mişustin, həmçinin Paşinyanı məlumatlandırıb ki, Avrasiya İqtisadi İttifaqının (Aİİ) hökumətlərarası Şurasının növbəti iclasının videokonfrans formatında keçirilməsi ilə bağlı Aİİ-nin komissiyasına müraciət edib.

BAKI, 30 noyabr — Sputnik. Ermənistanın və Rusiyanın baş nazirləri – Nikol Paşinyan və Mixail Mişustin arasında telefon danışığı baş tutub. Sputnik Ermənistan xəbər verir ki, telefon danışığı Ermənistan tərəfinin təşəbbüsü ilə baş tutub.

Telefon danışığı zamanı tərəflər Ermənistan-Rusiya münasibətlərinə dair bir sıra məsələləri müzakirə ediblər.

Mişustin, həmçinin Paşinyanı məlumatlandırıb ki, Avrasiya İqtisadi İttifaqının (Aİİ) hökumətlərarası Şurasının növbəti iclasının videokonfrans formatında keçirilməsi ilə bağlı Aİİ-nin komissiyasına müraciət edib.

17
Teqlər:
telefon danışığı, Mixail Mişustin, Nikol Paşinyan, Rusiya, Ermənistan
Türkiyədə epidemioloji vəziyyət

Türkiyə qaydaları sərtləşdirir: artıq günlərində də...

0
(Yenilənib 22:19 30.11.2020)
"Son sınama mərhələsini keçmiş bütün vaksinləri tədqiq edirik. Bütün vətəndaşlarımızın pulsuz peyvəndlənmə imkanı olacaq" - Ərdoğan

BAKI, 30 noyabr – Sputnik. Koronavirusa yoluxmanın artması səbəbindən  çərşənbə axşamından etibarən Türkiyədə hamam, hovuz və idman zallarının fəaliyyəti dayandırılacaq.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Hamamlar, saunalar, hovuzlar, idman zalları çərşənbə axşamından etibarən işini dayandırır. Ticarət mərkəzlərinə məhdud sayda insanları rəqəmsal şifrə ilə buraxacaqlar. Küçələrdə insanların toplaşması da məhdudlaşdırılacaq. İş günlərində 21.00-dan 05.00-dək, eləcə də cümə axşamı 21.00-dan bazar ertəsi 05.00-dək komendant saatı tətbiq olunacaq. Dövlət müəssisələri 10-dan 16-dək işləyəcək”, - deyə Ərdoğan televiziya ilə müraciətində deyib.

“Son sınama mərhələsini keçmiş bütün vaksinləri tədqiq edirik. Bütün vətəndaşlarımızın pulsuz peyvəndlənmə imkanı olacaq. Vaksinasiya gələn aydan başlanacaq. Artıq 50 milyon doza vaksin sifariş etmişik”, - Türkiyə lideri əlavə edib.

Ölkənin Səhiyyə naziri Fahrettin Koca bildirib ki, koronavirus pandemiyası Türkiyənin bir sıra bölgələrində, eləcə də İstanbulda üçüncü pik həddinə çatıb. Son həftə ərzində koronavirusa yoluxma və COVID-19-dan ölüm faktları üzrə rekord göstəricilər bir-birini əvəzləyib.

Bu gün qardaş ölkə yenə antirekordu təzələyib - COVID-19-dan 188 xəstə ölüb. Bir gün ərzində 31219 yeni yoluxma faktı aşkarlanıb. İndiyədək Türkiyədə 13746 nəfər COVID-dən dünyasını dəyişib. 5190 xəstənin vəziyyəti ağırdır.

0
Teqlər:
komendant saatı, sərt karantin rejimi, yoluxma, Koronavirus, epidemiya, COVID-19, Türkiyə
Mövzu:
Dünyanı cənginə almış bəla