Krasnodar diyarında fermer təsərrüfatının mağazasında alıcı

Rusiyada qiymətlər aşağı düşdü

137
(Yenilənib 11:28 05.08.2016)
Meyvə və tərəvəzin qiymətinin azalması nəticəsində son beş ildə ilk dəfə olaraq Rusiya iqtisadiyyatında deflyasiya qeydə alınıb.

Rusiyada qiymətlər aşağı düşdü
BAKI, 4 avq-Sputnik. İyul ayının sonu rusları artıq beş il ərzində baş verməyən deflyasiya ilə təəccübləndirdi. Hökumət və Mərkəzi Bankın məlumatına görə, həftəlik qiymət enməsi avqust və sentyabr aylarında da nümayiş oluna bilər, lakin analitiklər xəbərdarlıq edirlər ki, aylıq deflyasiyanı gözləməyə dəyməz.

Çərşənbə günü Rosstat 2011-ci ildən bəri ilk dəfə olaraq 0,1% səviyyəsində həftəlik deflyasiya qeydə alıb.

"Sberbank CIB"in analitiki Anton Struçenevski bildirib ki, bu məlumatlar onu təəccübləndirməyib.

"İyul ayında baş verənlər ümumi gözləntilərə uyğundur. Bütün bunlar meyvə və tərəvəz qiymətlərinin azalması ilə bağlıdır. Yaxşı məhsul proqnozlarını da nəzərə alanda, biz avqustda da həftəlik deflyasiya gözləyə bilərik", — deyə o bildirib.

İyul yavaşlaması

Rosstat iyul ayındakı inflyasiya göstəriciləri haqda məlumatlarını dərc etməyib, öz hesablamalarını hələ ki İqtisadi İnkişaf Nazirliyi və Rusiya Bankı təqdim ediblər.

İqtisadi İnkişaf Nazirliyi iyul ayının əvvəlindəki "tarif həftəsi" ilə bağlı 0,4% artan inflyasiya göstəricilərini nəzərə alaraq aylıq inflyasiyanı 0,5-0,7% səviyyəsində qeyd edib. İyul ayının nəticələrinə görə, illik inflyasiya 7,5%-dan 7,2-7,4%-dək yavaşlayıb.

Rusiya Bankı isə iyul nəticələrinə görə hesablanan 7,3%-lik inflyasiyanı 2016-cı ilin sonunadək 5-6%-dək enəcəyini gözləyir. Bankda hesab edirlər ki, bu, keçən illə müqayisədə daha aşağı kommunal xərclər indeksləşməsi və yaxşı məhsul gözləntiləri ilə bağlıdır.

"Sberbank CIB"in analitiki Anton Struçenevski iyul ayının inflyasiyasının 0,5% səviyyəsində olacağını düşünür.

"Bu çox yaxşı göstəricidir, çünki ayın əvvəlində tariflərə baxılmışdı. Keçən il tariflər dəyişilərkən isə inflyasiya 0,8% təşkil etmişdi",- deyə o xatırladıb.

Ekspert hesab edir ki, bu səbəbdən illik inflyasiya 7,2%-dək azala bilər.

"Nordea Bank"ın analitiki Dmitri Savçenkonun proqnozlarına görə isə, aylıq inflyasiya 0,7%, illik inflyasiya isə 7,3% təşkil edəcək.

Çoxdan gözlənilən deflyasiya?

Rusiya İqtisadi İnkişaf Nazirliyi deflyasiyanın avqust və sentyabrın əvvəlində davam edəcəyinə ehtiyatlı nikbinliklə yanaşır.

"Yaxşı məhsul gözləntiləri fonunda deflyasiyanın baş verməsi avqust ayında və sentyabrın əvvəlində də mümkündür", — deyə nazirliyin nümayəndəsi bildirib. Lakin prosesin bütün ay ərzində və ya ayrı-ayrı həftələrdə olacağını o dəqiq deməyib. Nazirlikdən bildiriblər ki, bu haqda daha dəqiq məlumatlar iyul ayındakı inflyasiya haqda hesabatın çıxmasından sonra verilə bilər.

Rusiya Mərkəzi Bankı isə avqust və sentyabr aylarına qiymət dinamikası gözləntilərini müəyyən etməyib. "Yaxşı məhsul gözləntiləri haqda proqnozlar yaxın iki ay ərzində qiymətlərin mövsümi azalmasına səbəb ola bilər", — deyə bankdan bildiriblər.

Azalma trendi

İqtisadi İnkişaf Nazirliyi və Rusiya Bankında hesab edirlər ki, inflyasiya haqda proqnozları cəmi bir həftənin nəticələrinə görə dəyişmək düzgün deyil. "Rusiya Bankının proqnozu eyni olaraq qalır: bu ilin sonunadək illik inflyasiyanın 5-6%-dək azalması gözlənilir", — deyə bank nümayəndəsi bildirib.

Nazirlikdə isə bildiriblər ki, avqust və sentyabr aylarında proqnoz göstəricilərinə yenidən baxılacaq. Nazirliyin 2016-cı ilə olan hazırki proqnozunda inflyasiya 6,5% səviyyəsində qeyd olunub, lakin nazir Aleksey Ulyukayev istisna etmir ki, ilin yekununa bu göstərici 6%-dan da aşağı düşə bilər.

Dmitri Savçenkonun sözlərinə görə, illik inflyasiya 6%-dan çox olacaq. "İnflyasiya təxminən 6,3% təşkil edəcək, lakin azalma trendi davam edəcək. Bu, Mərkəzi Banka ilin sonunadək həlledici dərəcəni 50 punkt aşağı salmağa imkan verəcək", — deyə o bildirib.

Qeyd edək ki, iyul ayında Rusiya Mərkəzi Bankı həlledici dərəcəni dəyişmədən 10,5% səviyyəsində saxlayıb.

137
Teqlər:
Anton Struçenevski, Sberbank CIB, Nordea Bank, İqtisadi İnkişaf Nazirliyi, deflyasiya, Rusiya, inflyasiya
Əlaqədar
Mərkəzi Bank keçirdiyi depozit hərracında 20 mln. manat cəlb edib
Azərbaycanda 4 bank bağlandı
Mərkəzi Bank depozit hərracı keçirəcək
Mərkəzi Bank hərrac keçirəcək
Bank sistemi çökərsə, sahibkarların aqibəti necə olacaq?
 Rusiyada epdimioloji vəziyyət, arxiv şəkli

Rusiyada bir gündə çox sayda adam koronavirusdan öldü

6
(Yenilənib 15:43 20.01.2021)
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 96,1 milyonu keçib, 2,05 milyondan çox adam isə virus səbəbi ilə ölüb.

BAKI, 20 yanvar — Sputnik. Son bir sutka ərzində Rusiyada 21152 koronavirusa yeni yoluxma halı aşkarlanıb. Sputnik Azərbaycan Rusiya Operativ Qərargahına istinadən xəbər verir ki, bir gün ərzində qonşu ölkədə 597 nəfər ölüb.

Ümumilikdə, Rusiyada bu xəstəliyə yoluxanların sayı 3633952-yə çatıb. Rusiyada pandemiya yayılandan 67220 nəfər COVID-19-dan vəfat edib. Ölkədə bu virusdan sağalanların sayı 3027316-ya çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 96,1 milyonu keçib, 2,05 milyondan çox adam isə virus səbəbi ilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

6
Teqlər:
Rusiya, Koronavirus, epidemiya, COVID-19
Əfqanıstanda ABŞ hərbçiləri, arxiv şəkli

"Rusiyaya qalib gəlməyin yolunu tapmışıq": Pentaqon nəyə cəhd göstərir?

25
(Yenilənib 09:59 20.01.2021)
"Secure World Foundation"-ın kosmik təhlükəsizlik məsələləri üzrə eksperti Brayan Uiden xatırladır ki, uzun uçuşlarda nüvə enerjisi olmadan keçinmək mümkün deyil. Gələcəkdə yerdən kənar ilk koloniyalar üçün də reaktorlara ehtiyac olacaq.

 

BAKI, 19 yanvar — Sputnik, Andrey Kots. Amerikalılar nüvə enerjisinin hərbi istiqamətini inkişaf etdirmək qərarına gəliblər. Hələlik hakimiyyətdə olan ABŞ Prezidenti Donald Tramp hərbi qüvvələr və kosmik tədqiqatlar üçün kompakt nüvə reaktorlarının hazırlanması barədə fərman imzalayıb. Beləliklə, ABŞ son yarım əsrdə ilk dəfə olaraq atom enerjisindən təkcə Hərbi Dəniz Donanmasında istifadə etməyəcək. Bəs Vaşinqtonu bu addımı atmağa nə vadar edir: Sualın cavabı RİA Novosti-nin növbəti materialında.

Rezerv mənbə

ABŞ Silahlı Qüvvələrinin sualtı qayıqlar və təyyarə gəmiləri artıq nüvə reaktorları ilə təchiz edilib. Bunun sayəsində Amerika donanmasının ən nəhəng vımpelləri, demək olar ki, məhdudiyyətsiz dənizlərdə qala bilir.

Digər ölkələrin hərbi dəniz donanmaları da nüvə enerjisindən istifadə edir. Məsələn, Fransanın nüvə mühərrikli təyyarə gəmisi "Şarl de Qoll" və Rusiyaya məxsus ağır raket kreyseri "Pyotr Velikiy". Bununla belə, ABŞ-ın nüvə mühərrikli gəmiləri daha çoxdur. Amerikalılar bu yolda əldə etdikləri ilə kifayətlənmək fikrində deyillər.

Prezident Trampın göstərişi ilə Müdafiə Nazirliyi ölkədəki bir hərbi obyektdə kiçik nüvə reaktorlarını nümayiş etdirmək üçün plan hazırlayacaq və onu reallaşdıracaq, həmçinin aşağı güclü mobil reaktoru sınaqdan keçirəcək. Bu cür enerji mənbələri Günəş enerjisindən istifadənin qeyri-mümkün olduğu yerlərdə və müdafiə sahəsində dərin kosmik tədqiqatlar üçün əvəzolunmazdır", – deyə Ağ Evin mətbuat xidməti məlumat verib.

Kiçik nüvə reaktorunun nəyə lazım olduğu açıqlanmır. "Defensenews.com" portalının ekspertləri belə hesab edirlər ki, söhbət ordu bazalarının ehtiyat enerji təchizatından gedir. Əgər hərbi obyektdə elektrik olmasa, reaktor mühüm əhəmiyyətli cihazları enerji ilə təmin edəcək. Fərmana əsasən, ilk prototipin sınaqlarına altı ay ərzində başlanmalıdır. Mütəxəssislərin fikrincə, sınaqlar ABŞ-ın ən böyük poliqonlarından biri olan Nevadadakı hərbi meydançada sınaqdan keçiriləcək.

Kosmosun fəthi

"Secure World Foundation"-ın kosmik təhlükəsizlik məsələləri üzrə eksperti Brayan Uiden xatırladır ki, uzun uçuşlarda nüvə enerjisi olmadan keçinmək mümkün deyil. O cümlədən, Aya, Marsa və başqa planetlərə uçuşlarda da. Gələcəkdə Yerdən kənar ilk koloniyalar üçün də reaktorlara ehtiyac olacaq. Bəzi mütəxəssislər yeni texnologiyaların orbital silah platformalarında istifadə edilə biləcəyinə də inanır. Prinsipcə, bu ssenari kosmosun potensial döyüş meydanı olduğunu düşünən ABŞ Kosmik Qüvvələrinin kifayət qədər aqressiv doktrinasına uyğun gəlir.

"Məncə, bu amerikalılara, ilk növbədə, kosmik məqsədlər üçün lazımdır," - deyə "Orsenal Oteçestva" jurnalının baş redaktoru Viktor Muroxovski RİA Novosoti-yə müsahibəsində bildirib. "Atom reaktoru" söz birləşməsi müxtəlif mənalarda işlənə bilər. Birincisi, bu uranın parçalanması ilə müşayiət olunan zəncirvari reaksiyaya əsaslanan cihazdır. Rusiyada "Burevestnik" və "Poseydon" üçün artıq oxşar qurğular yaradılıb. İkincisi, peyklərdə, radio mayaklarında və hava stansiyalarında istifadə olunan izotopik nüvə enerji mənbələridir. Onlar daha az effektli olsalar da, güclü radiasiya yaymırlar", Mütəxəssis 1950-60-cı illərdə həm ABŞ-da, həm də SSRİ-də təyyarələr üçün kompakt nüvə reaktoru hazırlamağa cəhd göstərildiyini xatırladır. Bununla birlikdə, həmin layihələrdən imtina edildi - hətta ən böyük təyyarə belə heyətin bioloji müdafiə sistemini çəkib aparmağa qadir deyil. Bu səbədən də böyük təyyarələrdə reaktorların tətbiqi məhdudlaşdırılıb", - V.Muroxovski əlavə edib.

Muraxovskinin sözlərinə görə, indiyə kimi heç bir ölkə pilotlu təyyarələrdə, kiçik tonnajlı gəmilərdə və yerüstü nəqliyyat vasitələrində istifadə edilə bilən kompakt reaktor yaratmağa nail olmayıb.

Radiasiya problemi

Vaxtilə nüvə enerji qurğusu qitələrarası strateji bombardmançı təyyarələri olan "Convair B-36"-lar üçün də işlənib hazırlamışdı. "Convair B-36"-lar 1949-59-cu illərdə ABŞ Hərbi Hava Qüvvələrinin silahlandırmasına daxil edilmişdi.

NB-36H uçan laboratoriyasının burun hissəsinə 12 tonluq qoruyucu kapsul quraşdırılmışdı. Gücü 1 meqavat, diametri 1,2 metr və ağırlığı 16 ton olan sürətli neytron reaktoru bomba yuvasına yerləşdirilirdi. O, uçuş zamanı buraxılmalı və təyyarənin göyərtəsindəki hava girişlərindən daxil olan atmosfer havası ilə soyudulmalı idi. Eksperiment maşını 47 uçuş yerinə yetirdi, lakin nüvə mühərriki yalnız qısa müddət ərzində işə salındı.

Əslində, kifayət qədər cəlbedici ideya idi. Əlavə yanacaqdoldurma həyata keçirilmədən bir neçə sutka havada qala bilən belə uçan aparatdan strateji bombardmançı və ya kəşfiyyat təyyarəsi kimi istifadə oluna bilərdi. Lakin problemlər də az deyildi. Birincisi, hər bir atom təyyarəsi, əslində, ona sahib olan ölkənin öz ərazisinə də düşə biləcək "çirkli" bombadır. İkincisi, "eksperiment göyərtəsi" həm də havada özü ilə birgə radioaktiv maddələr daşıyırdı. Nəhayət, hər bir halda şəxsi heyət ciddi şüalanmaya məruz qalırdı.

ABŞ-da yerüstü texnikaya da nüvə reaktoru quraşdırmağa cəhd göstərilib. Bu 25 tonluq "Chrysler TV-8" tankı heç vaxt kütləvi şəkildə istehsal edilməyib - standart sistemlərin yalnız bir hissəsi ilə təchiz olunmuş tam ölçülü maket şəklində mövcud olub. Tank kiçik bir nüvə reaktorunun qızdırdığı buxar mühərriki ilə idarə edilməli idi. Bununla belə, tank çox mürəkkəb mexanizm hesab edildi, onun döyüş qabiliyyəti isə ənənəvi nəqliyyat vasitələrindən imtina etmək üçün yetərsiz sayıldı. Beləliklə, 1956-cı il aprelin 23-də layihə ləğv olundu.

25
Məktəbdə dərs prosesi, arxiv şəkli

Müəllimlərin nəzərinə: Qiymətləndirmə qaydası açıqlandı

0
(Yenilənib 15:47 20.01.2021)
Bu barədə Təhsil Nazirliyinin "Xüsusi karantin rejimi dövründə ümumi təhsil müəssisələrində təhsilalanların attestasiyasının (məktəbdaxili qiymətləndirmənin) aparılmasının müvəqqəti qaydaları"nda bildirilib.

BAKI, 20 yanvar — Sputnik. Xüsusi karantin rejimində summativ qiymətləndirmə zamanı suallar hər sinif və fənn üzrə 4 müxtəlif səviyyədə tərtib edilir. Sputnik Azərbaycan-ın məlumatına görə, bu, Təhsil Nazirliyinin "Xüsusi karantin rejimi dövründə ümumi təhsil müəssisələrində təhsilalanların attestasiyasının (məktəbdaxili qiymətləndirmənin) aparılmasının müvəqqəti qaydaları"nda bildirilib.

1-ci səviyyə üzrə suallar qiymətləndirmənin 20 faizini (20 bal), 2-ci səviyyə üzrə 30 fazini (30 bal), 3-cü səviyyə üzrə 30 faizini (30 bal) və 4-cü səviyyə üzrə 20 faizini (20 bal) təşkil edir. Qiymətlər "2", "3", "4" və "5" olaraq müəyyənləşdirilir. 30 baladək suallar (30 da daxil olmaqla) "2", 30 baldan 60-dək (60 da daxil olmaqla) "3", 60 baldan 80-dək (80 də daxil olmaqa) "4", 80 baldan 100-dək (100 də daxil olmaqla) "5" kimi qiymətləndirilir.

0
Teqlər:
Təhsil Nazirliyi, məktəbli, məktəb, müəllimlər, müəllim