BMT TŞ

Rusiya Ukraynanın Krımla bağlı tələbini blokladı

44
Rusiya prezidenti Vladimir Putin "Krım Federal Dairə"nin Cənub Federal Dairəsinə birləşdirilməsi ilə bağlı fərman imzalayıb

BAKI, 29 iyul — Sputnik. Rusiyanın nümayəndə heyəti BMT Təhlükəsizlik Şurasında Krımın, Rusiyanın Cənub Federal Dairəsinə birləşdirilməsi ilə bağlı Ukraynanın yeni bəyanatını blok edib. Sputnik RİA-ya xəbər verir ki, bu barədə Ukraynanın BMT-dəki nümayəndə heyəti açıqlama verib.

Qeyd edək ki, ötən gün Rusiya prezidenti Vladimir Putin "Krım Federal Dairə"nin Cənub Federal Dairəsinə birləşdirilməsi ilə bağlı fərman imzalayıb.

44
Teqlər:
Cənub Federal Dairəsi, BMT Təhlükəsizlik Şurası, Krım, Ukrayna, Rusiya
Əlaqədar
Krım Qərb üçün aktuallığını itirir
Fransa Krımı Rusiyanın ərazisi kimi tanıya bilər
Krımda fövqəladə vəziyyət elan olunub
Vladimir Putin Krım tatarlarına vətəndaşlıq söz verdi
 Filipp Kirkorov

Kirkorov Şufutinskinin Litvaya girişi qadağan olunub

9
(Yenilənib 20:08 16.01.2021)
Hazırda Kirkorov və Şufutinski ilə bağlı Litva XİN-də işçi qrupu yaradılıb. Nazirin sözlərinə görə, işçi qrupunun yaradılmasında məqsəd "qara siyahıya salınan bu və ya digər şəxs haqqında əsaslı dəlillərin toplanmasıdır".

BAKI, 16 yanvar — Sputnik. Litva hökuməti Rusiyanın tanınmış müğənniləri Filipp KirkorovMixail Şufutinskinin ölkəyə girişinə qadağa qoyublar. Sputnik Azərbaycan xarici mediaya istinadən bildirir ki, bu barədə Litvanın Xariçi işlər naziri Qabrielyus Landsbergis bəyanatla çıxış edib.

Litvalı nazir hər iki müğənnini "Rusiya siyasətinin yüngül təbliğat" bələdçisi adlandırıb.

Rihanna, arxiv şəkli
© AP Photo / Joel C Ryan/ Invision

Hazırda Kirkorov və Şufutinski ilə bağlı Litva XİN-də işçi qrupu yaradılıb. Nazirin sözlərinə görə, işçi qrupunun yaradılmasında məqsəd "qara siyahıya salınan bu və ya digər şəxs haqqında əsaslı dəlillərin toplanmasıdır".

Qeyd edək ki, hər iki müğənninin Litvada baş tutacaq konsert proqramları koronavirus pandemiyasına görə təxirə salınıb. Kirkorov və Şufutinski isə ləğv edilən konsertlərinə görə əvvəlcədən 30 min avro kompensasiya alıblar.

Baxmayaraq ki, başqa konsert təşkilatçıları da sığorta xarakterli məbləğləri əldə edərək eyni şəkildə xərcləyiblər, Litva mətbuatında Kirkorov və Şufutinskiyə ödənilən məbləğ mənfi rezonans doğurub.

9
 Boris Qraçevski

Koronavirusdan ölən rejissor vaxtilə xərçəngə qalib gəlibmiş

7
(Yenilənib 17:02 16.01.2021)
Bir neçə il əvvəl xərçəng xəstəliyi ilə mübarizə aparan Boris Qraçevskinin orqanizmi xərçəngə qalib gəlsə də, koronavirusla mübarizəyə davam gətirə bilmədi

BAKI, 16 yanvar — Sputnik. Yanvarın 14-də vəfat edən Rusiyanın tanınmış sənət xadimi, "Yeralaş" Uşaq Yumoristik Kinojurnalının bədii rəhbəri Boris Qraçevski ilə yanvarın 17-də vida mərasimi keçiriləcək.

Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, dekabrın 28-dən xəstəxanada olan 71 yaşlı rejissor koronavirusa yoluxmuşdu. Dekabrın 31-də vəziyyəti ağırlaşan Boris Qraçevskini reanimasiya şöbəsinə yerləşdirmişdilər. Yanvarın 3-də səhhətində stabilləşmə nəzərə çarpan B.Qraçevski sosial media hesabından məlumat yayaraq, vəziyyətinin düzəldiyini və yaxın zamanlarda evə yazılacağını bildirmişdi. Amma virus öz işini görmüşdü. Belə ki, yenidən vəziyyəti ağırlaşan Boris Qraçevski bir müddət əvvək komaya düşmüşdü. Yanvarın 14-də isə tanınmış rejissor vəfat etdi.

71 yaşlı mərhum Boris Qraçevski ilə vida mərasimi yanvarın 17-də Rusiyanın "Kino Evi"ndə olacaq. Vida mərasimindən sonra mərhum rejissor Troyekurov qəbristanlığında dəfn ediləcək.

Qeyd edək ki, Boris Qraçevski 1949-cu il martın 18-də Moskva vilayətinin Ramenski rayonunda anadan olub. 1974-cü ildə Aleksandr Xmeliklə birlikdə "Yeralaş" uşaq kinojurnalını yaradıb və ömrünün sonunadək jurnalının bədii rəhbəri və baş redaktoru olub.

Xatırladaq ki, bir neçə il əvvəl xərçəng xəstəliyi ilə mübarizə aparan Boris Qraçevskinin orqanizmi xərçəngə qalib gəlsə də, koronavirusla mübarizəyə davam gətirə bilmədi.

7
Rəssamın rəngləri və fırçaları, arxiv şəkli

Adi karandaşla canlı kimi görünən qəhrəmanlarımız: bunlar 14 yaşlı uşağın əl işidir - FOTO

17
(Yenilənib 23:32 16.01.2021)
Yardımlıdan olan yeniyetmə Vətən müharibəsi şəhidlərinin portretlərini sadə karandaşla yaradır. O inanır ki, gələcəkdə məşhur fırça ustası olacaq

BAKI, 16 yanvar - Sputnik, Kəmalə Əliyeva. Akademik təhsilinin olmamasına rəğmən, on dörd yaşlı Səməd İskəndərli karandaşla unikal əsərlər yaradır. O, daha çox Qarabağ müharibəsinin qəhrəmanlarının portretlərini çəkir. Sputnik Azərbaycan bildirir ki, gənc rəssam üçün hazırda ən böyük çətinlik işləmək üçün şəraitin olmaması və rassam ləvazimatlarının yoxluğudur. 

Посмотреть эту публикацию в Instagram

Публикация от İskəndərli Səməd 🇦🇿 (@drawing.smd)

Səməd Yardımlı rayonunun Sırıq kəndində yaşayır. O, rəsmlə uşaqlıqdan maraqlanır. Maliyyə problemlərinə görə ailəsi ona inkişaf etməkdə yardım edə bilmir. Müəllimlə çalışmaq imkanı olmayan Səməd internetdə müxtəlif videoçarxlara baxaraq öyrənir. 

Посмотреть эту публикацию в Instagram

Публикация от İskəndərli Səməd 🇦🇿 (@drawing.smd)

"Təəssüf ki, valideynlərim mənə rəssamlıq üçün lazım olanları ala bilmirlər, çünki bu ləvazimatlar çox bahadır. Əvvəl ancaq sadə karandaşla çəkməyə başladım. Sonra mənim xaricdə yaşayan dostum tanışları vasitəsilə mənə rəngli karandaşlar göndərdi, indi də onlardan istifadə edirəm. Onun sayəsində öz üzərimdə daha çox işləmək arzusu yarandı", - Səməd deyir.

© Photo : Courtesy of Samed Iskenderli
Səməd İskəndərli

Gənc istedad qohumlarını, tanışlarını, müxtəlif filmlərin qəhrəmanlarını çəkir. Son işləri isə Vətən müharibəsinin qəhrəmanlarına həsr olunub. Onun sözlərinə görə, hər dəfə şəhidlərin portretlərini yaradanda böyük məsuliyyət hiss edir və çalışır ki, hər yeni işi öncəkindən daha yaxşı alınsın. 

Səməd əmindir ki, gələcəkdə məşhur rəssam olacaq və onun əsərlərini hər kəs tanıyacaq. 

17
Teqlər:
Yardımlı, yeniyetmə, rəssam, Qarabağ
Mövzu:
Sözlə deyə bilmədiklərimizin izharı - sənət