Rusiya Dövlət Duması Müdafiə Komitəsinin sədri Vladimir Komoyedov

Rusiyadan Türkiyəyə çağırış: "Tarixi fürsəti qaçırmayın"

4579
Vladimir Komoyedov: "Nə qədər ki, Qərb bloku özü Türkiyəni NATO-dan xaric etməyib, bu addımı Ankara özü atsın"

BAKI, 21 iyul — Sputnik. Rusiya Dövlət Duması Müdafiə Komitəsinin sədri Vladimir Komoyedov, Türkiyəyə NATO-dan çıxmağı məsləhət görüb. Sputnik xəbər verir ki, V. Komoyedov Amerika və Avropanın Türkiyəyə qarşı təzyiq göstərəcəyini deyib.

"Nə qədər ki, Qərb bloku özü Türkiyəni NATO-dan xaric etməyib, bu addımı Ankara özü atsın. Əgər Ərdoğan ABŞ və Avropanın oxuduğu xoru dinləməyə davam edərsə, Yaxın Şərqdə mövqeyini gücləndirmək üçün əldə etdiyi tarixi fürsəti qaçırmış olacaq", — deyə rus millət vəkili əlavə edib.

4579
Teqlər:
Vladimir Komoyedov, Müdafiə Komitəsi, Dövlət Duması, NATO, Rusiya, Türkiyə
Əlaqədar
Türkiyə Gürcüstanı NATO-da görmək istəyir
NATO: Türkiyə bizdən hərbi dəstək tələb etməyib
Türkiyəsiz NATO...
Rusiyadan NATO-ya cavab: "Müharibənin acı fəsadlarını yaxşı xatırlayırlar"
NATO-nun yekun qərarı Rusiyanı qıcıqlandırmaq üçündür